Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2712/2023 15.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin icra məmuru X4, zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında faktiki yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş 15 dekabr 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-340/2021 saylı, xx.xx.2021 -ci il tarixli icra sənədi üzrə tələb təmin etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokola əlavədən görünür ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-340/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 21 oktyabr 2006-cı il təvəllüdlü X3 və 18 iyul 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 17.11 2022-ci il tarixdən başlaraq borclu Şəxs tələbkar X1 xeyrinə hər ay bir uşağa görə 170 manat, iki uşağa görə 340 manat sabit pul məbləğində aliment tutulmalıdır. İcra sənədi xx.xx.2023-cü il tarixdə Səbail İcra Şöbəsinin icraatına daxil olmuş və icra tədbirlərinə başlanılmışdır. İcra sənədinin icrası könüllü icra müddəti ərzində təmin edilmədiyindən məcburi icra tədbirlərinə başlanılmış, tələbin yönəldilə biləcəyi pul vəsaitlərinin müəyyən edilməsi məqsədilə müvafiq sorğular verilmiş, lakin tələbin yönəldilə biləcəyi pul vəsaitlərinin olmadığı aşkar edilmişdir. Borclu Şəxs barəsində xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Səbail Rayon məhkəməsinə göndərilmiş, məhkəmənin qərarı ilə borclu 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri seçilmişdir. Həmin qərardan tələbkar tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin edilməmişdir. Borclu icra məmurunun çağırışı üzrə gəlməkdən yayındığı üçün barəsində məcburi gətirilmə barədə qərar qəbul edilmiş, daha sonra barəsində təqdimat verilmiş və məhkəmənin qərarı ilə borclunun məcburi gətirilməsi təmin edilmiş və borclu xx.xx.2023-cü il tarixli izahatında icra sənədinin icrasına möhlət verilməsi ilə bağlı məhkəməyə müraciət etdiyini, qərarı rəsmi qaydada aldıqdan sonra apellyasiya şikayəti verəcəyini bildirmişdir. Eyni zamanda borclu səhhəti ilə əlaqədar olaraq borc məbləğindən ödəniş edə bilmədiyini bildirmişdir. Nəticədə borclu Şəxs AR İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin icra məmuru X5 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs bildirmişdir ki, icra sənədi üzrə öhdəlik borclu tərəfindən icra olunmamışdır. Hazırda xəstə olduğunu bildirsə də, xəstələnməmişdən əvvəlki dövrdə də aliment ödəmədiyini və borcunun yığıldığını bildirmişdir. 2022-ci ilin may ayından noyabr ayınadək böyük oğlu atasının yanında gedib qalmış, lakin noyabr ayından təkrarən onun yanına qayıtmışdır və hazırda da onunla birlikdə yaşayır. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, yüksək dərəcəli şəkər xəstəsidir. Xəstəliyi kəskinləşərək onurğa beynini və sinirlərini sıradan çıxartmış yerimə məhduduyyəti yaranmışdır. 2023-cü ilin yanvar ayından xəstəliyi daha da kəskinləşmiş, həmin ilin iyun ayında isə yerimə qabiliyyətini tamamilə itirmişdir. İyun ayından sentyabr ayına kimi yataq xəstəsi olmuşdur. 2023-cü ilin sentyabr ayından etibarən qismən yeriməyə başlamışdır. Onun bu vəziyyətini tələbkar özü də bilir, lakin onun vəziyyətini daha da ağırlaşdırmaq məqsədi ilə həmin pulu ondan tələb edir. Dəfələrlə müraciət edərək möhlət verilməsini xahiş etmiş, borcu ödəməkdən yayınmadığını bildirmişdir. Hazırda sağlamlıq vəziyəti imkan vermədiyindən həmin borcu birdəfəyə ödəyə bilmir. Əməlindən peşman olduğunu bildirərək qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 2(002)-340/2021 saylı, xx.xx.2021 -ci il tarixli icra sənədindən görünür ki, 21 oktyabr 2006-cı il təvəllüdlü X3 və 18 iyul 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 17.11 2022-ci il tarixdən başlaraq cavabdeh Şəxs iddiaçı X1 xeyrinə hər ay bir uşağa görə 170 manat, iki uşağa görə 340 manat sabit pul məbləğində aliment tutulmalıdır. İş materiallarında olan Bakı şəhəri Səbail rayon məhkəməsinin 3(009)-1010/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon məhkəməsinin 8(009)-317/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-340/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu xx.xx.1972-ci il təvəllüdlü Şəxs məcburi qaydada Bakı şəhəri Səbail rayon İcra şöbəsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan tibbi sənədlərdən görünür ki, Şəxs bel fəqərələrini astrexandozu, protruziya diaqnozu qoyulmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)- 340/2021 saylı, xx.xx.2021 -ci il tarixli icra sənədinə əsasən 21 oktyabr 2006-cı il təvəllüdlü X3 və 18 iyul 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlaraq cavabdeh Şəxs iddiaçı X1 xeyrinə hər ay bir uşağa görə 170 manat, iki uşağa görə 340 manat sabit pul məbləğində aliment tutulması qət edilmiş, lakin borclu tərəfindən icra sənədi üzürsüz səbəbdən icra edilmədiyindən Bakı şəhəri Səbail rayon məhkəməsinin 3(009)-1010/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Bundan sonra borclu Şəxs icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayındığından Bakı şəhəri Səbail rayon məhkəməsinin 8(009)-317/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs məcburi qaydada Bakı şəhəri Səbail rayon İcra şöbəsinə gətirilməsi qərara alınmışdır. Hazırda borclu sağlamlıq vəziyyətini əsas gətirərək işləyə bilmədiyini və buna görə də icra sənədi üzrə öhdəliyini icra edə bilmədiyini bildirmişdir. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, borclu Şəxs icra sənədinin icrasının tam təmin edilməməsinə dair rəsmi olaraq heç bir üzrlü səbəb göstərməməsi və icra məmurunun çağırışlarına gəlməməsi, Bakı şəhəri Səbail rayon məhkəməsinin 3(009)-1010/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının qanuni qüvvəyə mindiyi gündən, yəni Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilməsindən sonra bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsini icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə-fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və təqsirinin dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, o cümlədən məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, onun sağlamlıq vəziyyətini, eləcə də Bakı şəhəri Səbail rayon məhkəməsinin 8(009)-317/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs məcburi qaydada Bakı şəhəri Səbail rayon İcra şöbəsinə gətirilməsi barədə qərar qəbul edilməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №3(009)-2712/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2712/2023
15.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver