Məhkəmə qərarları › İş №3(009)-2713/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2713/2023

15.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2713/2023 15.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin icra məmuru X2, zərərçəkmiş şəxs (tələbkar) X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Füzuli rayonu, Dilağarda kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nvanında faktiki yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş 15 dekabr 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-5391/2021-008 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələb təmin edilməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokola əlavədən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5391/2021-008 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 50.000 manat məbləğində borc və 30 manat dövlət rüsumu Şəxs tutularaq X6 ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə borclunun ünvan 3 ünvanında yaşaması əsası ilə ərazi aidiyyəti üzrə Səbail rayon İcra şöbəsinə göndərilmişdir. Həmin tarixdə borclunun ünvanına xəbərdarlıq məktubu göndərərək şöbəyə çağırılmışdır. xx.xx.2022-ci il tarixdə borclu barəsində məcburi gətirilmə barədə qərar qəbul edilərək borclunun ünvanına göndərilmişdir. xx.xx.2022-ci il tarixdə təqdimatla Səbail rayon məhkəməsinə müraciət edilmişdir. Səbail rayon məhkəməsinin 8(009)-353/2022 saylı, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli qərardadına əsasən borclunun məcburi gətirilməsi təmin edilmiş və icra edilməsi üçün Səbail RPİ-nə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə axtarış barədə qərar qəbul edilmiş və xx.xx.2022-ci il tarixdə borclu Səbail RPİ 8-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Səbail rayon İcra şöbəsinə təhvil verilmişdir. Borclunun izahatı alınmış və borclu bildirmişdir ki, məhkəmə qərarı barədə xəbərdar olduğunu, məhkəmə qərarından sonra heç bir ödəniş edilməmişdir, maddi vəziyyətinin çətin olduğunu, himayəsində 2 azyaşlı uşağı olduğunu, bu məsələ ilə bağlı Xətai rayon İcra şöbəsi tərəfindən inzibati məsuliyyətə cəlb edildiyi bildirmişdir. Borclu 500 azn cərimə olunmuş və icrasız qalmaqdadır. Həmçinin xx.xx.2022-ci il tarixdə təkrarən barəsində inzbati protokol tərtib edilərək məhkəmə qarşısına çıxarılmış və Səbail rayon məhkəməsinin 3 (009)-1872/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən inzibati xəta haqqında protokola xitam verilmişdir. Daha sonra icra sənədi üzrə tələb borclu tərəfindən yenidən icra olunmadığı üçün barəsində axtarış qərarı qəbul edilərək Səbail RPİ-nə göndərilmişdir. Borclu şöbəyə yaxınlaşaraq izahatı alınmış və izahatında maddi vəziyyətinin ağır olduğunu, heç yerdə işləmədiyi, himayəsində 2 azyaşlı uşağı olduğunu, adına hər hansı daşınar və ya daşınmaz əmlakı olmadığını bildirmişdir. Hesab edir ki, borclu Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin icra məmuru X4 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) X9 bildirmişdir ki, Xətai rayon məhkəməsinin 2(011)-5391/2021-008 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə öhdəlik borclu tərəfindən icra olunmamışdır. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, o, məhkəmə qərarına hörmətlə yanaşır və borcu ödəməkdən yayınmır, lakin hazırda borcu tam şəkildə ödəmək iqtidarında deyil, heç bir yerdə işləmir. Himayəsində 2 azyaşlı uşağı vardır. Atasının köməyi ilə hər ay 500 manat olmaqla borcunu hissə-hissə ödəyə bilər. Qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi və vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs maddi vəziyyətinin ağır olmasını, heç bir yerdə işləməməsini, boşandığını və himayəsində 2 azyaşlı uşağının olmasını bildirmişdir. Borcun tam şəkildə deyil, lakin hər ay 500 manat olmaqla hissə-hissə ödəməsi barədə tələbkara təklif etmiş, tələbkar isə razı olmamışdır. Qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)- 5391/2021-008 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 50.000 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq X6 ödənilməlidir. İş materiallarında olan “Elektron məhkəmə informasıya sistemindən çıxarış”dan görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X8 anası Şəxsdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-8839/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün xx.xx.2019-cu il tarixdən hesablanmaqla, hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin X5 tutularaq Şəxs ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-5391/2021-008 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs Şəxs 50.000 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq X6 ödənilməlidir. Borclu maddi vəziyyətinə görə icra sənədi üzrə öhdəliyini icra edə bilmədiyini bildirmişdir. Hazırda borclu məhkəmə iclasında atasının köməyi ilə hər ay 500 manat olmaqla borcunu hissə-hissə ödəyə biləcəyini qeyd etsə də, hazıradək borcun ödənilməsi istiqamətində hər hansı bir real addım atmamışdır. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, borclu Şəxs icra sənədinin icrasının tam təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməməsi icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və təqsirinin dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 32.1.3-cü maddəsinə əsasən, inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. (32.2.) Məhkəmə, Şəxs himayəsində azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, o cümlədən məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, eyni zamanda himayəsində on dörd yaşınadək uşağı olduğundan barəsində inzibati həbs tətbiq edilə bilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsili bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar