Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2722/2024 27.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X6 nümayəndəsi X7, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin nümayəndəsi X11 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin inzibati tənbehvermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsinə dair X6 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X15 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, DƏMX-nin Bakı şəhər İdarəsinin (bundan sonra “Müfəttişlik’' adlanacaq) “İnzibati xəta haqqında” MN ******* nömrəli, xx.xx.2024-cü tarixli “Qərarın”da "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən AR İXM-nin 192.6-cı maddəsində göstərilən (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) inzibati xətaya yol verildiyi göstərilir ki, aşağıda göstərilənlərə əsasən həmin “Qərar”dan şikayət edirəm. Əlavə olaraq bildirirəm ki, bu məsələ ilə bağlı yuxarı orqan olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də şikayət etmişdir. Sözügedən “Qərar”la vəzifəli şəxs olaraq ona, yəni "xxxx" MMC-nin Baş direktoru X8 1700 (bir min yeddi yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. “Qərar”ın “müəyyən edildi” bölməsində qeyd edilmişdir ki, “X2 ilə xx.xx.2021-ci il tarixində bağlanılmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin tələbləri gözlənilmədən bu Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin e) maddəsi ilə xitam verildiyi, həmçinin əmək müqaviləsinə xitam verilərkən müqavilədə qeyd olunan hallara riayət edilmədiyi müəyyən edilmişdir. Məsələ ilə bağlı bildirir ki, "xxxx" MMC ilə X12 və X19 arasında xx.xx.2021-ci il tarixində bağlanılmış əmək müqavilələrində (əlavə olunur) tərəflər əmək müqaviləsinə xitam verilməsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsində və “Əmək müqaviləsinin (kontraktın) nümunəvi formasf’nm “9.5. Əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi hallar” bölməsində nəzərdə tutulan aşağıdakı əlavə hallarını müəyyən etmişlər. “İşçi əmək pensiyası haqqında Azərbaycan Respublikasının qanununda müəyyən edilmiş pensiya yaşına çatdıqda” Tərəflərindən izah edilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən, “Tərəflər” əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Bu maddənin 3-cü hissəsinə əsasən, “Tərəflər” əmək münasibətlərinin gələcəkdə daha dolğun tənzimlənməsini təmin etmək məqsədi ilə bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallardan işçinin əmək şəraitinə uyğun olanını əmək müqaviləsinə hökmən daxil etməlidirlər. "xxxx" MMC “Neft və qazın hasilatı emalı, saxlanması və satışı” ilə bağlı sahələrdə fəaliyyət göstərdiyi üçün işlərin yerinə yetirildiyi əmək şəraitinin xüsusiyyətləri (ağır və zərərli, fiziki və əsəb gərginlikli, açıq hava şəraitli və s. insanın səhhətinə mənfi təsir göstərən istehsalat amilləri olan əmək şəraitli) nəzərə alınaraq işçinin əmək şəraitinə uyğun olan müvafiq əmək müqaviləsinə xitam verilməsi halı olan “İşçi əmək pensiyası haqqında Azərbaycan Respublikasının qanununda müəyyən edilmiş pensiya yaşına çatdıqda ” qeydini əmək müaavilələrinə daxil etmişdir. "xxxx" MMC Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin i İ bəndini və işçinin əmək müqaviləsində nəzərdə tutulan sözügedən əmək müqaviləsinə xitam verilməsinin əlavə halını (əmək müqaviləsinin 10.5-ci yarımbəndinin ə) bəndi) rəhbər tutaraq ‘Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən yaşa görə pensiya yaşında olan X5 əmək müqaviləsinə 66 yaşında və X9 əmək müqaviləsinə isə 70 yaşında olduqda xitam vermişdir. “Müfəttişli”yin əmək qanunvericiliyini təhrif etməsi ilə yanaşı məsələyə qərəzli olaraq yanaşması halını göstərmək üçün yuxarıda qeyd edilənlərlə yanaşı bildirirəm ki, "xxxx" MMCnin “Qazmaçı köməkçisi” peşəsindən azad edilmiş X1 əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabında ona istifadə etmədiyi əlavə məzuniyyət günlərinə görə kompensasiyanın düzgün ödənilməməsindən şikayət etdiyi halda "Müfəttişlik” vətəndaşın şikayət etmədiyi başqa bir məsələyə, yəni əmək müqaviləsinə düzgün xitam verilib-verilməməsi məsələsinə müdaxilə etmiş, bununla da yoxlamalara qanunla qadağa qoyulduğu halda planlı yoxlamaya aid və şikayətlə bağlılığı olmayan məsələni araşdırmaqla səlahiyyətlərindən süi-istifadə etmişdir. Eyni yanaşma X13 (“Elektron şikayət” əlavə olunur) münasibətdə də tətbiq edilmişdir. Belə ki, Müfəttişlik məsələni araşdırarkən müəyyən etmişdir ki, guya işəgötürən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam vermişdir. Dəfələrlə şahidi oluruq ki, “Müfəttişli”yin bir sıra əməkdaşları işəgötürənin özünü müdafiə üçün verdiyi düzgün izahatları nəzarət orqanı olaraq ambisiyaları baxımından qəbul etmək və işəgötürənlərlə sosial tərəfdaş olaraq konstruktiv işləmək istəmir. Odur ki, barəmdə tətbiq edilmiş “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli “Qərar” tam əsassız və qanunsuzdur. Nəticə olaraq qanunun ədalət prinsipini rəhbər tutaraq “Müfəttişli”yin sözügedən “Qərar”ın “müəyyən edildi” hissəsində qeyd edilmiş “X2 ilə xx.xx.2021-ci il tarixində bağlanılmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin tələbləri gözlənilmədən bu Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin e) maddəsi ilə xitam verildiyi, həmçinin əmək müqaviləsinə xitam verilərkən müqavilədə qeyd olunan hallara riayət edilmədiyi müəyyən edilmişdir” pozuntusunu əsassız hesab edirəm və bu “Qərar”m məhkəmə qaydasında ləğv edilərək inzibati xəta haqqında barəmdə başlanılmış icraata xitam verilməsi xahiş edilmişdir. Yuxarıda göstərilənlərə əsasən, “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənehvermə barədə qərarın ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X6 nümayəndəsi X16 şikayəti müdafiə edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin nümayəndəsi X21 şikayətə etiraz edərək izahatında bildirmişdir ki, şəxslərdən birinin əmək müqaviləsi bağlanarkən 65 yaşı olmuş, digərinə isə 65 yaşda xitam veriləcəyi təqdirdə 3 il sonra, 68 yaşda əmək müqaviləsinə xitam verilmişdir. X10 müqaviləsinə 01 may 2023-cü il tarixdə, yəni əmək pensiya yaşına çatdıqda xitam verilməli idi. Həmçinin əmək müqavilələrinin uzadılması ilə bağlı sənədlər yoxdur. Şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib və şikayəti iş materialları əsasında araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı ləğv olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından görünür ki, vətəndaş X14 ilə xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il, vətəndaş X19 ilə xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin tələbləri gözlənilmədən Məcəllənin 68.2 (e) maddəsi ilə xitam verildiyi, həmçinin əmək müqaviləsinə xitam verilməsi müqavilədə qeyd olunan hallara riayət edilmədiyi müəyyən edilmişdir. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarında olan 24 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X14 ilə xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 (e) maddəsi ilə həmin Məcəllənin 75-ci maddəsinin tələbləri gözlənilmədən xitam verilmişdir. Belə ki, əmək müqaviləsinə xitam verilməsi müqavilədə qeyd olunan hallara riayət edilmədiyi müəyyən edilmişdir. İş materiallarında olan 25 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X9 xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin tələbləri gözlənilmədən bu Məcəllənin 68.2 (e) maddəsi ilə xitam verildiyi, həmçinin əmək müqaviləsinə xitam verilməsi müqavilədə qeyd olunan hallara riayət edilmədiyi müəyyən edilmişdir. İş materiallarında olan X19 ilə bağlanmış № 532 əmək müqaviləsinin 10.5-ci bəndindən görünür ki, əmək müqaviləsinə xitam verilməsinin şərtlərinə əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi hallar: a) Tərəflərin qarşılıqlı razılığı; b) səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə səhiyyə müəssisəsinin müvafiq rəyi olduqda; c) əmək müqaviləsi bağlanarkən işçinin əmək funksiyasının xüsusiyyətinə uyğun olan peşə hazırlığının və ya təhsilinin olması haqqında İşəgötürənə təqdim etdiyi təhsil barədə müvaviq sənəd aidiyyatı icra hakimiyyəti orqanı tərəfindən etibarsız hesab edildikdə; ç) İşçi hərəkəti və ya hərəkətsizliyi nəticəsində işəgötürənin işgüzar nüfuzuna xələl gətirdikdə; e) İşçi əməyin mühafizəsi, iş yerlərinin təhlükəsizliyi və əməyinin nəticələri ilə bağlı olan digər təhlükəsizlik amillərinə görə işə buraxılmadıqda; ə) İşçi əmək pensiyası haqqında Azərbaycan Respublikasının qanununda müəyyən edilmiş pensiya yaşına çatdıqda; f) İşəgötürənin qanuni maraqlarını gözləmədən və onun icazəsi olmadan müştərilərin və müştərilərlə əlaqəsi olan üçüncü şəxslərin maraqlarına uyğun hərəkətlər etdikdə; g) İşçi sifarişçi şirkəti tərəfindən əməyin mühafizəsi, iş yerlərinin təhlükəsizliyi və əməyinin nəticələri ilə bağlı olan digər təhlükəsizlik amillərinə görə işə buraxılmadıqda daxildir. İş materiallarında olan X12 ilə bağlanmış № 529 əmək müqaviləsinin 10.5-ci bəndindən görünür ki, əmək müqaviləsinə xitam verilməsinin şərtlərinə əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi hallar: a) Tərəflərin qarşılıqlı razılığı; b) səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə səhiyyə müəssisəsinin müvafiq rəyi olduqda; c) əmək müqaviləsi bağlanarkən işçinin əmək funksiyasının xüsusiyyətinə uyğun olan peşə hazırlığının və ya təhsilinin olması haqqında İşəgötürənə təqdim etdiyi təhsil barədə müvaviq sənəd aidiyyatı icra hakimiyyəti orqanı tərəfindən etibarsız hesab edildikdə; ç) İşçi hərəkəti və ya hərəkətsizliyi nəticəsində işəgötürənin işgüzar nüfuzuna xələl gətirdikdə; e) İşçi əməyin mühafizəsi, iş yerlərinin təhlükəsizliyi və əməyinin nəticələri ilə bağlı olan digər təhlükəsizlik amillərinə görə işə buraxılmadıqda; ə) İşçi əmək pensiyası haqqında Azərbaycan Respublikasının qanununda müəyyən edilmiş pensiya yaşına çatdıqda; f) İşəgötürənin qanuni maraqlarını gözləmədən və onun icazəsi olmadan müştərilərin və müştərilərlə əlaqəsi olan üçüncü şəxslərin maraqlarına uyğun hərəkətlər etdikdə; g) İşçi sifarişçi şirkəti tərəfindən əməyin mühafizəsi, iş yerlərinin təhlükəsizliyi və əməyinin nəticələri ilə bağlı olan digər təhlükəsizlik amillərinə görə işə buraxılmadıqda daxildir. Həmin müqavilələrin 2.2-ci bəndinə əsasən bu əmək müqaviləsinin 2.1.-ci bəndində göstərilən müddət qurtardıqda və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, bu əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, № İR-1087/24 əmrdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində qazmaçı köməkçisi peşəsində işləyən X5 əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "e" (tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar) bəndinə əsasən xx.xx.2024-cü il tarixində xitam verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, № İR-1231/24 əmrdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində Qazmaçı peşəsində işləyən X9 əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "e" (tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar) bəndinə əsasən xx.xx.2024-cü il tarixində xitam verilmişdir. İş materiallarında olan müraciət vərəqəsindən görünür ki, X9 şikayətinin məzmunu ondan ibarətdir ki, xx.xx.2021-ci il tarixindən "xxxx" MMC-də qazmaçı vəzifəsində çalışmışdır. xx.xx.2024-cü il tarixində "tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar" səbəbi ilə əmək müqaviləsinə xitam verilmişdir. Vətəndaş iddia edir ki, son haqq-hesab ödənilən zaman istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiya düzgün ödənilməmişdir. Bu haldan narazıdır, araşdırılmasını və müvafiq köməklik göstərilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-6541/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" MMC-nin baş direktoru X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı Şəhər İdarəsinin MN seriyalı ******* nömrəli, 05 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan şikayəti və ona əlavə edilmiş sənədlər baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vətəndaş X14 ilə xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il, vətəndaş X19 ilə xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin tələbləri gözlənilmədən Məcəllənin 68.2 (e) maddəsi ilə xitam verildiyi, həmçinin əmək müqaviləsinə xitam verilməsi müqavilədə qeyd olunan hallara riayət edilmədiyindən X15 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinib 1700 (bir min yeddi yüz) manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə- vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Lakin tərəflərin məhkəmə iclasındakı izahatlarından və iş materiallarından görünür ki, X19 və X5 əmək müqavilələrinə qanunvericilikdə və tərəflərin əmək müqavilələrində nəzərdə tutulmuş qaydada xitam verilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli, № İR-1087/24 və xx.xx.2024-cü il tarixli, № İR-1231/24 əmrlərdən görünür ki, həmin işçilərin əmək müqavilələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "e" (tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar) bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan № 529 və № 532 əmək müqavilələrindən görünür ki, əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi hallara müqavilənin 10.5-ci bəndində sadalanan hallar, yəni a) Tərəflərin qarşılıqlı razılığı; b) səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə səhiyyə müəssisəsinin müvafiq rəyi olduqda; c) əmək müqaviləsi bağlanarkən işçinin əmək funksiyasının xüsusiyyətinə uyğun olan peşə hazırlığının və ya təhsilinin olması haqqında İşəgötürənə təqdim etdiyi təhsil barədə müvaviq sənəd aidiyyatı icra hakimiyyəti orqanı tərəfindən etibarsız hesab edildikdə; ç) İşçi hərəkəti və ya hərəkətsizliyi nəticəsində işəgötürənin işgüzar nüfuzuna xələl gətirdikdə; e) İşçi əməyin mühafizəsi, iş yerlərinin təhlükəsizliyi və əməyinin nəticələri ilə bağlı olan digər təhlükəsizlik amillərinə görə işə buraxılmadıqda; ə) İşçi əmək pensiyası haqqında Azərbaycan Respublikasının qanununda müəyyən edilmiş pensiya yaşına çatdıqda; f) İşəgötürənin qanuni maraqlarını gözləmədən və onun icazəsi olmadan müştərilərin və müştərilərlə əlaqəsi olan üçüncü şəxslərin maraqlarına uyğun hərəkətlər etdikdə; g) İşçi sifarişçi şirkəti tərəfindən əməyin mühafizəsi, iş yerlərinin təhlükəsizliyi və əməyinin nəticələri ilə bağlı olan digər təhlükəsizlik amillərinə görə işə buraxılmadıqda daxildir. Göründüyü kimi xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin tələblərinin gözlənilmədiyi qeyd olunsa da, həmin maddənin 2-ci hissəsinin d) bəndindən görünür ki, bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallarla əmək müqaviləsinə xitam verilə bilər. № 529 və № 532 əmək müqavilələrindən görünür ki, tərəflər əmək müqaviləsinə xitam verilməsi üçün 8 hal müəyyən etmişdir. 10.5-ci maddənin ə) bəndi həmin hallardan sadəcə biridir və əmək müqavilələrinə xitam verilməsinin əsası kimi əmrlərdə göstərilməmişdir. Həmçinin müqavilənin 2.2-ci bəndinə əsasən bu əmək müqaviləsinin 2.1.-ci bəndində göstərilən müddət qurtardıqda və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, bu əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Beləliklə məhkəmə hesab edir ki, işəgötürən X15 tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti tərəfindən inzibati məsuliyyətə cəlb olunan X6 təqsirli olması barədə sübutları məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsində qeyd edilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsii olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti tərəfindən əhəmiyyətli olan hallar sübuta yetirilmədən, inzibati xəta tərkibinin olub-olmaması araşdırılmadan X15 barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış X6 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin inzibati tənbehvermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin inzibati tənbehvermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-2722/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2722/2024
27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver