Məhkəmə qərarları › İş №3(009)-2729/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2729/2024

25.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2729/2024 25.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Əsgərova Sübhə Hüsən qızının katibliyi, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 06 iyun 2024-cü il tarixli 00100-01053/24 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-33-/3-1-027198/2023 nömrəli materialın icrası ilə əlaqədar bildirir ki, AZ1005, Bakı şəhəri Səbail rayonu, Yusif Məmmədəliyev, ev 1, mənzil 12 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 99XO835/99ZD835 nömrə[i nəqliyyat vasitəsi ilə, HRL20221221 saylı xx.xx.2023-cü il tarixli invoys sənədi ilə daxil olrnuş yüklər **********3379 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı GB-də bəyan edilmiş malların XİFMN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X2 İdarəsinə müraciət olunmuş, həmin İdarədən 3-33-5300/2-0054314/2023 saylı, xx.xx.2023-cü il tarixli məktuba əlavə olunaraq BBGİ-və göndərilmiş sınaq protokoluna əsasən HRL2022122 saylı xx.xx.2023-cü il tarixli invoysun 4-cü mal mövqeyində göstərilən malların 15% gömrük rüsumuna cəlb edilməli olduğu məlum olmuşdur. Beləliklə, **********3379 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin mal mövqeyində bəyan edilmiş yüklərə görə Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği idxal gömrük rüsumu üzrə 3486.14 AZN, ƏDV üzrə 627.51 AZN, Elektron gömrük xidmət haqqı üzrə 30.00 AZN, elektron gömrük xidməti üzrə ƏDV 5.40 AZN təşkil edir. Aparılan araşdırma ilə əlaqədar olaraq X2 İdarəsinə 3-33-1100/2-008640/2023 saylı xx.xx.2023-cü tarixli məktubla müraciət olunaraq HRL20221221 nömrəli invoysda 2,3,4-cü mal mövqelərində göstərilən mallarınxarici iqtisadi fəaliyyətin mal nomeklaturası üzrə hansı təsnifat kodu altında sinifləşdirildiyi soruşulmuşdur. X2 idarəsindən daxil olmuş 3-33-5300/2- 005431/2023 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyində invoysun 2,3-cü mövqeləri üzrə “HUARUİ” nişanlı, “RGR60-9” və ' RJ2R-36-6” modelli qara metaldan məmulatların sərtləşdirilməsi üçün nəzərdə tutulmuş, 38-V 3 fazalı dəyişən cərəyanla işləyən müqavimət sobaları ********** nömrəli, 4-cü mövqeyi üzrə qara metaldan məmulatların sinklənməsi üçün nəzərdə tutulmuş avadanlığın plastik kütlədən tutumları ********** nömrəli, qara metaldan məmulatların sinklənməsi üçün nəzərdə tutulmuş avadanlığın qara metaldan tutumları ********** nömrəli kodlarda sinifləşdirilir. Araşdırmanın gedişatına uyğun olaraq xx.xx.2023-cü il tarixdə Bakı Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsində ”Nəzrin-2020” MMC-də gömrük işləri üzrə mütəxəssis vəzifəsində işləyən X3 verdiyi izahatda AZ1005, Bakı şəhəri Səbail rayonu, Yusif Məmmədəliyev, ev 1, mənzil 12 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 99XO835/99ZD835 nömrəli nəqliyyat vasitəsi ilə, HRL20221221 saylı xx.xx.2023-cü il tarixli invoys sənədi ilə daxil olmuş yüklərin **********3379 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edildiyini. xx.xx.2023-cü il tarixli HRL2022İ221 nömrəli invoys sənədinə uyğun olaraq malları ********* kimi(5%-li gömrük rüsumu) bəyan edildiyini, mallara dair sənədlərin Şəxs MMC-nin nümayəndəsi Ceyhun tərəfindən verildiyini, X2 İdarəsinin rəyinə əsasən HRL20221221 nömrəli invoys 4-cü mal mövqeyində göstərilən malın XİFMN üzrə 15% gömrük rüsumuna cəlb edilməli olunduğunu bildirmişdir. Aparılan araşdırma ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə Bakı Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsində Şəxs MMC-də əmək müqaviləsi üzrə usta vəzifəsində işləyən X5 verdiyi izahatda Şəxs MMC-də usta vəzifəsində işlədiyini, ”AR-10” MMC-nin ünvanına 99XO835/99ZD835 nömrəli nəqliyyat vasitəsi ilə HRL20221221 saylı xx.xx.2023-cü il tarixli invoys sənədi ilə daxil olmuş yüklərin **********3379 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan olunduğunu, göndərən şirkətin onlara təqdim etdiyi kod üzrə malları bəyan etdiklərini xx.xx.2023-cü il tarixli HRL20221221 nömrəli invoys sənədinə uyğun olaraq malları ********* kimi(5%-li gömrük rüsumu) bəyan etdiklərini, X2 İdarəsinin rəyinə əsasən HRL20221221 nömrəli invoys 4-cü mal mövqeyində göstərilən malın XİFMN üzrə 15% gömrük rüsumuna cəlb edilməli olduğunun onlara məlum olduğunu, bu malları ”AR-10” MMC-yə məxsus sexdə şurup istehsal etmək üçün sifariş verdiklərini, X1 rəyi ilə razı olduqlarını bildirmişdir Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə 3-33-1100/2-009646/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubla müraciət olunaraq Bakı şəhəri Səbail rayonu, Yusif Məmmədəliyev, ev 1, mənzil 12 ünvanında qeydiyyatda olan Şəxs MMCnin(VÖEN:**********) reyestr məlumatları, fəaliyyət statusu, ünvanları vergi ödəyicisi barədə məlumatların, həmçinin, Şəxs MMC-nin direktoru X4 barəsində cinayət işinin və ya hər hansı bir təqsirləndirici materialın olub-olmaması barədə məlumat almaq üçün müraciət olunmuşdur. X2 İdarəsinə 3-33-1100/2-009701/2023 saylı xx.xx.2023-cü tarixli məktubla müraciət olunaraq, Şəxs MMC tərəfindən 99XO835/99ZD835 nömrəli nəqliyyat vasitəsi ilə. HRL20221221 saylı xx.xx.2023-cü il tarixli invoys sənədi ilə Azərbaycan Respublikasına idxal edilən X2 idarəsinin yuxarıda qeyd edilən rəyinə əsasən XİFMN üzrə müvafiq kod altında sinifləşdirilən faktiki yüklər **********3379 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsində bəyan edilən yüklərin təsvirinə uyğun gəlib-gəlmədiyi soruşulmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsindən daxil olmuş 3-33- 1100/1-029339/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubda Şəxs MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsində xx.xx.2023-cü il tarixdə qeydiyyata alındığı, rəhbərinin X6 olduğu, müəssisə rəhbəri barədə cinayət işinin olmadığı, fəaliyyət növünün tikinti materiallarının topdan satışı olduğu, hüquqi ünvanının ünvan 2 Araşdırmanın gedişatına uyğun olaraq, xx.xx.2023-cü il tarixdə Şəxs MMC-yə məxsus Abşeron rayonu, Bakı Şamaxı şossesi 16 ünvanında yerləşən anbarda mallara baxış keçirilmişdir. Baxış zamanı **********3379 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin əlavə vərəqinin 3-cü mal mövqeyində istehsal ölkəsi Çin olan “Şurup qaraldıcı vanna” kimi yükünün həmin anbarda olduğu müyyən edilmişdir. X2 idarəsindən daxil olmuş 3-33-1100/1-030586/2023 xx.xx.2023-cü il tarixli məktubda “AR-10" MMC-nin ünvanına HRL20221221 saylı xx.xx.2023-cü il tarixli invoys sənədi ilə daxil olan, MGEİ tərəfindən verilən ekspert rəyində qeyd olunan yüklərin təsviri **********3379 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrüklü bəyannaməsində bəyan edilən yüklərin təsviri ilə uyğunluq təşkil etdiyi bildirilmişdir. Araşdırmanın gedişatına uyğun olaraq. xx.xx.2023-cü il tarixdə məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi haqqında Qərar qəbul olunmuşdur. Bu qərara əsasən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə 3-33-1100/2-010450/2023 nömrəli xx.xx.2023-cü iİ tarixli məktubla məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi haqqında Qərara ekspert rəyi verilməsi üçün müraciət olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 3-33-1100/1-033902/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubda ekspert baxışının keçirilməsi üçün əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim edilməli olduğu bildirilmişdir. Araşdırmanın gedişatına uyğun olaraq, xx.xx.2024-cü il tarixdə məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi haqqında Qərar qəbul olunmuşdur. Bu qərara əsasən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə 3-33-1100/2-000294/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubla məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi haqqında Qərara ekspert rəyi verilməsi üçün yenidən müraciət olunmuşdur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 9/6591 saylı xx.xx.2024-cü il tarixli ekspert arayışında inzibati xətanın bilavasitə obyekti olan 07 ədəd hər birinin ölçüsü 1m3 olan çənlərin xx.xx.2023-cü il tarixə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 28000.00( iyirmi səkkiz min) manat təşkil etdiyi bildirilmişdir. Ədliyyə Nazirliyi məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 9/6591 saylı xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən əlavə ödəniləcək gömrük ödənişlərinin yaranıb-yaranmaması və yarandığı halda həmin ödənişlərin məbləği barədə Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə məlumat verilməsi üçün xx.xx.2024cü il tarixli, 3-33-1100/013/008035 saylı raportla Rəsmiləşdirmə Mərkəzinə müraciət olunmuşdur. Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-33- 1100/012/010570 saylı raportun icrası ilə əlaqədar bildirilmişdir ki, Şəxs MMC tərəfindən **********3379 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən malların dəyərinin müəyyən edilməsi məqsədilə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 9/6591 saylı xx.xx.2024-cü il tarixli rəyə əsasən 7 ədəd hər birinin ölçüsü 1m3 olan çənlərin xx.xx.2023-cü il tarixə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 28000.00( iyirmi səkkiz min) manat olduğu təqdirdə gömrük ödənişlərində fərq yaranmamışdır. Araparılan araşdırma zamanı, X2 İdarəsindən 3-33-5300/2-0054314/2023 saylı, xx.xx.2023-cü il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən HRL20221221 saylı xx.xx.2023-cü il tarixli invoysun 4-cü mal mövqeyində göstərilən malların 15% gömrük rüsumuna cəlb edilməli olduğu məlum olmuşdur. Beləliklə, **********3379 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin mal mövqeyində bəyan edilmiş yüklərə görə "AR-10” MMC idxal gömrük rüsumu üzrə 3486.14 AZN.ƏDV üzrə 627.51 AZN, elektron gömrük xidmət haqqı üzrə-30.00 AZN, elektron gömrük xidməti üzrə ƏDV 5.40 AZN olmaqla. Ümumilikdə 4149.05 AZN gömrük ödənişlərinin ödənilməsindən yayındığından Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsinin tərkib əlamətləri yaranmışdır. Bununla da, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMCyə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, AZ1005, ünvan 4 ünvanında qeydiyyatda olan "xxxx" MMC ünvanına 99XO835/99ZD835 nömrəli nəqliyyat vasitəsi ilə, HRL20221221 saylı xx.xx.2023-cü il tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********3379 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı GBdə bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X2 İdarəsinə müraciət olunmuş, həmin İdarədən 3-33-5300/2- 0054314 saylı, xx.xx.2023-cü il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sinaq protakoluna əsasən HRL20221221 saylı xx.xx.2023-cü il tarixli invoysun 4-cü mal mövqeyində göstərilən malların 15% gömrük rüsumuna cəlb edilməli olduğu məlum olmuşdur. Beləliklə **********3379 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin mal mövqeyində bəyan edilmiş yüklərə görə "xxxx" MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği: idxal gömrük rüsumu üzrə 3486.14 azn, ƏDV üzrə 627.51 AZN, elektron gömrük xidməti haqqı üzrə 30.00 AZN, elektron gömrük xidməti üzrə ƏDV 5.40 AZN təşkil etmişdir. Bununla əlaqədar olaraq, yuxarıda qeyd olunan məsələnin araşdırılması üçün müvafiq göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş tapşırığlarından görünür ki, 4149.05 AZN gömrük ödənişlərinin ödənilməsindən yayındığından əməli gələn öhdəliki ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda, ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən Bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. İş materiallarından görünür ki, Şəxs MMC tərəfindən əvvəllər İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş xəta törədilməmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC ilk dəfə olaraq az miqdarda inzibati xəta törətmiş və törətmiş olduğu xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokolla müəyyən edilir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Şəxs MMC tərəfindən inzibati xəta nəticəsində vurulmuş ziyan Dövlət büdcəsinə tam şəkildə ödənildiyindən hüquqi şəxs inzibati məsuliyyətdən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Beləliklə, məhkəmə hesab edir ki, barədində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, həmin Məcəllənin 505-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin maddənin qeyd hissəsinin 2-ci bəndinə əsasən inzibati məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar