Məhkəmə qərarları › İş №3(009)-2738/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2738/2025

07.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2738/2025 07.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, X3 nümayəndəsi Nümayəndə iştirakı ilə, Səbail Rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Səbail Rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, X2 rayonu ərazisində yol polis əməkdaşı tərəfindən xx.xx.2025-ci il tarixdə saat 02:35-də saxlanılaraq sərxoşluq vəziyyəti yoxlanılmışdır. Polis əməkdaşı tərəfindən ona sərxoşluq dərəcəsinin 1.9 promil olduğu bildirilsə də, polis əməkdaşı tərəfindən sərxoşluq vəziyyəti ölçən cihazın nəticəsini ona təqdim olunmayıb. Polis əməkdaşı tərəfindən heç bir protokol tərtib olunmadan onun avtomobili Səbail Rayon Dövlət X9 duracağına aparılıb. Bundan sonra o, özü sərxoşluq vəziyyətinin müəyyən olunması üçün "Respublika Narkoloji Mərkəzi" PHŞ-yə müraciət edib. Həmin gün saat 03:15 də (cəmi 40 dəqiqə sonra) aparılan müayinə zamanı onun sərxoşluq dərəcəsinin “0” promil və ayıq olmağı ilə bağlı protokol verilib. X5 xx.xx.2025-ci il tarixində Səbail Rayon Dövlət X11 yaxınlaşaraq sərxoş olmadığını təsdiq edən protokolu təqdim edərək xx.xx.2025-ci il tarixində sərxoş olmadığını və maşının duracaqdan buraxılmasını xahiş edib. Lakin polis əməkdaşı onun təqdim etmiş olduğu sənədə məhəl qoymayaraq onun barəsində 400 manat məbləğində İXP7477691 nömrəli protokol (İXM-nin 327.1 333.1 və 342.5-ci maddələri ilə) tərtib edib. İXM-nin 101-ci maddəsinə əsasən protokol dərhal tərtib olunmalı olduğu halda protokol barədə sms xx.xx.2025-ci il tarixdə ona göndərilib və şəxsi kabinetinə yerləşdirilib. X5 xx.xx.2025-ci il tarixdə Asanpay tətbiqi üzərindən həmin protokoldan şikayət edərək ləğv edilməsini xahiş edib. Lakin onun bu şikayəti də heç bir nəticə verməyib. İXP7477691 nömrəli protokol əsasında Səbail Rayonu Dövlət X14 tərəfindən xx.xx.2025-ci il tarixli, TP7586898 nömrəli inzibati xəta haqqında qərar ilə X5 400 manat məbləğində cərimə edilmiş və ona 5 cərimə balı yazılmışdır. Məhkəmə iclasında iştirak edən X4 etibarnamə üzrə nümayəndəsi Nümayəndə şikayətin mahiyyətinə uyğun çıxış edərək məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, X5 onun barəsində tərtib olunmuş protokol və qərarla razı deyil. O, xx.xx.2025-ci il tarixində sərxoş olmamaqla yanaşı protokol da qeyd olunan digər inzibati xətaları da törətməmişdir. Protokol və qərarda X3 İXM-nin 342.5-ci (xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanian nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı) və 327.1-ci (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə) maddələrində nəzərdə tutulan inzibati xətaları da törətdiyi qeyd olunur. X1 İXM-nin 342.5-ci və 327.1-ci maddələrini törətməsini təsdiq edən hər hansı sübut mövcud deyil. İşin hallarından göründüyü kimi X5 İXM-nin 327.1-ci, 333.1-ci və 342.5-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməmişdir. Yuxarıda qeyd edilənlərdən də tam aydın olur ki, protokol və qərar maddi və prosessual qayda pozuntusu ilə əsassız olaraq tərtib edilmişdir. Ona görə də, qərar ləğv edilməli iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə Səbail Rayon DYPŞ lazımınca məlumatlandırılmış olsa da, nümayəndə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə öz növbəsində qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Səbail Rayon DYPŞ xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X6 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcələssinin 333.1-ci maddəsi hissəsində xitam verilməli, qalan hissədə isə yenidən araşdırma aparılması üçün Səbail Rayon DYPŞyə qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş "Respublika Narkoloji Mərkəzi" PHŞ-nin xx.xx.2025-ci il tarixli 2/56799 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə saat 3:15-də ayıq vəziyyətdə olmuşdur. Məhkəmə hesab edir ki, X5 inzibati xəta haqqında protokolda inzibati xəta hadisəsinin törədilməsi göstərilən saatdan (02:35) 40 dəqiqə sonra sərxoşluq vəziyyətinin müayinə edilməsi üçün tibb müəssisəsinə yaxınlaşması və bu zaman onda hər hansı sərxoşluq vəziyyətinin olması aşkarlanmadığından barəsində İXM-in 333.1-ci maddəsi ilə protokol tərtib edilməsi əsassız və qanunsuzdur. Belə vəziyyətdə məhkəmə hesab edir ki, X3 əməlində İXM-in 333.1-ci maddəsinə münasibətdə inzibati xəta tərkibi olmadığından həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.2-ci maddəsinin tələblərinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Səbail Rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata 333.1-ci maddəsi hissəsində xitam verilməli, 327.1-ci və 342.5-ci maddə hissəsində isə yenidən araşdırma aparılması üçün Səbail Rayon DYPŞ-yə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin olunsun. Səbail Rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X3 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi hissəsində xitam verilsin. X7 Məcəlləsinin 327.1-ci və 342.5-ci maddələri hissəsində yenidən araşdırma aparılması üçün Səbail Rayon DYPŞ-yə göndərilsin. Bu qərar X3 adına qeyd edilmiş xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati cərimənin və ona hesablanmış dəbbə pulunun silinməsi üçün əsasdır. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Afət Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar