Məhkəmə qərarları › İş №3(009)-274/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-274/2022

24.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-274/2022 24.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X2 qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsinə əsasən Şəxs MMC-nin barəsində tərtib olunmuş inzibati material baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-0004/22, EP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti) MMC tərəfindən **********2538 sorqu nömrəli 12.07.2019-cu il tarixli gömrük bəyannaməsinin 6-cı mal mövqeyində bəyan edilərək müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin müddət başa çatanadək geriyə ixrac edildiyi, lakin, invoys dəyəri 2496,00 ABŞ dolları olan 200 ədəd "xxxx" yüklərinin öhdəlik müddətinin başa çatmasına baxmayaraq MMC tərəfindən yüklərin geriyə qaytarılmasının və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsinin təmin edilmədiyi aşkar edilmişdir. Qeyd olunan məsəiə ilə əlaqədar Şəxs MMC-nin etibarnamə ilə nümayəndəsi olan Azərbaycan Respublikasının vətəndaşı X1 izahatı alınmış, o, "xxxx" MMC tərəfindən Sinqapurun “X3 Pte LTD” şirkətindən idxal edilmiş yüklərin **********2538 sorğu nömrəli 12.07.2019-cu il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilərək Azərbaycan Respublikasına gətirildiyini, həmin vaxt müvəqqəti idxal edilən malların 08.07.2020-ci il tarixədək gömrük ərazisinə gətirildiyini, lakin, sonradan işlər davam etdiyinə görə müddətin uzadılmasına ilə bağlı bir neçə dəfə gömrük orqanına müraciət etdiklərini, sonuncu dəfə 01.12.2020-ci il tarixli ərizə ilə malların müvəqqəti idxal müddətinin 01 07.2021-ci ıl tarixədək uzadılması barədə Bakı Baş Gömrük idarəsinə müraciət edildiyini, müddət başa çatanadək müvəqqəti idxal edilmiş malların gömrük ərazisindən kənara aparıldığını, lakin, son olaraq **********2538 sorğu nömrəli 12.07.2019-cu il tarixli gömrük bəyannaməsinin 6-cı mal mövqeyində bəyan edilərək müvəqqəti idxal edilmiş 200 ədəd "xxxx" yüklərinin müvəqqəti idxal müddəti başa çatanadək geriyə aparılmadığını, həmin yüklərlə əlaqədar işlər yekunlaşmadığı üçün müəyyən edilmiş müddət ərzində gömrük ərazisindən kənara aparılmadıqını və nəticədə gömrük qaydalarının pozulduğunu, 28.10.2021-ci il tarixdə sözügedən 200 ədəd "geofiziki cihazlar və alətlər” yüklərinin sərbəst dövriyyə buraxılış gömrük prosedurunda rəsmiləşdirilməsi üçün **********3677 sorqu nömrəli gömrük bəyannaməsinin verildiyini, gömrük qaydalarının pozulduğunu bildiklərini, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşımağa hazır olduqlarını, gələcəkdə bir daha belə halın təkrarlanmamasına çalışacaqlarını bildirmişdir. Araşdırma zamanı Şəxs MMC tərəfindən **********2538 sorğu nömrəli 12.07.2019-cu il tarixli gömrük bəyannaməsinin 6-cı mal mövqeyində bəyan edilərək müvəqqəti dxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş invovs dəyəri 2496,00 ABŞ dolları olan milli vaiyutaya nisbətdə 4243,20 azn dəyərində 200 ədəd "xxxx" yüklərinin öhdəlik müddətinin 01.07.2021-ci il tarixdə başa çatdığı, sözügedən malların "xxxx" gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı MMC tərəfindən 28.10.2021-ci il tarixdə **********3677 sorğu nömrəli gömrük bəyannaməsinin verildiyi, nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası inzibatı Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsinin tələblərinin pozulduğu məlum olmuşdur. Nəticədə, Şəxs MMC tərəfindən həmin maddədə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq inzibati xəta haqqında protokol tərtib etmiş orqanın və barəsində protokol tərtib olunmuş hüquqi şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdırıraq belə qənaətə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsinin tələbini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni: üç aydan bir ilədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin iyirmi faizindən əlli faizinədək məbləğdə cərimə edilir; Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən **********2538 sorqu nömrəli 12.07.2019-cu il tarixli gömrük bəyannaməsinin 6-cı mal mövqeyində bəyan edilərək müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin müddət başa çatanadək geriyə ixrac edildiyi, lakin, invoys dəyəri 2496,00 ABŞ dolları olan 200 ədəd "xxxx" yüklərinin öhdəlik müddətinin başa çatmasına baxmayaraq MMC tərəfindən yüklərin geriyə qaytarılmasının və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsinin təmin edilməmişdir. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikadsı Gömrük Məcəlləsinin: 40-cı maddəsinə əsasən gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsində iştirak edən şəxslər gömrük orqanlarını bu Məcəlləyə uyğun olaraq tələb olunan bütün sənəd və məlumatlarla müəyyən olunmuş müddət ərzində təmin etməli və gömrük orqanlarının müraciəti olduqda, onlara yardım göstərməlidirlər; 104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır; 104.2-ci maddəsinə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır; 148-ci maddəsinə əsasən gömrük orqanlarına gömrük rəsmiləşdirilməsində yardım göstərmək bəyannaməçinin vəzifəsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və o, inzibati xətanın bilavasitə obyekti olmuş malların ümumi dəyəri 4243,20 manat vəsaiti məbləğinin 20 (iyirmi) faizi miqdarında yəni, 848,64 (səkkiz yüz qırx səkkiz manat, altmış dörd qəpik) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar