Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2753/2024 16.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızı, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏNETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 06 dekabr 2024-cü il tarixli, 00100-03351/** EP ***7655 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokolu və digər materialları araşdıraraq hesab edirəm ki, iş baxılması üçün aidiyyəti üzrə Neftçala Rayon Məhkəməsinə göndərilməlidir. İnzibati xətta haqqında protokola əsasən, Bakı Baş Gömrük idarəsinin “İpək yolu” gömrük daxil olmuş 3-33-1100/029/029940 saylı, xx.xx.2024-cü il tarixli raportda İran İslam Respublikasından "xxxx" MMC-nin ünvanına 68AA128 nömrəli nəgliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş, **********0853 sorğu nömrəli GB ilə bəyan olunan yükə keçirilmiş baxış zamanı, gömrük orqanına bəyan olunmayan ümumi çəkisi 48 kq dondurulmuş krevetka və 135 kq farel kürüsü yükü aşkar edilərək AA1042230 seriya və nömrəli stikerlə təminat altına alınmışdır. "xxxx" MMC tərəfindən gömrük orqanına bəyan edilməyən malların dəyəri işin halları ilə uyğun olub-olmamasının və əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi məqsədi ilə elmi cəhətdən əsaslandırılmış müvafiq tədqiqatlar aparılmalı olduğundan ekspertiza tədqiqatlarının aparılmasına zərurət yaranmışdır. Aparılmış araşdırma zamanı ümumi çəkisi 48 kq dondurulmuş krevetka və 135 kq farel kürüsü yükünün qiymətləndirilməsi məqsədilə xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 3-33-1100/2-006658/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubla Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərara əsasən ekspertizanın aparılması “Azərekspertiza” Birliyinin ekspertlərinə həvalə edilmişdir. “Azərekspertiza” Birliyindən Bakı Baş Gömrük idarəsinə daxil olmuş 29.11 2024-cü il tarixli 208 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş ümumi çəkisi 48 kq dondurulmuş krevetka və 135 kq farel kürüsü yükünün xx.xx.2024-cü il tarixə orta bazar qiymətinin 48 kq dondurulmuş krevetka yükünün 864 (səkkiz yüz altmış dörd), 135 kq farel kürüsü yükünün (on min səkkiz yüz) ümumilikdə 11664 (on bir min altı yüz altmış dörd) manat olduğu müəyyən edilmişdir. Beləliklə də, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Nefçala rayonu, Bankə ştq, Səməd Vurğun, ev 68 ünvanında qeydiyyatda olan "xxxx" MMC tərəfindən gömrük orqanına bəyan edilməyən malın ümumilikdə orta bazar qiyməti ümumilikdə 11664 (on bir min altı yüz altmış dörd) manat təşkil edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 3 MMC ümumi çəkisi 48 kq dondurulmuş krevetka və 135 kq farel kürüsü, ümumilikdə 11664 (on bir min altı yüz altmış dörd) manat dəyəri olan mallarını bəyan etməməklə hərəkətsizliyə yol vermişdir, belə olan halda, inzibati xəta hadisəsi "xxxx" MMC-nin hüquqi ünvanda baş vermişdir. Qeyd olunmalıdır ki, inzibati xətanın törədilmə "xxxx" MMC-nin hüquqi ünvandır. Ona görə də inzibati işə aidiyyəti üzrə Neftçala Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında protokolun aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən hesab edirəm ki, inzibati xəta haqqında protokola Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılması üçün hüquqi əsaslar olmadığından inzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.7, 110 və və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanının törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 06 dekabr 2024-cü il tarixli, 00100-03351/** EP ***7655 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Neftçala Rayon Məhkəməsinə göndərilsin. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-2753/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2753/2024
16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver