Məhkəmə qərarları › İş №3(009)-2759/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2759/2024

27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2759/2024 27.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi ilə, Barəsində X3 icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 07 oktyabr 2024-cü il tarixli, İXP ******* saylı X3 protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində X3 protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi Nümayəndə X3 protokola etiraz edərək izahatında göstərmişdir ki, Xətai Rayon Dövlət X4 sorğusuna cavab verilmiş və avtomobilin sürücüsü barədə məlumat verilmişdir. xx.xx.2024-cü il tarixdə məktubu qəbul etdiyi göstərilən Kəmalə adlı şəxs şirkətdə heç vaxt işləməmişdir. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. X3 protokol tərtib etmiş Xətai Rayon Dövlət X5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə protokol tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə X3 protokol tərtib etmiş şəxsin nümayəndəsininin izahatını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Belə ki, 07 oktyabr 2024-cü il tarixli, İXP ******* saylı X3 protokoldan görünür ki, Şəxs MMC-nin mülkiyyətində olan nəqliyyat vasitələrini idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə məlumat verməmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Xətai Rayon Dövlət X7 tərəfindən Şəxs MMC-yə xx.xx.2024-cü il tarixdə məktub göndərilmiş, xx.xx.2024-cü il tarixdə məktub Kəmalə adlı şəxs tərəfindən alınmışdır. İş materiallarına əlavə edilmiş Şəxs MMC-nin etirazından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xətai RPİ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə "xxxx" MMC barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli X3 Protokol yazılmış və baxılması üçün Bakı şəhəri Səbail rayon Məhkəməsinə göndərilmişdir. Həmin məsələ ilə bağlı aşağıdakıları bildirirlər: hər şeydən əvvəl qeyd edilir ki, Bakı şəhəri Xətai RPİ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə "xxxx" MMC barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli X3 Protokoldan görünür ki, "xxxx" MMC onun mülkiyyətində (istifadəsində) olan “MAN TGS 41,400 8*4 BB WW YÜK” markalı, ** JF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə vermədiyi qeyd edilmiş, hətta sözügedən protokolda “hüquqi şəxsə məlumatın verildiyi’ göstərilmişdir. Bununla da, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Xüsusi olaraq qeyd edirlər ki, yuxarıda qeyd edilən Xətai RPİ-nin DYPŞ- si tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli X3 protokol tamamilə əsassızdır. Belə ki, Şirkətin mülkiyyətində olan avtonəqliyyat vasitələrinə təhkim olunmuş sürücülərin soyadları, adları, ata adları, sürücülük vəsiqələrinin seriya və nömrələri barədə yenilənmiş məlumatlar hər il göndəildiyi kimi, 2024-cü ildə də Şirkətimiz tərəfindən xx.xx.2024- cü il tarixində, 01-73 nömrəli məktubla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinə, Azərbaycan Respublikası Daxili İşlər Xətai Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Yasamal Rayon Polis İdarəsinə məktub ünvanlanmışdır. Həmçinin də həmin siyahıda hər hansı bir dəyişklik olduğu zaman bu barədə yenə də həmin qurumlara rəsmi məlumatlar verilir. Yəni, X3 protokolun yazılmasına əsas olan “MAN TGS 41,400 8*4 BB WW YÜK” markalı, ** JF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü barədə məlumat artıq özəl poçt xidməti vasitəsi ilə yuxarıda qeyd edilən orqanlarla yanaşı eyni zamanda Daxili İslər Nazirliyinin Xətai Rayon Polis İdarəsinə göndərilərək xx.xx.2024-cü il tarixli, 01-73 saylı məktubla məlumatlandırılmış və həmin məktub xx.xx.2024-cü il tarixində Qasımova soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Eyni zamanda məhkəmənin nəzərinizə çatdırmaq istəyir ki, “MAN TGS 41,400 8*4 BB WW YÜK” markalı, ** JF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü dəyişilməməklə Şirkətimiz tərəfindən adları qeyd edilmiş idarələrə göndərilmiş xx.xx.2024- cü il tarixli, 01-73 nömrəli məktubda olan siyahının 79-cu sıra nömrəsində qeyd edildiyi kimi X1 adlı sürücü dəyişməz olaraq qalmışdır. Bundan başqa həmçinin nəzərinizə çatdırırıq ki, Daxili İşlər Nazirliyinin Xətai Rayon Polis İdarəsinə məlumatın verilməsinə baxmayaraq Xətai RPİ tərəfindən Şirkətimizə 29 oktyabr 2024-cü il tarixində sorğu daxil olmuş və həmin sorğuda ** JF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün kim olması barədə məlumat istənilmiş və Şirkət tərəfindən elə həmin gün 29 oktyabr 2024-cü il tarixli. 10-1363 nömrəli məktubla müvafiq cavab verilmiş, həmin məktub xx.xx.2024-cü il tarixində Məmmədov adlı şəxs tərəfindən qəbul edilmişdir. O ki qaldı, poçt xəbərnaməsində məktubun guya Şirkətimizin əməkdaşı Kəmalə adlı şəxs tərəfindən qəbul edilməsinə - bu xüsusa münasibətdə də qeyd etmək istəyirik ki, Şirkətdə Kəmalə adlı xanım işləmir. O da nəzərə alınmalıdır ki, məktub qəbul edilərkən adətən məktubu qəbul edən şəxs adını deyil, soyadı (zərurət olduqa adını da qeyd edir) qeyd edir. Göründüyü kimi, "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı mövcud sübutlarla təkzib olunur və müvafiq sorğuya Şirkətə daxil olduğu gün belə cavab verilməsi faktı öz təsdiqini tapır. Nəticə etibarı ilə, iş materiallarında olan sübutlar təkzib edildiyindən və nəticədə "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 347ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair sübut olmadığından X3 iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən X3 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək X3 iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xətai RPİ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə "xxxx" MMC barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli X3 Protokol üzrə başlanılmış X3 iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, № 10-1363 məktubdan görünür ki, Şəxs MMC tərəfindən Xətai Rayon Dövlət X4 sorğusuna cavab verilmişdir. Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkibini yaradır. Hazırki işdən isə müəyyən edilir ki, Xətai Rayon Dövlət X4 sorğusuna əsasən “MAN TGS 41,400 8*4 BB WW YÜK” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barədə məlumat Şəxs MMC tərəfindən Xətai Rayon Dövlət X5 verilmişdir. Təsvir olunanlardan görünür ki, Xətai Rayon Dövlət X7 tərəfindən göndərilmiş sorğuya Şəxs MMC tərəfindən cavab verildiyindən Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində X3 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X3 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında X3 iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) X3 işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış X3 iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış X3 iş üzrə icraata xitam verilsin. (İXP 6602986) Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar