Məhkəmə qərarları › İş №3(009)-2760/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2760/2024

27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2760/2024 27.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Əsgərova Sübhə Hüsən qızının katibliyi, Barəsində X5 protokol tərtib edilmiş şəxs "AZPETROL LTD” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair X5 işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Xətai rayon DYPŞ tərəfindən tərtib edilmiş 14 oktyabr 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli X5 protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Səbail Rayon Məhkəməsinə baxılması üçün göndərilmişdir. X5 protokoldan görünür ki, Şəxs MMC onun mülkiyyətində (istifadəsində) olan “LAG yarımqoşqu yanacaq daşıyan” yük markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 (beş) gün müddətində verməmişdir. Bununla da, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. X5 protokol tərtib etmiş orqanın ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin X5 protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə X5 protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində X5 protokol tərtib edilmiş şəxs "AZPETROL LTD” MMC-nin nümayəndəsi X3 icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə X5 işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddə ilə başlanılmış X5 iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Xətai rayon DYPŞ Şəxs MMC-yə ünvanladığı sorğunun DİN-nin DYPİ-nin portalının çıxarışından görünür ki, cəmiyyətə onun mülkiyyətində (istifadəsində) olan “LAG yarımqoşqu yanacaq daşıyan” yük markalı, **-ZB- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən xx.xx.2024-cü il tarixdə saat 12:15-də Bakı-Ələt-Qazax-Gürcüstan yolunda müəyyən edilmiş hərəkət sürətinin 11 km/saat həddində aşdığına görə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə məlumat verilməklə, qeyd edilən inzibati xətanı törətmiş sürücü barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbir görülməsi məqsədilə 5 (beş) gün müddətində Xətai RPİ-yə məlumat verilməsi ondan tələb edilmiş və göstərilən müddət ərzində məlumat verilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Bakı şəhəri Xətai rayon DYPŞ-nin yuxarıda qeyd olunan sorğusu 22 iyul 2024-cü il tarixdə Şəxs MMC tərəfindən imzalanmaqla qəbul edilmişdir. İş materiallarında olan 22 yanvar 2024-cü il tarixli Şəxs MMC tərəfindən təqdim edilmiş məktubdan görünür ki, Şəxs MMC-nin balansında olan nəqliyyat vasitələrinin sürücüləri barədə Bakı şəhəri Xətai rayon DYPŞ-nə məlumat verilmişdir. İş materiallarında olan 24 dekabr 2024-cü il tarixli Şəxs MMC tərəfindən məhkəməyə təqdim olunmuş etirazdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xətai RPİ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə "xxxx" MMC barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli X5 Protokol yazılmış və baxılması üçün Bakı şəhəri Səbail rayon Məhkəməsinə göndərilmişdir. Həmin məsələ ilə bağlı aşağıdakıları bildiririk: Hər şeydən əvvəl qeyd edək ki, Bakı şəhəri Xətai RPİ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə "xxxx" MMC barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli X5 Protokoldan görünür ki, "xxxx" MMC onun mülkiyyətində (istifadəsində) olan “LAG YARİMQOŞQU YANACAQ DAŞİYAN” markalı, ** ZB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə vermədiyi qeyd edilmiş, hətta sözügedən protokolda “hüquqi şəxsə məlumatın verildiyi” göstərilmişdir. Bununla da, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Xüsusi olaraq qeyd etmək istəyirik ki, yuxarıda qeyd edilən Xətai RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli X5 protokol tamamilə əsassızdır. Belə ki, Şirkətimizin mülkiyyətində olan avtonəqliyyat vasitələrinə təhkim olunmuş sürücülərin soyadları, adları, ata adlan, sürücülük vəsiqələrinin seriya və nömrələri barədə yenilənmiş məlumatlar hər il göndərildiyi kimi, 2024-cü ilin əvvəlində Şirkətimiz tərəfindən xx.xx.2024-cü il tarixində, 01- 73 nömrəli məktubla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinə, Azərbaycan Respublikası Daxili İşlər Xətai Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Yasamal Rayon Polis İdarəsinə məktub ünvanlanmışdır. Həmçinin də həmin siyahıda hər hansı bir dəyişklik olduğu zaman bu barədə yenə də həmin qurumlara rəsmi məlumatlar verilir. Yəni, X5 protokolun yazılmasına əsas olan “LAG YARİMQOŞQU YANACAQ DAŞİYAN” markalı, ** ZB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü barədə məlumat artıq özəl poçt xidməti vasitəsi ilə yuxarıda qeyd edilən orqanlarla yanaşı eyni zamanda Daxili İşlər Nazirliyinin Xətai Rayon Polis İdarəsinə göndərilərək xx.xx.2024-cü il tarixli, 01-73 saylı məktubla məlumatlandırılmış və həmin məktub xx.xx.2024-cü il tarixində Qasımova soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Eyni zamanda məhkəmənin nəzərinizə çatdırmaq istəyirik ki, “LAG YARİMQOŞQU YANACAQ DAŞİYAN” markalı, ** ZB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü dəyişilməməklə Şirkətimiz tərəfindən adları qeyd edilmiş idarələrə göndərilmiş xx.xx.2024cü il tarixli, 01-73 nömrəli məktubda olan siyahının 173- cu sıra nömrəsində qeyd edildiyi kimi X2 adlı sürücü dəyişməz olaraq qalmışdır. Bundan başqa həmçinin nəzərinizə çatdırırıq ki, Daxili İşlər Nazirliyinin Xətai rayon Polis İdarəsi tərəfindən Şirkətimizə hər hansı bir bildiriş (sorğu) daxil olmamışdır. İnzibat materillara əlavə edilmiş bildirişin (sorğunun) Şirkətimiz tərəfindən alınmasını təsdiq edən xəbərnamə iş materiallarına əlavə edilməmişdir. Göründüyü kimi, "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı mövcud sübutlarla təkzib olunur və müvafiq sorğunun Şirkətimiz tərəfindən alınmasına dair hə hansı bir sübut mövcud deyildir. Nəticə etibarı ilə, iş materiallarında olan sübutlar təkzib edildiyindən və nəticədə "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair sübut olmadığından X5 iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xətai RPİ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə "xxxx" MMC barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli X5 protokol üzrə başlanılmış X5 iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 (beş) gün müddətində verilməməsinə görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 123.1-ci maddəsinə əsasən Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Göründüyü kimi qanunvericiliyin mənasına görə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətin yaranması üçün inzibati xəta törətmiş fiziki şəxs barəsində nəqliyyat vasitəsinin mülkiyyətçisi olan hüquqi şəxsə səlahiyyətli orqan tərəfindən sorğu verilməli, həmin sorğu hüquqi şəxsə təqdim olunmalı (daxil olmalı) və bundan sonra hüquqi şəxs tərəfindən 5 (beş) gün müddətində sorğuya cavab verilməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs MMC-yə səlahiyyətli orqan tərəfindən sorğu daxil olmamış, habelə Şəxs MMC mütamadi olaraq sürücülər barədə salahiyyətli orqana rəsmi yazılı məlumat vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə X5 işə baxılarkən X5 iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda X5 iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 105,114,122 və 123-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsi ilə ilə başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar