Məhkəmə qərarları › İş №3(009)-2767/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2767/2020

22.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2767/2020 22.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Məmmədova Narqələm Bayram qızının katibliyi ilə xx.xx.1982-ci ildə Netfçala rayonunun Abbasallı kəndində anadan olmuş, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, barəsində hazırda cinayət işinin istintaqı aparılan, Salyan rayonu, Yenikənd kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli MN№0712748 seryialı inzibati xəta haqqında protokola əsasən Şəxs qanunsuz olaraq narkotik vasitə istehlak etmişdir. Məhkəmə iclasında inzibati xəta törədən şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək törətdiyi əməldən peşman olduğunu bildirmiş və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirmişdir. Məhkəmə toplanmış materialları araşdıraraq, şahidi dindirərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs AR İXM-nın 206-cı maddəsində nəzərdə tutulmuş xətanın törətməkdə təqsiri tam sübuta yetirilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o 41-ci PB-nin sahə inspektorudur. Bir ildir ki, ərazidə zidmət aparır. Şəxs digər sakinlə birlikdə mütəmadi olaraq narkotik maddə qəbul etməsi barədə onda məlumat olmuşdur. eyni zamanda Şəxs barəsində cinayət işinin istintaqı gedir. O, digər şəxslərlə birlikdə ərazidə olan evlərdən oğurluq edir. Müayinə zamanı Şəxs narkotik vasitə qəbul etməsi təsdiq olunmuş , bu barədə müvafiq qərar və onun əsasında protokol tərtib edilmişdir. İş üzrə Səbail RPİ-nin İŞ-nin müstəntiqi Musa Məhərərmovun xx.xx.2020-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərara əsasən Şəxs barəsində AR Cm-nın 234.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş və onun AR İXM-nın 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın icrası Səbail RPİ-nin 41-ci PB-nə göndərilməsi qərara alınmışdır. AR İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tətbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd edilən Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə Şəxs əməlində AR İXM-nın 206-cı maddəsinin tərkibinin olmasını, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona AR İXM-nın 206-cı maddəsinin sanksiyası həddində minimum həddə inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, inzibati qaydada həbsin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən 18:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4, 114- 115-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən saat 18:00-dan hesablansın. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar