Məhkəmə qərarları › İş №3(009)-2774/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2774/2024

17.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2774/2024 17.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Uğur Fatimə Mehmet qızının katibliyi, Bakı şəhər Səbail Rayon İcra şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Ağdam rayonu, Ağdam şəhəri, 5-ci məhəllə ünvanında qeydiyyatda olan, Səbail rayonu, G.Əliyev ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Səbail rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Bakı şəhər Səbail Rayon İcra şöbəsinin icra məmuru X3 tərəfindən Nəsimi rayon Məhkəməsinin 2(006)-4639/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbi icra etməyən Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN ******* saylı protokoldan görünür ki, Nəsimi rayon Məhkəməsinin 2(006)-4639/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 2016.83 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. Eyni zamanda borcluya məxsus tələbin yönələ biləcək əmlakı aşkar etmək məqsədi ilə aidiyyəti qurumlara sorğu ilə müraciət edilmişdir. Lakin borcluda tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borclu Şəxs xx.xx.2022-ci il tarixdə şöbədə olarkən ondan icra sənədinin icrasıilə bağlı izahat alınmışdır. Bundan sonra icra məmurunun çağırışlarına gəlmədiyindən onun məcburi gətirilməsi barədə xx.xx.2022-ci il tarixdə təqdimatla Səbail rayon məhkəməsinə müraciət edilmişdir. Səbail rayon Məhkəməsinin 8(009)-10/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Şəxs məcburi gətirilmə barədə təqdimatı təmin edilmiş və qərardad icra edilməsi üçün Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə borclunun axtarışı barədə qərar qəbul edilərək Səbail Rayon Polis İdarəsinə göndərilmiş və borclu barəsində axtarış işi açılmışdır. Bundan sonra borclu polis tərəfindən şöbəyə göndərilmişdir. O şöbədə olarkən icra sənədinin icrası ilə bağlı yazılı izahat alınmışdır. O verdiyi izahatında tikintidə günəmuzdlu fəhlə işlədiyini,aylıq qazancının 300-400 manat civarında olduğunu,həmin pulla ailəsini dolandırmaqda çətinlik çəkdiyini,borc məbləğindən hal-hazırda 200 manat ödəniş edə biləcəyini qeyd etmişdir. Borclu barəsində inzibati protokol tərtib edilərək Səbail rayon məhkəməsinə təqdim edilmiş, borclu 200 manat ödəniş etmiş və Səbail rayon məhkəməsinin 3(009)-1732/2023 saylı xx.xx.2023-cü il tarixli qərarla inzibati protokola xitam verilmişdir. Sonrakı müddət ərzində borclu icra sənədinin icrasından yayınmışdır. Bu səbəbdən borclu Şəxs barəsində xx.xx.2024-cü il tarixdə axtarış qərar qəbul edilərək Ağdam Rayon Polis İdarəsinə göndərilmiş və borclu barəsində axtarış işi açılmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə borclu Ağdam rayon Polis əməkdaşları tərəfindən şöbəyə təhvil verilmişdir. O şöbədə olarkən icra sənədinin icrası ilə bağlı yazılı izahat alınmışdır. O verdiyi izahatında tikintidə günəmuzdlu fəhlə işlədiyini,gündəlik qazancının 20 manat olduğunu, həmin pulla ailəsini dolandırmaqda çətinlik çəkdiyini, borc məbləğindən hal-hazırda ödəniş edə bilməyəcəyini, lakin ailə üzvləri köməklik göstərdiyi tədqirdə ödəniş edcəyini qeyd etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Səbail Rayon İcra şöbəsinin icra məmuru X3 bildirmişdir ki, borclunun izahatı alınmış və barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Borclunun adına əmlak aşkar edilməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs izahatında fəhlə işlədiyini birdəfəlik ödəyə bilmədiyini, hazırda 100 manat ödədiyini və borcun hissə-hissə ödənilməsinə dair zərərçəkmiş şəxs ilə razılığa gəldiyini bildirmişdir. Zərərçəkmiş (tələbkar) X4 borcundan 100 manat ödədiyindən Şəxs hal-hazırda şikayətçi olmadığını bildirmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məhkəmə hesab edir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil. Belə ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət şəxsin əməlində yoxdur. Yəni, məhkəmə qərarının icra edilməməsinə Şəxs münasibəti qərəzli olmamışdır. Belə olan halda, konkret müəyyənləşdirilməmiş hansısa qeyri-müəyyən hərəkətin edilməməsinə görə şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Təsvir olunanlardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53, 114- 115, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar