Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2784/2025 14.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Sahilə Hümbət qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 və protokol tərtib etmiş şəxs X2 iştirakları ilə, X6 barəsində Səbail Rayon DYPŞ tərəfindən qəbul edilmiş 25 oktyabr 2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərardan X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Səbail Rayon DYPŞ tərəfindən qəbul edilmiş 25 oktyabr 2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərara əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. İnzibati xəta haqqında qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar çıxarılmış X6 şikayət verərək, həmin qərarla heç bir inzibati xəta törətmədiyinə görə xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X6 şikayətini onunla əsaslandırmışdır ki, Hyundai Elantra minik markalı 50EU761 dövlət nömrə nişanlı avtomobili idarə edərkən xx.xx.2025-ci il tarixində Səbail rayonu Salyan şossesində İnzibati Xətalar Məcəlləsinin (İXM) 342.2.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Yol patrol Xidməti İnspektoru tərəfindən TP ******* nömrəli protokola əsasən qərar qəbul edildi və nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirildi. Məlum maddənin dispozisiyasından görüldüyü kimi, normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsi nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması anlamına gəlir. YPX İnspektoru hesab etdi ki, idarə etdiyi nəqliyyat vasitəsində quraşdırılmış duman işıqlarının lampalarını normativ tələblər pozulmaqla quraşdırmışdır. Həmin lampaların normativ tələblərə uyğun olmamasını YPİ vizual olaraq müəyyən edə bilməz. Bunun üçün onun əlində hər hansı bir avadanlıq olmalıdır. Əgər YPİ belə bir avadanlığı yoxdursa və həmin lampaların normativ tələblərə uyğun olmaması barədə şübhəsi varsa o zaman mütəxəssis rəyindən sonra sürücü barəsində inzibati xəta haqqında qərar qəbul edilib-edilməməsi qənaətinə gəlməlidir. Səbail rayonu DYPŞ-nin inspektoru tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi o cümlədən TP7955348 saylı protokola xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X6 şikayətin məzmununa uyğun izahat verərək, lampaların normativ tələblərə uyğun olmamasını YPİ vizual olaraq müəyyən edə bilməyəcəyini, bunun üçün onun əlində hər hansı bir avadanlıq olmasını, əgər YPİ-nin belə bir avadanlığı yoxdursa və həmin lampaların normativ tələblərə uyğun olmaması barədə şübhəsi varsa o zaman mütəxəssis rəyindən sonra sürücü barəsində inzibati xəta haqqında qərar qəbul edilib-edilməməsi qənaətinə gəlməli olduğunu bildirərək şikayətin təmin olunmasını, onun barəsində qəbul edilmiş inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş X5 izahatında bildirdi ki, X4 idarə etdiyi avtomobil Hyundai Elantra minik markalı 50EU761 dövlət nömrə nişanlı avtomobil olmuşdur. Maşına quraşdırılan led lampalar qarşıdan gələn avtomobillərin sürücülərinə görmə məhdudiyyəti yaratdığına görə qanunla qadağan olunmuş, həmçinin həmin lampalar istifadə olunarkən onda yüksək dərəcədə istilik yarandığından avtomobildə yanğın baş vermə risqini artırır. X1 xx.xx.2025-ci il tarixdə inzibati xəta hadisənin mövcudluğu ilə razılaşmış protokolun qərara keçirilməsini xahiş etmişdir. Şikayətin əsassız olduğunu nəzərə alaraq, şikayətin təmin olunmamasını, X6 barəsində qəbul edilmiş inzibati xəta haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 25 oktyabr 2025-ci il tarixli, TP * * * * * * * nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, həmin tarixdə saat 01:20-də Hyundai Elantra minik markalı, 50EU761 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X6 tərəfindən normativ tələblər pozulmaqla avtomobildə avadanlığın dəyişdirilməsi halına yol verildiyinə görə, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılması və ya dəyişdirilməsinə görə – yüz əlli manat miqdarında cərimə tətbiq edilir. Məhkəmə baxışında qanuniliyi müvafiq qaydada mübahisələndirilən inzibati xəta haqqında qərar ilə verilmiş şikayətin məzmununun qarşılıqlı müqayisəsi nəticəsində müəyyən edilmişdir ki, 25 oktyabr 2025-ci il tarixdə X6 tərəfindən idarə edilən avtomobildə led işıqların quraşdırılması halı səlahiyyətli orqanın nümayəndəsi olan yolpatrul xidməti inspektoru tərəfindən aşkar olunmuş, onun barəsində İXM-nin 342.2.2-ci maddəsi ilə protokol tərtib olunaraq həmin protokol əsasında qəbul edilmiş 25 oktyabr 2025-ci il tarixli, TP ******* qərarla X6 İXM-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 150 manat məbləğində cərimə tətbiq olunmuşdur. X6 inzibati xəta haqqında qərardan verdiyi şikayətdə işin bu halını mübahisələndirməmiş, idarə etdiyi avtomobilin xarici işıq lampasının dəyişdirilərək “led” lampaların quraşdırılmasını inkar etməmişdir. Qeyd etmək lazımdır ki, nəqliyyat vasitələri və onların hər bir ehtiyat hissəsi müəyyən sınaqlar nəticəsində təsdiqlənmiş beynəlxalq standartlar əsasında istehsal olunur. Avtomobil birmənalı olaraq “təhlükəli özühərəkət mənbəyi” hesab olunduğu üçün onun üzərində istehsalçı zavod tərəfindən nəzərdə tutulmayan hər hansı bir dəyişiklik gələcəkdə ağır nəticəli yol-nəqliyyat hadisəsinin baş verməsinə real zəmin yaratmış olur. Azərbaycan Respublikası yol hərəkət qaydaları üzrə 1968-ci il beynəlxalq Vyana Konvensiyasına qoşulmuşdur. Bununla əlaqədar 1998-ci ildə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu qəbul olunmuşdur. Həmin Qanunun 1 saylı Əlavəsinin İİİ hissəsinin 1-ci bəndinin tələbinə görə, xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmalıdır. Qanundan göründüyü kimi, xarici işıq cihazları nəzərdə tutulan tələblərə uyğun deyilsə, onun istismarı qadağan olunmalıdır. Bundan başqa, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası xx.xx.2002-ci tarixli 261-İİQ №-li qanunla “Təkərli nəqliyyat vasitələri, təkərli nəqliyyat vasitələrində quraşdırılan və ya istifadə olunan avadanlıq və hissələr üçün vahid texniki qaydaların və bu qaydalar əsasında verilən razılıqların qarşılıqlı şəkildə tanınma şərtlərinin qəbul edilməsi haqqında” beynəlxalq müqaviləyə qoşulmuşdur. Həmin müqaviləyə qoşulan dövlətlər Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası tərəfindən avtomobillərə, onların avadanlıq və hissələrinə dair işlənib hazırlanan qaydaları tanımalı və tətbiq etməlidir. Bu yolla AİK-in hazırladığı qaydalar bütün dünyada nəqliyyat vasitələri ilə bağlı vahid texniki standartlar və şərtlər statusunu alır. Avtomobil istehsalı zavodları da nəqliyyat vasitələrini bu tələblər əsasında istehsal edirlər. Araşdırmalar göstərir ki, “led” tipli işıqdiodlu lampalar avtomobilin hərəkəti zamanı yola düzgün işıq vurmur, xüsusən də uzaq məsafə rejimində daha çox təhlükə yaradır. Göründüyü kimi, “led” tipli işıq lampalarının nəqliyyat vasitələrində quraşdırılmasına və istismarına qanunvericiliklə icazə verilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail rayon X11 Şöbəsinin 25 oktyabr 2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarında qeyd edilən inzibati xətanın törədilməsi iş materiallarında olan sənədlər və ümumi məlum olan faktlarla təsdiq edildiyindən, inzibati qərar əsasında X4 törədilmiş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsinin qanuniliyi mübahisə doğurmur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X4 mülahizələri əsassız olduğundan və onun barəsində qəbul edilmiş 25 oktyabr 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması üçün hər hansı əsaslar müəyyən olunmadığından şikayət təmin olunmamalı, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail rayon X11 Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sahilə Bağırova
Məhkəmə qərarları › İş №3(009)-2784/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2784/2025
14.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver