Məhkəmə qərarları › İş №3(009)-2788/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2788/2025

13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2788/2025 13.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Talıbova Fəridə Fərhad qızının katibliyi, X5 nümayəndəsi və vəkili X4 iştirakı ilə, Azərbaycan Respublikası X11 Xidmətinin Bakı şəhəri İdarəsinin xx.xx.2025-ci il tarixli, MN1871245 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası X11 Xidmətinin Bakı şəhəri İdarəsinin xx.xx.2025-ci il tarixli, MN1871245 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, bədbəxt hadisə xx.xx.2025-ci il tarixdə saat 11:00 radələrində ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-nin Mərkəzi filialında "xxxx" MMC-nin sürücü köməkçiləri X12 və X10 tərəfindən sifariş əsasında "xxxx" ASC-yə məxsus seyfi ikinci mərtəbədən birinci mərtəbəyə pilləkənlə aparan zaman "xxxx" ASC-nin sürücüsü X6 E.Abbasovun xahişi əsasında əli ilə onun kürəyinə kömək məqsədi ilə dayaq olarkən anidən seyfi daşımaq üçün nəzərdə tutulmuş təhlükəsizlik kəmərinin seyfdən çıxması səbəbindən seyfin pilləkəndən aşağı sürüşərək Ş.Cəfərov və E.Abbasova dəyməsi nəticəsində baş vermişdir. Müvafiq bədbəxt hadisə qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının ƏƏSMN yanında X11 Xidməti tərəfindən araşdırılaraq xx.xx.2025-ci il tarixində Təhqiqat aktı tərtib edilmişdir. Məlumdur ki, təhqiqat aktı ilə baş vermiş hadisənin səbəbi və hadisə üzrə məsuliyyət subyekti müəyyən olunur. Qoşmaya əlavə edilmiş Təhqiqat aktının 4-cü bəndindən görünür ki, hadisənin səbəbi X6 əmək müqaviləsinin əməyin mühafizəsi üzrə bölməsinin 4.13-cü bəndinin tələblərinin riayət edilməməsi, "xxxx" MMC-nin direktoru tərəfindən təsdiq edilmiş “Yükləyici fəhlənin əməyin mühafizəsi və texniki təhlükəsizlik təlimatı”nın 3-cü “İş zamanı təhlükəsizlik tələbləri” bölməsinin 3.5-ci bəndinin “Təhlükəsiz iş üçün yalnız yararlı alətləri, avadanlıqları seçməli və onlardan düzgün istifadə etməlidir” tələblərinə riayət edilməməsi, "xxxx" MMC-nin direktoru tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 001 nömrəli “İşlərin təhlükəsiz aparılması üçün cavabdeh şəxslərin təyin edilməsi barədə” əmrə əsasən Cəmiyyətin iş apardığı sahələrdə işlərin icrası zamanı əməyin təhlükəsizliyi və texniki təhlükəsizlik qaydalarının tələblərinə riayət edilməməsi, "xxxx" MMC-nin direktoru tərəfindən təsdiq edilmiş “Yükləyici fəhlə-qrup rəhbərinin əməyin mühafizəsi və texniki təhlükəsizlik təlimatı” nın 3-cü “İş zamanı təhlükəsizlik tələbləri” bölməsinin 3.1-ci bəndinin (Yükləmə-boşaltma və anb^r işlərini yerinə yetirərkən, rəhbərin nəzarəti ilə müəyyən edilmiş standartlara uyğun olaraq yükləri qaldırmaq və daşımaq lazımdır) tələblərinə riayət edilməməsi olmuşdur. Hörmətli Məhkəmə, belə ki, vəzifəli şəxs barəsində protokol və qərara səbəb “iş yerində sağlam və təhlükəsiz əmək şəraitinin” yaradılmaması əsası olmuşdur. Bu məqamda sual olunur ki, sağlam və təhlükəsiz əmək şəraiti nədir, necə ehtiva olunur və hazırkı hadisədə vəzifəli şəxs konkret olaraq hansı hərəkətsizliyi icra etmişdir? Belə ki, Əmək Məcəlləsinin 3.10-cu bəndinə əsasən Əməyin mühafizəsi - işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə bu Məcəllədə və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicəprofilaktika tədbirləri, normaları və standartları sistemidir. Əmək şəraiti - işçinin öz əmək funksiyasını səmərəli və faydalı yerinə yetirmək üçün minimum normaları bu Məcəllədə nəzərdə tutulan, habelə əmək müqaviləsində (kollektiv müqavilədə, sazişdə) tərəflərin özləri müəyyən etdiyi əmək, sosial və iqtisadi normaların məcmusudur. Həmin Məcəllənin 215-ci maddəsində isə konkret olaraq işəgötürənin bu hissədə vəzifələri qeyd edilmişdir. Belə ki, "xxxx" MMC-nin direktoru Şirkətin fəaliyyət sahəsinə uyğun olaraq müvafiq maddədə göstərilən bütün hallara tək-tək istisnasız (əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini; binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini; bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmasını; işçilərə lazımi sanitariya-məişət və müalicə-profılaktik xidmətinin təşkilini; normal əmək və istirahət rejiminə riayət edilməsini; işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini; işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğin) riayət etmiş, bu hal da Təhqiqat aktında birbaşa olaraq təsdiq edilmişdir. Belə ki, təsdiq olunduğu və işçilərin özləri tərəfindən də etiraf edildiyi kimi, daşımadan öncə işçilər mühafizə vasitələri ilə təmin edilmiş, icra alətlərinin yararlığı təkrarən yoxlanılmış, sifarişə getmədən öncə yenidən sifarişin təhlükəsiz icrası üzrə xüsusi tələbləri barədə təlimatlandırılmış, öncədən planlama aparılmışdır. İşəgötürən öhdəsinə düşən bütün vəzifələri tamlıqla hətta artıqlıqla təmin etmiş, lakin səlahi\xətli orqanın özünə də məlum olmayan hissədə onları qane etməmişdir. Səlahiyyətli orqan vəzifəli şəxsin hansı tələbi pozduğunu konkret göstərməmişdir, bu fakt da göstərir ki, müvafiq orqanın niyyəti sadəcə işəgötürənlərə hər nə bahasına olursa-olsun “protokol yazılmalı yönümlü” olmaqdan başqa bir şey deyildir. X20 özü də izahatında bildirmişdir ki, hadisəyə səbəb seyfi durma anından sonra ikinci dəfə daşıyan zaman kəməri düzgün bərkidilməsini yenidən yoxlamaması olmuşdur, yəni ki, təqsir (ehtiyatsızlıqla ehtiva olunan) işçinin qərarı, təqsirkar isə işçinin özü olmuşdur. Təhqiqat aktını diqqətlə və məntiqlə oxuyan zaman da aydın olur ki, hadisənin səbəbləri kimi göstərilən 4-cü bəndində sadalanan halların heç biri işəgötürənə aid deyildir. Təhqiqat aktının 6-ci bəndində Səlahiyyətli orqan pozuntu edən şəxsləri sadalayan zaman işəgötürəni qeyd etməməsi də bu halı özlərinin etirafı kimi təsdiqləmişdir. Göründüyü kimi Əmək Müfəttişliyi Xidmətinin bu qənaətə gəlməsi üçün hər hansı fakt, faktını əsaslandıran hər hansı sübutu yoxdur. Bütün yuxarıda sadalanan hallar sübut edir ki, X9 tərəfindən İXM- nin 199-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud olan əməl törədilməmişdir. Məhkəmə iclasında iştirak edən X5 nümayəndəsi və vəkili X7 şikayətdə qeyd edilənlərə uyğun izahat verərək Azərbaycan Respublikası X11 Xidmətinin Bakı şəhəri İdarəsinin xx.xx.2025-ci il tarixli, MN1871245 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarından olan Azərbaycan Respublikası X11 Xidmətinin Bakı şəhəri İdarəsinin xx.xx.2025-ci il tarixli, MN1871245 saylı inzibati tənbeh tətbiq edilməsi haqqında qərar ilə "xxxx"ASC-nin X6 "xxxx" MMC-nin işçisi X8 xx.xx.2025-ci il tarixində xəsarət alması ilə nəticlənənən bəxbəzdt hadisənin cəmiyyətin direktoru X9 tərəfindən iş yerində sağlam və təhlükəsiz əmək şəraiti yaradılmamışdır. X3 İXM-nin 199-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və nəticədə 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsinə əsasən İşəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə- yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan X5 əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət şəxsin əməlində yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsinin tələblərini pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından X5 verdiyi şikayət təmin edilməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası X11 Xidmətinin Bakı şəhəri İdarəsinin xx.xx.2025-ci il tarixli, MN1871245 nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası X11 Xidmətinin Bakı şəhəri İdarəsinin xx.xx.2025-ci il tarixli, MN1871245 nömrəli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar