Məhkəmə qərarları › İş №3(009)-2789/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2789/2023

29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2789/2023 29.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi RPİ X20 Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından X11 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi rayon X20 Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Binəqədi RPİ X19 Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, İXP-5376206 nömrəli İnzibati xəta haqqında protokol tərtib edilmiş, xx.xx.2023-cü il tarixli, TP-5697316 nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərar qəbul edilərək, mən, yəni X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəmdə 40 (qırx) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Həmin Qərardan tərəfimdən Bakı şəhəri Səbail rayon Məhkəməsinə şikayət verilmiş və Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(009)-1424/2023 saylı Qərarı ilə mənim şikayətim qismən təmin edilmiş, Az.Resp.DİN Bakı şəhəri Binəqədi RPİ DYPŞ-nin TP ******* saylı, 24 aprel 2023cü il tarixli inzibati xəta haqqında qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Az.Resp.DİN Bakı şşhəri Binəqədi RPİ DYPŞ-nə göndərilmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarı icra edilməsi üçün xx.xx.2023- cü il tarixli məktubla Bakı şəhəri Binəqədi RPİ DYPŞ-nə göndərilsə də, Binəqədi RPİ DYPŞ müddətləri dəfələrlə pozmaqla 3 ay 20 gün sonra inzibati xəta haqqında işə yenidən baxılması barədə mənə məlumat vermədən və mənim iştirakımı təmin etmədən 12 dekabr 2023-cü il tarixli, “İXP-5376206 №-li İnzibati xəta haqqında protokol üzrə yenidən inzibati tənbeh vermə haqqında” qərar qəbul edərək məni yenidən Az.Resp.İXM-nin 327.1-ci maddəsi ilə tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə məni 40 manat məbləğində cərimə etmişdir. Səlahiyyətli orqan Az.Resp.DİN Bakı şəhəri Binəqədi RPİ DYPŞ yenidən qüvvədə olan inzibati xətalar qanunvericiliyinin tələblərini pozmuş, işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxs X7 məlumatlandırmamış, lakin inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli qərarında saxtakarlığa yol verərək yazmışdır ki, guya işə Bəybala Hüseynovun iştirakı ilə baxmışdır. Bundan başqa barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Bəybala Hüseynovu inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış etməyərək sonuncunu bu hüquqdan məhrum etmiş, təkrarən qanunsuz və əsassız qərar qəbul etmişdir. Hazırki şikayətlə mübahisələndirilən Bakı şəhəri Binəqədi RPİ DYPŞ-nin xx.xx.2023-cü il tarixli qərarından və İXP-5376206 №-li İnzibati xəta haqqında protokoldan başqa X6 Az.Resp.İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini təsdiq edən digər sübutlar yoxdur. Bakı şəhəri Binəqədi RPİ DYPŞ-nin xx.xx.2023-cü il tarixli qərarında göstərilir ki, xx.xx.2023-cü il tarixdə vət. X3 rayonu ərazisində “Ford” markalı AZ **-DX-*** d.q.n. avtomobili idarə edərkən “Yol hərəkəti haqqında” Az.Resp.Qanunun 42-ci maddəsinin İ-ci hissəsinin tələblərinə əməl etməyib manevr qaydasını pozaraq eyni istiqamətdə hərəkət edən “Khazar” markalı AZ **-PX-*** d.q.n. avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətdiyinə görə onun barəsində Az.Resp.İXM-nin 327.1-ci maddəsi ilə protokol tərtib edilərək inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Binəqədi RPİ DYPŞ-nin xx.xx.2023-cü il tarixli qərarında inibati xətanı törətməsini təsdiq edən videogörüntü olduğu qeyd edilmişdir. Lakin səlahiyyətli orqan Binəqədi RPİ DYPŞ barəsində yenidən inzibati xəta haqqında qərarı gizli şəkildə qəbul etmiş, Hüseynov Bəybalanı çağırmamış, ona hadisənin video görüntüsünü göstərməmiş, izahatını almamış, yol-nəqliyyat hadisəsinin sxemini tərtib etməmişdir. Binəqədi RPİ DYPŞ-nin xx.xx.2023-cü il tarixli qərarında qeyd olunur ki, vət. X6 hərəkətlərində “Yol hərəkəti haqqında” Az.Resp.Qanunun 42-ci maddəsinin İ-ci hissəsinə uyğunsuzluq olmuşdur. Binəqədi RPİ DYPŞ ciddi səhvə yol vermişdir. Belə ki, “Yol hərəkəti haqqında” Az.Resp.Qanunun 42-ci maddəsinin İ-ci hissəsində qeyd olunur ki, Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Hazırki yol-nəqliyyat hadisəsində sürücü Bəybala Hüseynov tərəfindən avtomobili idarə edən zaman xarici işıq siqnallarının köməyindən istifadə edilmiş, təhlükəsiz dönmə əməliyyatı aparılaraq təhlükəsiz manevr edilmişdir. Əksinə onun avtomaşınını sağ tərəfdən yandan vurub keçən nəqliyyat vasitəsinin sürücüsünün hərəkətlərində yol hərəkəti haqqında qanunun tələblərinin pozulmasına yol verilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində sürücü Bəybala Hüseynovun əməlində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin əlamətləri yoxdur. Binəqədi RPİ DYPŞ yol-nəqliyyat hadisəsinin əsl günahkarı olan digər nəqliyyat vasitəsinin sürücüsü barədə inzibati protokol tərtib etməli və onu inzibati məsuliyyətə cəlb etmək əvəzinə hüquqi səhvə yol verib X7 inzibati məsuliyyətə cəlb etmişdir. İnzibati xəta haqqında yenidən qərar qəbul edən Binəqədi RPİ DYPŞ-si xx.xx.2023-cü il tarixli qərarını tərtib edərkən Az.Resp.İXM-nin 115.1-ci maddəsində nəzərdə tutulan məlumatları qərara daxil etməməklə prosessual hüquq normasının pozuntusuna yol vermişdir. Binəqədi RPİ DYPŞ yol-nəqliyyat hadisəsini düzgün təsvir etməmişdir. Belə ki, sürücü X6 idarə etdiyi X18 minik markalı, 77-DX- 610 d.q.n. nəqliyyat vasitəsinin arxasınca hərəkət edən “Khazar” markalı avtomobil Bəybala Hüseynovun nəqliyyat vasitəsi ilə eyni istiqamətdə hərəkət etsə də, X6 idarə etdiyi X18 minik markalı, **-DX-*** d.q.n. nəqliyyat vasitəsi sola tərəf bir zolaqlı yola dönüb hərəkətini davam etdirdiyi zaman onun arxasınca hərəkət edən “Khazar” markalı avtomobil sürətini artırıb sağdan B.Hüseynovun avtomobilinin hərəkət etdiyi bir zolaqlıa yola daxil olmuş və B.Hüseynovun avtomobilini sağdan ötüb keçmək istəyərkən B.Hüseynovun avtomobilinin sağ yan güzgü hissəsinə toxunmuş və avtomobilin sağ yan hissəsindən dəyərək sürtüb keçmişdir. X12 dərhal “DİN-102 zəng mərkəzi”nə zəng edib şikayətini bildirmişdir. X8 əməlində inzibati xətanın tərkibi yoxdur. Hazırki şikayətə baxan məhkəmə inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərarı qəbul edən səlahiyyəlti orqan - Binəqədi RPİ DYPŞ-dən video görüntünü tələb etməli, video görüntünü məhkəmədə nümayiş etdirməli, zərurət olduqda həmin video görüntü üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilməlidir. Binəqədi RPİ DYPŞ-dan yol-nəqliyyat hadisəsinin video görüntüsü tələb olunsun. Video görüntü üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilsin. Bakı şəhəri Binəqədi RPİ DYPŞ-nin 12 dekabr 2023-cü il tarixli, “İXP-5376206 №-li İnzibati xəta haqqında protokol üzrə yenidən inzibati tənbeh vermə haqqında” Qərarı ləğv edilsin. X6 əməlində Az.Resp.İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata X9 aid hissədə xitam verilməsi barədə Qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirark edən X2 şikayət ərizəsinə uyğun izahat verərək, məhkəmədən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan diskdə videogörüntüyə məhkəmə zamanı baxış keçirilərkən X11 tərəfindən inzibati xəta hdisəsi törədilmədiyi müəyyən edilmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, X4 nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməməsi nəticəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələbini pozduğundan barəsində xx.xx.2023-cü il tarixli inzibati tənbeh haqqında qərar əsasında 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X5 Azərbaycan Respublikası İXM-in 342.3-cü maddəsinin tələblərini pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından X5 verdiyi şikayət təmin edilməli və Bakı şəhəri Binəqədi rayon X20 Şöbəsinin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğundan ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53,112,114,126,128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində Bakı şəhəri Binəqədi rayon X20 Şöbəsinin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə qəbul edilmiş Bakı şəhəri Binəqədi rayon X20 Şöbəsinin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X5 barəsində yerləşdirilmiş 40(qırx) manat inzibati cərimə silinsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar