Məhkəmə qərarları › İş №3(009)-2790/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2790/2023

19.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2790/2023 19.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X7 qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Səbail Rayon icra Şöbəsinin icra məmuru Səbuhi Əhmədovun, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1978-ci il tarixdə Qəbələ rayonu, Mirzəbəy kəndində anadan olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Səbail rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Səbail Rayon Məhkəməsinin 2(009)-2264/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə tələbi icra etməyən 18 oktyabr 1985-ci il tarixdə Bakı şəhərində anadan olan, ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN ******* saylı protokola əlavədən görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)-2264/2019 nömrəli, xx.xx.2019-cu il icra sənədinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X1 üçün Şəxs tutulan alimentin məbləği artırılaraq 160 (bir yüz altmış) manat məbləğində müəyyən edilmiş və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, Şəxs hər ay sabit pul məbləğində tutularaq (uşaq yetkinlik yaşma çatanadək) X4ma ödənilsin. Alimentin bu məbləğdə tutulmasının başlanğıcı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Dövlət rüsumu kimi ödənilməli olan 30 manat məbləğində pul cavabdeh Şəxs tutulub dövlət nəfinə keçirilməlidir. İcra sənədi xx.xx.2019-cu il tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Qanunun 54 və 85-ci maddələrinə əsasən xx.xx.2016-cı il tarixli qərarla icrasına başlanılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2{00'&)-612312016 nömrəli, xx.xx.2016-cı il tarixli və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2264/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. Borclu icra sənədində göstərilən tələbi icra etmədiyindən onun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə aidiyyəti təşkilatlara sorğu ilə müraciət edilmiş, lakin adma tələbin yönəldilə biləcəyi daşmar əmlak aşkar edilməmişdir. Borclu Şəxs ünvan 1 ünvanında olarkən tələbin yönəldilə biləcəyi hər-hansı əmlak tərəfindən aşkar edilməmiş və bununla bağlı akt tərtib edilmişdir. Cavabdeh Şəxs aliment üzrə yaranmış borc məbləğini ödəməmiş və borclu barəsində məcburi icra tədbirlərinə başlanılmışdır. Odur ki, icra sənədinin icrası ilə əlaqədar olaraq Şəxs Rafıc oğlunun ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı Səbail Rayon Məhkəməsinə təqdimatla müraciət olunmuşdur. Səbail rayon məhkəməsinin 8(009)-129/2022-003 saylı, xx.xx.2022-ci i tarixli qərardadla Şəxs ölkədən getmə hüququnu müvəqqəti məhdudlaşdırılmışdır. Tələbkar ərizə ilə şöbəyə müraciət edərək aliment üzrə yaranmış borc məbləğinin ödənilməsini təmin etmək üçün borclu barəsində məcbuiri icra tədbirləri görülməsini tələb etmişdir. Bununla bağlı borclu Şəxs İcra şöbəsinə çağırılmış ondan aliment üzrə yaranmış 10.058 manat borc məbləğinin ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə izahat alınmışdır. Nəticədə, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında iştirak edən Səbail Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Əhmədov borclu Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 borcun tam məbləğdə ödənilməsini tələb etdiyini bildirdi və Şəxs barəsində inzibati həbs növündə tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədinin icrasından yayınmadığını bildirərək, barəsində ədalətli qərar qəbul olunmasını xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə məhkəmə iş materiallarını araşdırıraq belə qənəatə gəlir ki, Şəxs məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.3-cü maddəsinə əsasən uyğun olaraq himayəsində azyaşlı uşağı olan qadın olması məsuliyyətini yüngülləşdirən haldır. Eyni zamanda hazırki iş üzrə məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə uyğun olaraq himayəsində on dörd yaşınadək uşağı olan qadınlar barəsində inzibati həbs tətbiq edilə bilmədiyini nəzərə alır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi var və onun tələbkara vurulmuş ziyanı ödəyəcəyinə söz verməsini və əvvəllər məsuliyyətə cəlb olunmamasını nəzərə alaraq 500 (beş yüz) manat məbləğində cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar