Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2793/2023 20.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Məhkəmə iclas katibi Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsi tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 19 dekabr 2023-cü il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol və onlara əlavə edilmiş materiallar baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Səbail rayon, Salyan yolunda polis qanuni tələbinə qəsdən tabe olmamışdır. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru X2 inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 19 dekabr 2023-cü il tarixdə Səbail rayon, Salyan şossesində özünə məxsus **-SU-*** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə hərəkət edən zaman Yol patrul xidməti əməkdaşı onları saxlamış, onlarla kobud şəkildə rəftar edərək demişdir ki, maşın cərimə meydançasına getməlidir. Halbuki, maşına görə bütün cərimələri ödəmiş sonra yola çıxmışlar. Onun xəstə anası maşında olduğundan və onu xəstəxanaya çatdırmalı olduğundan maşının cərimə meydançasına aparılmasına etiraz etmiş, xəstəxanaya gedib maşını sonra təhvil verə biləcəyini bildirmişdir, onun tabesizlik göstərmək məqsədi olmamışdır. O, etiraz edərək post patrul xidməti çağırıb polis bölməsində aydınlaşdırmaq istəmişdir. O, təhqir və söyüş istifadə etməmişdir. Əməlindən peşmandır, yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə X9 4-cü patrul bölüyünün polis serjantı X3 izahatında göstərmişdir ki, 19 dekabr 2023-cü il tarixdə, saat 10:10 radələrində çağırış nömrəsi 2442 saylı avtopatrulda X6 ilə birlkdə inzibati ərazidə xidmətdə olarkən Su idman sarayının yaxınlığında Yol Patrul Xidməti naryadı (escord 026) tabesizlik göstərən vətəndaşı bölməyə təmin etməyi xahiş etmiş, onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və onu 8-ci PB-yə dəvət etmişlər. Bölmədə həmin şəxsin Şəxs olması məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş BBPİ-nin X12 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının müşayiət eskort bölüyü yol patrul xidməti inspektoru, polis serjantı X7 izahatında göstərmişdir ki, 19 dekabr 2023-cü il tarixdə xidmətdə olarkən, saat 09:55 radələrində Salyan yolunda “Mercedes” markalı **-SU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ön buferi olmadığı üçün saxlamış, qayda pozuntusunu izah edib, sənədlərini təqdim etməsini xahiş etmişdir. Sürücü sənəd təqdim etmədiyindən bort kompyuter vasitəsilə sənədləri yoxlayan zaman nəqliyyat vasitəsinin üzərində həbs olması aşkar olunmuşdur. Buferin hadisədə yararsız hala düşməsini bildirsə də, hadisə ilə bağlı heç bir rəsmi sənəd olmadığı üçün nəqliyyat vasitəsini duracağa təmin olunacağını bildirmişdir. Sürücü və yanındakı sərnişinlər müdaxilə edərək tabe olmadığı üçün ÇPA naryadını dəvət edib, onların köməyilə sürücünü ərazi üzrə 8-ci PB-yə təmin etmişlər. Sürücünün Şəxs olması müəyyən olmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 19 dekabr 2023-cü il tarixli raportdan görünür ki, 19 dekabr 2023-cü il tarixdə, saat 09:55 radələrində Salyan yolunda “Mercedes” markalı **- SU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ön buferi olmadığı üçün saxlanılmış, qayda pozuntusunu izah edib, sənədlərini təqdim etməsini xahiş etmişdir. Sürücü sənəd təqdim etmədiyindən bort kompyuter vasitəsilə sənədləri yoxlayan zaman nəqliyyat vasitəsinin həbsdə olması aşkar olunmuşdur. Buferin hadisədə yararsız hala düşməsini bildirsə də hadisə ilə bağlı heç bir rəsmi sənəd olmadığı üçün nəqliyyat vasitəsini duracağa təmin olunacağını bildirmişdir. Sürücü və yanındakı sərnişinlər müdaxilə edərək tabe olmadığı üçün ÇPA naryadını dəvət edib, onların köməyilə sürücünü ərazi üzrə 8-ci PB-yə təmin etmişlər. Sürücünün Şəxs olması müəyyən olmuşdur. İş materiallarında olan 19 dekabr 2023-cü il tarixli raportdan görünür ki, 19 dekabr 2023-cü il tarixdə, saat 10:10 radələrində çağırış nömrəsi 2442 saylı avtopatrulda X6 ilə birlkdə inzibati ərazidə xidmətdə olarkən Su idman sarayının yaxınlığında Yol Patrul Xidməti naryadı (escord 026) tabesizlik göstərən vətəndaşı bölməyə təmin etməyi xahiş etmiş, onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və onu 8-ci PB-yə dəvət etmişlər. Bölmədə həmin şəxsin Şəxs olması məlum olmuşdur. İş materiallarında olan video disklərə məhkəmə iclasında baxış zamanı müəyyən olunmuşdur ki, “Mercedes” markalı **-SU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən polis əməkdaşına tabesizlik göstərilmişdir. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, 19 dekabr 2023-cü il tarixdə, saat 09:55 radələrində Salyan yolunda “Mercedes” markalı **-SU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şəxs YPX əməkdaşı tərəfindən saxlanılan zaman polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. (32.2.) Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halı, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab edir və Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №3(009)-2793/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2793/2023
20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver