Məhkəmə qərarları › İş №3(009)-2794/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2794/2023

20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2794/2023 20.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 39-cu polis bölməsinin sahə rəisi X2, Səbail Rayon Prokurorluğunun nümayəndəsi X6, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun qanuni nümayəndəsi X3, X1 iştirakları ilə, xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Qusar rayonunun Quxuroba kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 388-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 39-cu polis bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 388-1-ci maddələri ilə tərtib edilmiş 20 avqust 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və onlara əlavə edilmiş materiallar baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 388-1-ci maddələrinin tələblərini pozaraq sosial şəbəkələrdə əxlaqsız hərəkətlər nümayiş etdirmişdir. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail RPİ-nin 39-cu polis bölməsinin sahə rəisi X5 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəxs barəsində material xx.xx.2023-cü il tarixdə DİN-in X13 Mübarizə Baş İdarəsi tərəfindən Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci polis bölməsinə daxil olmuş və barəsində inzibati qaydada tutma tətbiq edilmişdir. xx.xx.2023-cü il tarixdə Şəxs barəsində toplanmış material Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.2-ci maddəsinin tələblərinə əsasən baxılıb tədbir görülməsi üçün Bakı şəhəri Səbail RPİ-yə göndərilmişdir. Həmin tarixdə Şəxs izahatı alınaraq evə buraxılmış, xx.xx.2023-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə gətirilmişdir. Toplanmış materiala əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 388- 1-ci maddələrinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi X3 iştirakı ilə izahatı alınmış yetkinlik yaşına çatmayan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, hazırda 16 yaşı var, 9-cu sinifdən məktəbdən çıxmış və təhsilini davam etdirməmişdir. Bir neçə ildir ki, sosial şəbəkələrdən istifadə edir. Hamının sosial şəbəkələrdən pul qazandığını görmüş və həvəslənərək o da qoşulmuşdur. Sosial şəbəkədə canlı yayın zamanı onun ünvanına söyüş, təhqir xarakterli ifadələr işlədilmiş, o da özündən çıxaraq nalayiq ifadələr istifadə etmişdir. İçki qəbul edir, lakin narkotik vasitə istifadəçisi deyil və heç vaxt narkotik qəbul etməmişdir. Ola bilər ki, kimsə onun içkisinə narkotik atmış və o bilmədən həmin içkini içmişdir. xx.xx.2023-cü il tarixdə DİN-in X13 Mübarizə Baş İdarəsi tərəfindən tutulmuş xx.xx.2023-cü il tarixdə azad olunmuşdur. Əməlindən səmimi peşman olduğunu və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçi X8 əməlində inzibati xəta tərkibi olmadığından hər iki maddə üzrə inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Səbail Rayon Prokurorluğunun nümayəndəsi X10 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan yetkinlik yaşına çatmayan Şəxs barəsində qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 388-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in İAQMBİ-nin İnsan alveri qurbanları ilə işin təşkili şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2007-ci il təvəllüdlü, Qusar rayonu, Quxuroba kəndində qeydiyyatda olan Şəxs xx.xx.2023-cü il tarixdə Baş İdarəyə dəvət olunmuş, yetkinlik yaşına çatmadığına görə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasının üzvü olan X7 qanuni nümayəndə qismində iştirakı ilə izahatı alınmış, o, izahatında avaralıq etdiyini, əxlaqsızlıqla məşğul olduğunu və narkotik vasitələr qəbul etdiyini, “Tik-tok” sosial şəbəkəsindəki hesabında əxlaqsız məzmunlu videolar paylaşdığını qeyd etmişdir. Şəxs narkotik vasitə və dəri-zöhrəvi xəstəlik üzrə müayinəyə təqdim edilmişdir. Narkotik müayinəsi üzrə şəxsin sidiyində «OPİ» adlı narkotik vasitələrin qalıqları aşkar olunmuşdur. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, sosial şəbəkədə canlı yayın zamanı onun ünvanına söyüş, təhqir xarakterli ifadələr işlədilmiş, o da özündən çıxaraq nalayiq ifadələr istifadə etmişdir. İnzibati qaydada tutma haqqında 16 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs 16 dekabr 2023-cü il tarixdə saat 15:10-da inzibati qaydada tutulmuşdur. İzahatına əsasən müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə azad olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Narkoloji Mərkəzinin “Narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında” 7051 saylı Aktdan görünür ki, Şəxs opioidlərdən və morfindən istifadə etməsi aşkar olunmuşdur. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı, həmçinin, qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə istehlakı etməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına, yəni: informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə; internet informasiya ehtiyatında yerləşdirilmiş yayılması qadağan edilən informasiyanın götürülməsi ilə bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tədbirlərin görülməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-2.3-cü bəndinə əsasən İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) aşağıdakı yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir: 13-2.3.9. təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, o cümlədən, həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. (31.4-1) Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, 32.1.2-ci maddəsinə əsasən, inzibati xətanın yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. (32.2.) Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs əməlindən peşman olmasını və yetkinlik yaşına çatmamasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, onun yetkinlik yaçına çatmayan şəxs olmasını, 16 dekabr 2023-cü il tarixində tutulmasını və Azərbaycan Respublikasının İXM-nin 31.4-1ci maddəsinin tələbini nəzərə alaraq, eləcə də İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə Şəxs barəsində təqsirli bilindiyi daha ciddi xəta olan İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Həmin Məcəllənin 150.3-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayanın müstəqil qazancı olmadıqda, inzibati cərimə onun valideynlərindən və ya digər qanuni nümayəndəsindən tutulur. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 388-1-ci maddələri ilə təqsirli bilinməli, həmçinin Şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək inzibati qaydada tutulduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4- 1-ci maddəsinə, eləcə də 34.3-cü maddəsinə əsasən barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 388-1-ci maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Bakı şəhəri 3 saylı vəkil Bürosunun vəkili X8 tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs hüquqlarının məhkəmə icraatı zamanı müdafiə edilməsinə görə 30 (otuz) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar