Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2795/2024 27.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızının sədrliyi, Əsgərova Sübhə Hüsən qızının katibliyi ilə DİN BDYPİ-nin 30 sentyabr 2024-cü il tarixli EQ 23897637 saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək DİN BDYPİ-nin 30 sentyabr 2024-cü il tarixli EQ 23897637 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində Səbail rayonu Əbdülkərim Əlizadə 11 küçəsində mənə məxsus 90KJ634 dölət qeydiyyat nişanlı avtomobilinə İXM-346.5 maddəsinə görə 40 manat məbləğində cərimə edilmə haqqında DYP tərəfindən qərar qəbul edilmişdir. Qərardan narazıdır. O uzun müddət evdə müalicə aldığını, 1-ci Qarabağ müharibəsi iştirakçısıdır. Qərardan xəbər tutan kimi Səbail DYP gedib qərarı əldə edib, məhkəməyə müraciət etdi. xx.xx.2024-cü il tarixində o avtomobilini həmi küçədə saxlamışdır. Azparkingin əməkdaşları ona yaxınlaşıb parklanmağa görə vaxt açmağı dedilər. Parklanma məntəqəsində №90105 saat 19:31-də vact açıb, saat 21:42-də sonlandırıb. 3 AZN balansından çıxıldı. Ərazi Azparkingin ərazisi olub. Ona qarşı verilən ədalətsiz qərarın ləğv olunmasını xahiş etmişdir.Saat 20:54 –də Səbail DYP tərəfindən EQ – 23897637 nömrəli protokol tərtib edilib , qərar verilmişdir. Bunun qeyri – qanuni olduğuni iddia edir. Bu qərarın leğv olunmasını xahiş edir . Məhkəmə iclasında iştirak edən X1 şikayəti müdafiə edərək inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğundan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərarı tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin İnzibati tənbeh vermə haqqında qərarı tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə inzibati tənbeh vermə haqqında qərarı tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarından görünür ki, X3 30 sentyabr 2024-cü il tarixində, saat 20:54-də Bakı şəhəri Abdulkərim Əlizadə 11 ünvanında “Chevrolet Aveo minik” markalı ** KJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsinin tələblərini pozmuş, nəticədə X3 barəsində 40 manat inzibati cərimə tənbehi tətbiq edilmişdir. İş materiallarında olan şəkildən görünür ki, X3 30 sentyabr 2024-cü il tarixində saat 19:31-dən saat 21:42-dək Bakı şəhəri Abdulkərim Əlizadə 11 ünvanında ona məxsus “Chevrolet Aveo minik” markalı ** KJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin parklanmasını AZ PARKİNG vasitəsilə rəsmiləşdirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə – qırx manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərarda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsinin tələblərinin pozuntusunun baş verməsi əsaslandırılmamış, qərar qəbul edən orqan tərəfindən bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə ki, hazırki işin faktiki hallarından müəyyən edilir ki, X3 tərəfindən qeyd olunan inzibati xətanın törədilməsi sübuta yetirilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunduğda inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi əsasdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 təqsirliliyi sübuta yetirilmədiyindən X3 tərəfindən verilmiş şikayət təmin olunmalı, DİN BDYPİ-nin 30 sentyabr 2024-cü il tarixli EQ 23897637 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 128-134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 barəsində DİN BDYPİ-nin 30 sentyabr 2024-cü il tarixli EQ 23897637 inzibati tənbeh haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. DİN BDYPİ-nin 30 sentyabr 2024-cü il tarixli EQ 23897637 nömrəli inzibati tənbeh haqqında qərarı ləğv edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-2795/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2795/2024
27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver