Məhkəmə qərarları › İş №3(009)-28/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-28/2023

18.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-28/2023 18.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X6 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə MN ******* nömrəli 22 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Cənub körpüsü 3 ünvanda yerləşən Şəxsndə 22 dekabr 2022-ci il tarixdə saat 09:30-da planlı yoxlama aparılarkən sertifikasiyadan keçməyən klinikada praktik tibb fəaliyyəti ilə məşğul olması faktı (həkim X4) aşkar edilmişdir. Bununla da Şəxs tərəfindən İXM-in 215.4-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X11 protokola etiraz edərək bildirmişdir ki, Şəxs tərəfindən inzibati xəta haqqında protokolda qeyd edilən pozuntunun törədilməsinə yol verilməmişdir. Belə ki, “Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 49-1 maddəsinə əsasən praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4.Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Şəxs tərəfindən məhz bu maddədə göstərilən hal baş verməmişdir. Belə ki, Şəxs fəaliyyət təyinatı tikinti-quraşdırma işləridir və bu müəssisəyə qəbul olunan həkimlər praktiki tibb fəaliyyəti ilə məşğul olmurlar. Həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 223-cü maddəsinin 2-ci hissəsin tələblərinə əsasən əməyin mühafizəsi xidmətinin tərkibinə əmək qanunvericiliyini, əməyin mühafizəsi normalarını mükəmməl bilən mütəxəssislər daxil edilir. İşçilərinin sayı əlli nəfərdən çox olan müəssisələrdə əməyin mühafizəsi üzrə mühəndis vəzifəsi, işçilərinin sayı beş yüz nəfərdən artıq olduqda isə müəssisə rəhbərinin (baş mühəndisinin) əməyin mühafizəsi üzrə müavini vəzifəsi təsis edilir. Min nəfərdən çox işçinin çalışdığı müəssisələrdə sənaye-sanitariya laboratoriyası təşkil olunur, habelə əməyin gigiyenası üzrə həkim vəzifəsi təsis edilir. "xxxx" BM-də işçi sayı min nəfərdən çox olduğundan (Müəssisədə işçi sayı 4000 nəfərdən çoxdur) sənaye-sanitariya laboratoriyası təşkil edilmiş və bu strukturun xüsusiyyətinə uyğun olan peşə hazırlığı və təhsili olan həkimlər əmək müqaviləsi əsasında işə qəbul edilmişdir. Həkimlərin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyaları məhkəmə sənədlərinə əlavə edildiyini bildirmişdir. Həmçinin bildirmişdir ki, sifarişçi “BP Exploration (Caspian Sea) Limited” Şirkəti ilə "xxxx" BM arasında bağlanmış “ÜST TİKİLİLƏRİN VƏ QAZMA QURĞULARİNİN EMALATİ ÜZRƏ AZƏRİ MƏRKƏZİ ŞƏRQİ (ACE)” lahiyyəsi ilə əlaqədar xx.xx.2019-cu il tarixli, ACE-C-013 nömrəli müqavilənin 4-cü bölməsinin 2.16 maddəsində səhiyyə tədbirlərin təşkili nəzərdə tutulmuşdur. Həmin müqavilənin 4-cü bölməsinin 2.16.1 və 2.16.2 maddələrinə tələblərinə görə: 2.16.1. PODRATÇİNİN ("xxxx" BM-in) X14 Tədbirlərinə, başqa cür TƏSDİQLƏNMƏYİNCƏ, əmək gigiyenası monitorinqi, sağlamlığa nəzarət və yoluxucu xəstəliklərlə mübarizə tədbirləri üzrə proqramlar daxil olmalıdır. 2.16.2. PODRATÇİ ("xxxx" BM) bütün PERSONALİN və ŞİRKƏTİN Personalının tibbi təxliyyə imkanının və münasib tibbi xidmət imkanının (ilk yardım, ilkin tibbi yardım və təcili tibbi yardım) olmasını təmin etməlidir. Bunlardan hər biri, ŞİRKƏT özü tərəfindən təmin ediləcəyini yazılı şəkildə təsdiqləməyincə, PODRATÇİ tərəfindən təmin edilməlidir. Bu bənddə "ilkin yardım" dedikdə, İŞ SAHƏSİNDƏ və ya başqa bir şəkildə İŞİN icrası ərzində meydana çıxan sağlıq problemi olan PERSONALA VƏ ŞİRKƏTİN Personalına ilk növbədə göstərilən tibbi yardım başa düşülür. Qeyd olunanlara əsasən “AZFEN " Birgə Müəssisəsinə qəbul olunan həkimlər praktiki tibb fəaliyyəti və əczaçılıq fəaliyyəti ilə məşğul olmurlar. “AZFEN " Birgə Müəssisəsinin əməkdaşlarının tibbi sığortaları var və onlar müvafiq tibb müəssisələrində müalicə və müayinə olunurlar. Odur ki, hüquqi şəxsin barəsində iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Buna görə də, məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Azərbaycan Respublikası Səhiyyə X5 Mərkəzi publik hüquqi şəxsin əməkdaşları X7 və X12 və X8 iştirakları ilə tərtib olunmuş 19 dekabr 2022-ci il tarixli 658 saylı planlı yoxlama aktından görünür ki, həmin tarixdə saat 15:00-da Şəxsndə planlı yoxlama aparılmışdır. Yoxlama aparılarkən lisenziya şərtlərinə riayət olunması və lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar nöqsan aşkar edilməmişdir. Özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssislərinin sertifikasiyaya cəlb edilməsi ilə əlaqədar tibb heyətinn ştat cədvəli və şəxsi işlərinə aid sənədlər müəssisənin baş ofisində olduğuna görə açılmış planlı yoxlama 22 dekabr 2022-ci il tarixdə davam etdirilərək sertifikatsız özəl tibbi praktiki fəaliyyətlə məşğul olma faktı aşkar edilmişdir. X13- əmək müqaviləsi üzrə baş həkim, X4 - əmək müqaviləsi üzrə həkim. İş materiallarında olan işçi barədə məlumatlardan görünür ki, X4 Şəxs Birgə Müəssisənin həkimidir. Göründüyü kimi hazırki iş üzrə inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas Şəxs Birgə Müəssisənin həkimi X1 keçməməsi olmuşdur. Bundan əlavə inzibati xəta haqqında protokol tərtib edilərkən X3 həkim kimi birbaşa praktik fəaliyyət göstərməsinə dair heç bir sübut işə əlavə edilməmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş hüquqi şəxsin direktoru X2 orqanın nümayəndələri tərəfindən tərtib edilmiş protokolu imzalamaqdan imtina etməsinin səbəbləri kimi qeyd etmişdir ki, Şəxs fəaliyyət təyinatı tikinti-quraşdırma işləridir və bu müəssisəyə qəbul olunan həkimlər praktiki tibb fəaliyyəti ilə məşğul olmur, min nəfərdən çox işçinin çalışdığı müəssisələrdə sənaye-sanitariya laboratoriyası təşkil olunur, habelə əməyin gigiyenası üzrə həkim vəzifəsi təsis edilmiş, Şəxs BM-də işçi sayı min nəfərdən çox olduğundan sənayesanitariya laboratoriyası təşkil edilmiş və bu strukturun xüsusiyyətinə uyğun olan peşə hazırlığı və təhsili olan həkimlər əmək müqaviləsi əsasında işə qəbul edilmişdir. Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası qanununun 49-1-ci maddəsinə əsasən: Praktik tibb və ya əczaçılıq ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzrdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərə (işçilərə)onların fəaliyyət sahəsinə biləvasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. Ali və orta ixtisas tibb təhsil müəsisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəsisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər. Sertifikasiyadan keçən şəxslərə həmin şəxslərin beş il müddətində praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən və forması müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilən sertifikasiya şəhadətnaməsi verilir. Sertifikasiyadan keçməyən şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına icazə verilmir. Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək sertifikasiya olunmaq üçün müraciət edə bilərlər. Sertifikasiyadan keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Praktik tibb və əczaçılıq fəaliyyətini xüsusi razılıq (lisenziya) əsasında həyata keçirən şəxslərin sertifikasiyadan keçməməsi qanunvericiliyə uyğun olaraq lisenziyanın fəaliyyətinin dayandırılması üçün əsasdır. Praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyası qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 223-cü maddəsinin 2-ci hissəsin tələblərinə əsasən əməyin mühafizəsi xidmətinin tərkibinə əmək qanunvericiliyini, əməyin mühafizəsi normalarını mükəmməl bilən mütəxəssislər daxil edilir. İşçilərinin sayı əlli nəfərdən çox olan müəssisələrdə əməyin mühafizəsi üzrə mühəndis vəzifəsi, işçilərinin sayı beş yüz nəfərdən artıq olduqda isə müəssisə rəhbərinin (baş mühəndisinin) əməyin mühafizəsi üzrə müavini vəzifəsi təsis edilir. Min nəfərdən çox işçinin çalışdığı müəssisələrdə sənayesanitariya laboratoriyası təşkil olunur, habelə əməyin gigiyenası üzrə həkim vəzifəsi təsis edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin tələblərinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi həmin maddə ilə yalnız o halda inzibati məsuliyyət yaranır ki, praktik tibb və əczaçılıq fəaliyyəti ilə sertifikasiyadan keçməyən şəxslər məşğul olsun. Hazırki işdən isə görünür ki, Şəxs fəaliyyəti tikinti-quraşdırma işləridir, tibb müəssisəsi deyil. bu müəssisəyə qəbul olunan həkimlər praktiki tibb fəaliyyəti ilə məşğul olmur. Həmçinin qeyd edilməlidir ki, “Azfen" Birgə Müəssisəsinin min nəfərdən çox işçisi var. Bu halda isə Əmək Məcəlləsinin tələbinə görə sənaye-sanitariya laboratoriyası təşkil olunmuş, habelə əməyin gigiyenası üzrə həkim vəzifəsi təsis edilmiş və bu strukturun xüsusiyyətinə uyğun olan peşə hazırlığı və təhsili olan həkimlər əmək müqaviləsi əsasında işə qəbul edilmişdir. Məhkəmə hesab edir ki, “Azfen" Birgə Müəssisəsinin tərkibində olan sənaye-sanitariya laboratoriyasında çalışan həkimlər praktik tibb fəaliyyəti ilə məşğul olmur, onların təyinatı ilkin tibi yardım göstərilməsidir. İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam barədə qərar qəbul edilir. Beləliklə yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən əlavə öyrənilməli və yoxlanılma tələb edən hallar araşdırılmadan, həmçinin işin obyektiv, hərtərəfli baxılmasını təmin etmədən, Şəxs barəsində əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 128-130 və 215.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. (22 dekabr 2022-ci il tarixli, MN 1099497) Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar