Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2808/2024 23.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs X4, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Qobu qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon icra şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. 23 dekabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1326/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədini borclu tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Həmçinin 23 dekabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əlavədən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1326/2021-017 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1326/2021-017 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə cavabdeh Şəxs iddiaçı X4 xeyrinə tutulan aliment artırılsın, tərəflərin birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Şəxs hər ay hər uşağa görə 175 manat, cəmi hər ay 350 manat sabit pul məbləğində aliment X4 xeyrinə tutulmalıdır. Qalan hissədə iddia təmin olunmasın. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İcra sənədi xx.xx.2021-ci il tarixdə tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. Eyni zamanda borcluya məxsus tələbin yönələ biləcək əmlakı aşkar etmək məqsədi ilə aidiyyəti qurumlara sorğu ilə müraciət edilmişdir. Lakin borcluda tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borclu xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixdə şöbədə olarkən icra sənədinin icrası ilə bağlı yazılı izahat alınmışdır. O verdiyi izahatında hal-hazırda işsiz olduğunu və imkan olduğu zaman ödəniş edə biləcəyini qeyd etmişdir. Hal-hazırda aliment üzrə yaranmış borc məbləği 6250 (altı min iki yüz əlli) manat təşkil edir. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən Səbail rayon icra şöbəsinin icra məmuru X5 inzibati xəta haqqında protokolu müdafiə edərək borclu şəxs Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş X7 alimentin uzun müddətdir ödənilmədiyini nəzərə alaraq Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında bildirmişdir ki, hazırda işləmir və aliment borcunu ödəyə bilmir. Sonuncu dəfə keçən ay 400 manat məbləği tələbkar X6 ödəmişdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1326/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs iddiaçı X4 xeyrinə tutulan aliment artırılmış, tərəflərin birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Şəxs hər ay hər uşağa görə 175 manat, cəmi hər ay 350 manat sabit pul məbləğində aliment X4 xeyrinə tutulmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1326/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borcluya xx.xx.2021-ci il tarixli qərarla icraata başlanılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1326/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbin icra edilməsi xahiş edilmişdir. İş materiallarında olan Şəxs xx.xx.2024-cü il tarixli izahatından görünür ki, imkanı olmadığı üçün ödəməmişdir, indiyədək 8200 (səkkiz min iki yüz) manat aliment ödəmişdir. İmkanı olduğu zaman tam şəkildə ödəyəcək. Mülkiyyətində sadəcə yaşadığı torpaq sahəsi var. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1326/2021-017 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1326/2021-017 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə cavabdeh Şəxs iddiaçı X4 xeyrinə tutulan aliment artırılsın, tərəflərin birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Şəxs hər ay hər uşağa görə 175 manat, cəmi hər ay 350 manat sabit pul məbləğində aliment X4 xeyrinə tutulmalıdır. Qalan hissədə iddia təmin olunmasın. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İcra sənədi xx.xx.2021-ci il tarixdə tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. Eyni zamanda borcluya məxsus tələbin yönələ biləcək əmlakı aşkar etmək məqsədi ilə aidiyyəti qurumlara sorğu ilə müraciət edilmişdir. Lakin borcluda tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borclu xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixdə şöbədə olarkən icra sənədinin icrası ilə bağlı yazılı izahat alınmışdır. O verdiyi izahatında hal-hazırda işsiz olduğunu və imkan olduğu zaman ödəniş edə biləcəyini qeyd etmişdir. Şəxs hər ay 200 (iki yüz) manat aliment ödəyir və hal-hazırda aliment üzrə yaranmış borc məbləği 6250 (altı min iki yüz əlli) manat təşkil edir. Məhkəmə ilk olaraq qeyd edir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibini yaradır. Hazırki işdən müəyyən edilmişdir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil. Borclu öz borcunu etiraf edir və hər ay alimentin müəyyən hissəsini ödəyir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd edilməlidir ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan borclu Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan obyektiv cəhət şəxsin əməlində yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114-115, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-2808/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2808/2024
23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver