Məhkəmə qərarları › İş №3(009)-283/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-283/2025

30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-283/2025 30.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ İş № 3(009)-283/2025 Azərbaycan Respublikası Baş Dövlət Səbail Rayon Məhkəməsi İnzibati xəta haqqında qərardan şikayətin qaytarılması haqqında QƏRARDAD Bakı şəhəri 30 yanvar 2025-ci il Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin 01 dekabr 2024-cü il tarixli, EQ 24852997 saylı inzibati tənbeh vermə haqqında qərarından X1 şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin 01 dekabr 2024-cü il tarixli, EQ 24852997 saylı inzibati tənbeh vermə haqqında qərarından X1 şikayəti məhkəməyə daxil olmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin inzibati tənbeh vermə haqqında qərarından X1 şikayəti ona geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim olunmuş şikayətdən və ona əlavə olunmuş materiallardan inzibati xəta haqqında qərarın mövcudluğu öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində inzibati tənbeh vermə haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 129.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin 01 dekabr 2024-cü il tarixli, EQ 24852997 saylı inzibati tənbeh vermə haqqında qərarından X1 şikayəti ona geri qaytarılsın. HAKİM: AZƏR TAĞİYEV Azərbaycan Respublikası Baş Dövlət Səbail Rayon Məhkəməsi Az 1003, Baş Dövlət, M.Useynov küçəsi 5, tel: (012) 491-07-09, faks (028) 491-32-16 İş № 3(009)-283/2025 30 yanvar 2025-ci il X2 Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 19/13, mənzil 40 Səbail Rayon Məhkəməsinin 3(009)-283/2025 saylı, 30 yanvar 2025-ci il tarixli qərardadı, şikayət və ona əlavə edilmiş materiallar göndərilir. Qoşma: Qərardad 1 nüsxə, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər. HAKİM AZƏR TAĞİYEV İş № 3(009)-283/2025 30 yanvar 2025-ci il X2 Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 19/13, mənzil 40 Səbail Rayon Məhkəməsinin 3(009)-283/2025 saylı, 30 yanvar 2025-ci il tarixli qərardadı, şikayət və ona əlavə edilmiş materiallar göndərilir. Qoşma: Qərardad 1 nüsxə, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər. HAKİM AZƏR TAĞİYEV İş № 3(009)-283/2025 PROTOKOL (məhkəmə iclasından kənar prosessual hərəkət barədə) Bakı şəhəri 30 yanvar 2025-ci il Baş Dövlət Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin 01 dekabr 2024-cü il tarixli, EQ 24852997 saylı inzibati tənbeh vermə haqqında qərarından X1 şikayətinə baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar