Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2842/2020 23.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X9 qızının katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Səbail RPİ-nin 9-cu PB-nin sahə inspektoru Azər Aslanlının iştirakları ilə, xx xxxxxxxx 1987-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Yevlax rayonu, Xaldan kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx xxxxxxxx 1987-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Yevlax rayonu, Xaldan kəndində qeydiyyatda olan və yaşayan Şəxs, xx xxxxxxx 2020-ci il tarixdə saat 17:20 radələrində Səbail rayonu Axundov bağında polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Nəticədə, X6 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Azər Aslanlı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, məhkəmə iclasında özünü təqsirli bilməyərək, polisin qanuni tələbinə tabe olduğunu və polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərmədiyini bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasına şahid qismində dindirilən Səbail Rayon Polis İdarəsinin PPX bölüyü polis nəfərləri X4 izahat verərək göstərmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 17:20 radələrində Səbail rayonun Axundov bağı ətrafında polis nəfəri Ürfan Məmmədovla xidmətdə olarkən ərazi üzrə sahə müvəkkili Barat Novruzov bağın mərkəzində beş nəfər şəxsin dava-dalaş etməsi barədə məlumat verilmiş, bu səbəbdən onlar dərhal həmin yerə yaxınlaşmışlar. Həmin şəxslər adlarını sonradan bildiyi X7, X1, X8, X2 küy salaraq onların qanuni tələblərinə tabe olmamışlar, Şəxs isə həmin vaxt orada olsa da, sakit dayanmış, onlara qarşı müqavimət göstərməmiş, qanuni tələblərinə tabe olmuşdur. Məhkəmə iclasına şahid qismində dindirilən Səbail Rayon Polis İdarəsinin PPX bölüyü polis nəfəri X10 şahid X3 izahatına uyğun izahat verdi. Məhkəmə iş materiallarını araşdıraraq və tərəfləri dinləyərək belə hesab edir ki, inzibati xəta tərkibi olmadığı üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib edilmiş protokol üzrə icraata xitam verilməlidir. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx xxxxxxx 2020-ci il traixli, BB00529 nömrəli protokoldan görünür ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə inzibati qaydada tutulmuşdur. Belə ki, məhkəmə iclasında dindirilmiş və hadisənin bilavasitə şahidi olmuş Səbail Rayon Polis İdarəsinin PPX bölüyü polis nəfərləri X10 və X3 ifadələrindən aydın olur ki, Şəxs həmin vaxt orada olsa da, polislərə müqavimət göstərməmiş, onların qanuni tələblərinə tabe olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə görə Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi olmadığından həmin Məcəllənin 53.0.2cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməli və o, məhkəmə iclas zalından dərhal azad olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.0.2, 114.1.4, 115.1, 117, 128130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-2842/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2842/2020
23.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver