Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-287/2023 15.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, X1 vəkili Nümayəndə3, Bakı şəhər Baş Polis İdarəsinin X18 İdarəsinin nümayəndələri Nümayəndə1 və Nümayəndə4, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X8 iştirakları ilə, Azərbaycan Respublikası X18 İdarəsinin Bakı şəhəri X17 İdarəsinin 02 aprel 2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X17 İdarəsinin 02 aprel 2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər Baş Polis İdarəsinin Bakı şəhər X17 İdarəsinin əməkdaşı polis baş leytenantı Nümayəndə5 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərarla Azərbaycan Respublikasının İXMnin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyimə görə barəsində 40 manat məbləğində cərimə inzibati cəza tətbiq edilmişdir. Qərarda qeyd edilir ki, guya onun tərəfindən xx.xx.2021-ci il tarixdə saat 23:45 radələrində Bakı şəhəri, Səbail rayonu, Salyan şossesində idarə etdiyi “Porshe Cayenne” minik markalı ** XY *** dövlət qeydiyyat nömrəli avtomaşınla əks istiqamətdə hərəkət zolağına çıxmadan manevr etmiş, bununla da Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokoldan və inzibati xəta haqqında qərardan görünür ki, guya barəsində polis baş leytenantı Nümayəndə5 tərəfindən xx.xx.2021-ci il tarixli İXP ******* saylı İnzibati xəta haqqında Protokol tərtib edilmiş, ondan izahat alınmış, protokola və izahata şəxsən imza etmişdir. Həmin protokol və ümumiyyətlə, tərtib edilmiş bütün sənədlər saxtadır. Belə ki, polis baş leytnantı Nümayəndə5 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli İnzibati xəta haqqında protokol və inzibati tənbeh tətbiq edilməsi barədə qərar, onun izahatı saxtadır. Barəsində hər hansı qərar qəbul edilməsi, protokol tərtib edilməsi və izahatının alınması, eləcə də 40 manat məbləğində inzibati cərimə cəzası tətbiq edilməsi barədə Nərimanov rayon Məhkəməsində mülki işə baxılarkən məlumatı olmuşdur. Sənədlərdəki imzalar ona məxsus deyildir. Nümayəndə5 adlı polis əməkdaşı tanımır və heç vaxt qarşılaşmamışdır. Həmin İnzibati xəta haqqında protokolun və inzibati xəta haqqında qərarın surəti ona təqdim edilməmişdir. Qeyd edilən inzibati xəta hadisəsini törətməmiş, protokolu və qərarı tərtib edən polis əməkdaşı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsinin bütün tələbləri pozulmuşdur, ona görə də iş üzrə həmin qərar ləğv edilməli və barəsindəki inzibati xəta protokolu üzrə icraata xitam verilməlidir, Dəfələrlə sənədlərin surətlərinin ona təqdim edilməsi barədə Bakı şəhər Baş Polis İdarəsinin Bakı şəhər X17 İdarəsinin rəisinə və Azərbaycan Pespublikası DİN-nin Baş Polis İdarəsin rəisinə yazılı müraciətlər etsə də, həmin İdarələrdə izahatı alınsa da, müvafiq sənədlərin surətləri ona təqdim edilməmişdir. Şikayətinə əlavə etdiyi sənədləri Nərimanov rayon Məhkəməsində baxılan mülki işin materiallarından əldə etmişdir. Ona görə də sənədlərin əslini şikayətinə əlavə edə bilmir. Və həmin səbəbdən də vaxtında məhkəməyə şikayət edə bilməmişdir. Hesab edir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) iş üzrə gəldiyi nəticə əsassızdır və mövcud qanunvericiliyin tələblərinə ziddir. Səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qanunla qorunan hüquqları pozulmuşdur, ona görə də iş üzrə qərar ləğv edilməlidir. Şərh edilənlərə əsasən Bakı şəhər Baş Polis İdarəsinin Bakı şəhər X17 İdarəsinin əməkdaşı polis baş leytnantı Nümayəndə5 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərarın ləğv edilməsi və xx.xx.2021-ci il tarixli İXP ******* saylı “İnzibati xəta haqqında” Protokol üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X1 vəkili Nümayəndə3 şikayəti müdafiə edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X17 İdarəsinin 02 aprel 2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi və icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsinin X18 İdarəsinin nümayəndəsi Nümayəndə1 şikayətə etiraz edərək bildirdi ki, barəsində qərar çıxarılmış fiziki şəxs X6 02 aprel 2021-ci il tarixində saat 23:00 radələrində idarə etdiyi PORSCHE CAYENNE minik markalı 90- XY- 889 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Səbail rayonu Salyan şossesi “Dəniz Mall”ın dayanacağının girişində geriyə hərəkət edərək təhlükəsizliyi təmin etməyərək MERSEDES-BENZ minik markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmuşdur. Bakı şəhəri Baş Polis İdarəsinin X18 İdarəsinin yol nəqliyyat hadisələri şöbəsinin inspektoru polis baş leytenantı Nümayəndə5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək xx.xx.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X6 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. X7 şikayətində göstərmişdir ki, onun tərəfindən inzibati xəta hadisəsi törədilməmiş, protokolu və qərarı tərtib edən polis əməkdaşı tərəfindən Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsinin bütün tələbləri pozulmuşdur ona görə də iş üzrə həmin qərar ləğv edilməli və barəsindəki inzibati xəta protokolu üzrə icraata xitam verilməlidir. Barəsində qərar çıxarılmış fiziki şəxs X4 şikayətində göstərdiyi arqumentlər tam əsassızdır. Baş vermiş yol nəqliyyat hadisəsi tam, hərtərəfli və obyektiv araşdırma aparıldıqdan sonra X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati araşdırma zamanı X6 02 aprel 2021-ci il tarixində saat 23:00 radələrində idarə etdiyi PORSCHE CAYENNE minik markalı **-XY- *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Səbail rayonu Salyan şossesi “Dəniz Mall”ın dayanacağının girişində geriyə hərəkət edərək təhlükəsizliyi təmin etməyərək MERSEDES-BENZ minik markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurması iş üzrə toplanmış sübutlarla öz təsdiqini tapmışdır. Eyni zamanda yuxarı səlahiyyətli orqan Azərbaycan Respublikası DİN Baş X17 İdarəsinin ünvanlanmış müraciəti əsasında aparılmış araşdırma zamanı Vüsalə Əliyeva bildirmişdir ki, 02 aprel 2021-ci il tarixində saat 23:00 radələrində idarə etdiyi PORSCHE CAYENNE minik markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona cərimə gəlmiş, hadisə baş verməmiş lakin əri hadisəni araşdırmadan barəsində yazılmış cərimə ilə bağlı ödəniş etmişdir. Həmçinin Paşa Sığorta ASC-nin Sığorta İddiaları Departamentinin qəza komisarı X9 yazılı izahatında baş vermiş hadisənin sığorta nümayəndəsi olaraq sənədləşdirildiyini,yol-nəqliyyat hadisəsinin PORSCHE CAYENNE minik markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobili Vüsalə Əliyeva tərəfindən idarə olunaraq törədildiyini və avtomobilin onun tərəfindən idarə olunmasını təsdiq etmişdir. Hesab edir ki, işin faktiki halları ilə yanaşı inzibati araşdırma zamanı iş üzrə toplanmış (izahatlar, ynh sxemi, protokol) sübutlar əsasında düzgün olaraq X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1- ci maddəsinə əsasən tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Beləliklə, şikayəti əsassız olduğundan təmin edilməməsi və X3 barəsində qəbul edimiş xx.xx.2021-ci il tarixli TP ******* nömrəli inibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsinin X18 İdarəsinin nümayəndəsi Nümayəndə4 şikayətə etiraz edərək bildirdi ki, barəsində qərar çıxarılmış fiziki şəxs X6 02 aprel 2021-ci il tarixində saat 23:00 radələrində idarə etdiyi PORSCHE CAYENNE minik markalı 90- XY- 889 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Səbail rayonu Salyan şossesi “Dəniz Mall”ın dayanacağının girişində geriyə hərəkət edərək təhlükəsizliyi təmin etməyərək MERSEDES-BENZ minik markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi tam, hərtərəfli və obyektiv araşdırma aparıldıqdan sonra X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hadisənin baş verməsi materiallara əlavə edilmiş cd disk, fotoşəkillər, Ynh-nin sxemi, X3 izahatı ilə təsdiq edilir. Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin 02 aprel 2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır, qərarın qüvvədə saxlanmasını xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Baş Polis İdarəsinin X18 İdarəsinin yol nəqliyyat hadisələri şöbəsinin inspektoru polis baş leytenantı Nümayəndə5 şikayətə etiraz edərək bildirdi ki, X6 02 aprel 2021-ci il tarixində saat 23:00 radələrində idarə etdiyi PORSCHE CAYENNE minik markalı 90- XY-889 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Səbail rayonu Salyan şossesi “Dəniz Mall”ın dayanacağının girişində geriyə hərəkət edərək təhlükəsizliyi təmin etməyərək MERSEDES- BENZ minik markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək xx.xx.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X6 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi tam, hərtərəfli araşdırılmış, hadisə yerinin və avtomobillərin fotoşəkilləri çəkilmiş, X3 izahatı alınmış, X2 vəziyyətinin müəyyən olunması üün tibbi müayinədən keçirilmiş, nəticədə X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 02 aprel 2021-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X11 bildirdi ki, hazırda Nərimanov rayon məhkəməsində "xxxx" ASC-nin X5 qarşı “pul tələbi” iddası mövcuddur. İddia ərizəsi Nərimanov rayon Məhkəməsinə 30 avqust 2022-ci il tarixində verilmişdir. İş məhkəmədə icraata götürülmüş qanunvericiliyə uyğun olaraq iddiaya mahiyəti üzrə baxılır. "xxxx" ASC-nin Sığorta İddiaları Departamentinin qəza komisarı X9 yazılı izahatında baş vermiş hadisənin sığorta nümayəndəsi olaraq sənədləşdirdiyini, yol-nəqliyyat hadisəsinin PORSCHE CAYENNE minik markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobili Vüsalə Əliyeva tərəfindən idarə olunaraq törədildiyini və avtomobilin onun tərəfindən idarə olunmasını bildirmişdir. Mübahisələndirilən qərarın çıxarılmasına səbəb olan yol nəqliyyat hadisəsi üzrə "xxxx" ASC tərəfindən sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin 02 aprel 2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır, qərarın qüvvədə saxlanmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AR DİN-in Bakı Şəhər Baş Polis İdarəsinin X17 İdarəsinin 02 aprel 2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, 02 aprel 2021-ci il tarixində saat 23:45-də X6 PORSCHE CAYENNE minik markalı 90- XY-889 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş AR DİN-in Bakı Şəhər Baş Polis İdarəsinin X17 İdarəsinin 02 aprel 2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, 02 aprel 2021-ci il tarixində saat 23:45-də Bakı şəhəri, Səbail rayonu, Salyan şossesində PORSCHE CAYENNE minik markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və nəticədə 40 manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş X3 izahatından görünür ki, 02 aprel 2021-ci il tarixində saat 23:45-də özünə məxsus PORSCHE **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə “Dalğa Plaza”nın qarşısında geriyə hərəkət edərkən arxada olan MERSEDES **-AR-*** dövlət qeydiyyatlı avtomobili vurmuş, hadisədə bədən xəsarəti alan olmamışdır. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, 02 aprel 2021-ci il tarixində saat 23:54 və 23:55-də “Dalğa Plaza”nın qarşısında X15 ilə PORSCHE CAYENNE minik markalı **-XY- *** dövlət qeydiyyat nişanlı avtomobilin şəkilləri çəkilərkən fotoşəkillərdə X6 avtomobildə sükan arxasında olmuşdur. İş materiallarına əlavə edilmiş CD diskə məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən olunmuşdur ki, MERSEDES-BENZ minik markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X6 idarə etdiyi PORSCHE CAYENNE minik markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesində geriyə hərəkət edərkən arxada olan MERSEDES-BENZ minik markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq ona maddi ziyan vurduğundan barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yol hərəkəti qaydasının pozulması iş materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X18 İdarəsinin 02 aprel 2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin l hissəsinə əsasən Yol hərəkətinin iştirakçıları: 1) yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; 2) yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; 3) yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanununun 42-ci maddəsinin l hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin Qanununun 42-ci maddəsinin 13-cü hissəsinə əsasən Nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Həmin Qanununun 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Məhkəmə inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və X3 əməli düzgün olaraq İXM-in 327.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X18 İdarəsinin 02 aprel 2021-ci il tarixli TP ******* saylı qərar qanuni və əsaslı olduğundan həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də X3 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128- 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin 02 aprel 2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-287/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-287/2023
15.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver