Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-289/2023 27.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və X1 Bölməsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və X1 Bölməsi tərəfindən tərtib edilmiş 21 fevral 2023-cü il tarixli 01400-01530/** EP ***2056 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC tərəfindən 2022-ci il ərzində 2 gömrük bəyannaməsi ilə Şimal Ərazi Baş Gömrük İdarəsində rəsmiləşdirərək ixrac etdiyi yükün müqabilində köçürülməli olan 20786,20 ABŞ dolları (35336,54 manat) məbləğində vəsait müvəkkil bankda olan hesabına köçürülməmişdir. Qeyd olunan vəsaitin müvəkkil bank hesabına köçürülməsinin təmin edilməsi ilə bağlı, "xxxx" MMC-nin qeydiyyatda olduğu ünvanına xx.xx.2022-ci il tarixdə, 1700-012/xx-xx/003210 saylı bildiriş, xx.xx.2022-ci il tarixdə isə 1700-013/0xx-xx/004697 saylı məktub göndərilmişdir. Qeyd olunan vəsaitlərin köçürülüb-köçürülməməsi ilə bağlı Gömrük Əməliyyatları İdarəsinə sorğu verilmiş, Gömrük Prosedurları və Ödənişləri Şöbəsinin cavab məktubunda yalnız xx.xx.2022-ci il tarixli, **********770 saylı bəyannamə üzrə 1540,32 ABŞ dolları (2618,54 manat) vəsaitin "xxxx" MMC-nin bank hesabına köçürülmədiyi qeyd olunmuşdur. Beləliklə də, "xxxx" MMC tərəfindən Şimal Ərazi Baş Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirdiyi yükün müqabilində köçürülməli olan 1540,32 ABŞ dolları (2618,54 manat) məbləğində vəsaitin Azərbaycan Respublikasındakı müvəkkil bankında olan hesabına köçürülməsi təmin edilməmişdir. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş "xxxx" MMC-nin nümayəndəsi X3 bildirdi ki, ixrac edilmiş yükə görə 19245,88 ABŞ dolları vəsait qaytarılmış, qaytarılmayan 1540.32 ABŞ dolları vəsait isə valyuta məzənnəsinin enməsi səbəbindən ödənilməmişdir. "xxxx" MMC-nin təqsirsiz olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-nin 483cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, hüquqi şəxs "xxxx" MMC-nin (VÖEN: **********) 2022-ci ilin yanvar və fevral aylarında Şimal Ərazi Baş Gömrük İdarəsində rəsmiləşdirdiyi müxtəlif “tərəvəz” məhsullarının Rusiya Federasiyasına 2 gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac etdiyi ümumilikdə 20786,20 ABŞ dolları dəyərindəki (35336,54 manat) yükün müqabilində qaytarılmalı olan məbləğləri müvəkkil bank hesabına köçürülmədiyi müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin qeydiyyatda olduğu ünvanına göndərilmiş xx.xx.2022-ci il tarixli ixrac olunmuş malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində müvəkkil bankda olan hesablara köçürülməməsi barədə 012/xx-xx/003210 saylı Bildirişdən görünür ki, hüquqi və fiziki şəxslər ixrac edilmiş malların müqabilində vəsaitlərin 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etmədiyi halda, qanunvericilikdə nəzərdə tutulan məsuliyyətə cəlb olunması qeyd edilməklə 10 gün müddətində ixrac edilmiş malların müqabilində vəsaitlərin bank hesablarına köçürülməsinin təmin edilməsi barədə "xxxx"MMC-yə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gömrük prosedurları və ödənişləri şöbəsinin inspektorunun Xidməti qeydindən görünür ki, "xxxx" MMC (VÖEN: **********) tərəfindən Şimal Ərazi Baş Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə 2022-ci ildə 2 gömrük bəyannaməsi üzrə ixrac olunmuş yüklərinin müqabilində qaytarılmalı olan 20786.20 ABŞ dolları (35336,54 manat) məbləğində vəsaitdən **********7770 gömrük bəyannaməsi üzrə 1540,32 ABŞ dolları (2618,54 manat) MMC-nin müvəkkil bankda olan hesabına köçürülməmişdir. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsində barəsində icraat aparılan "xxxx" MMC-nin nümayəndəsinin iştirakı təmin edilmiş, "xxxx" MMC-nin etibarnamə ilə nümayəndəsi olan Gumbatov Khalal izahatında 2022-ci ilin yanvar- fevral ayları ərzində "xxxx" MMC şirkətindən Rusiya Federasiasında yerləşən "xxxx" MMC şirkətinə 2 gömrük bəyannaməsi üzrə 20786,20 ABŞ dolları dəyərində “Tomat təzə” məhsulu, ixrac etdiklərini, ixrac edilmiş yükə görə 19245,88 ABŞ dolları vəsait qaytarıldığını bildirmişdir. Qaytarılmayan 1540.32 ABŞ dolları vəsaitin isə valyuta məzənnəsinin enməsi səbəbindən ödənilmədiyi bildirilmişdir. Beləliklə, həm iş materialları, həm də inzibati icraat zamanı izahatı alınmış "xxxx" MMC-nin nümayəndəsinin izahatı ilə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasını İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci il tarixli Qərarına görə “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanuna və Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qadaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18.5, 40, 43, 76.1, 114-117 və 483-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş 1540.32 ABŞ (bir min beş yüz qırx dollar otuz iki sent) ABŞ dolları vəsait məbləğinin 30 (otuz) faizi həddində, yəni 462 (dörd yüz altmış iki) ABŞ dolları məbləğində (ödəniş gününə manat məzənnəsinə uyğun olaraq) inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-289/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-289/2023
27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver