Məhkəmə qərarları › İş №3(009)-2898/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2898/2025

04.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2898/2025 04.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Sahilə Hümbət qızı, Şikayət vermiş şəxs X1 Bakı Nəqliyyat Agentliyinin xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli, xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli, xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli, xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli, xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli, xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli, xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli, xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli və xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayəti işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Şikayət vermiş şəxs X1 Bakı Nəqliyyat Agentliyinin xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli, xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli, xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli, xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli, xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli, xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli, xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli, xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli və xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayət xx.xx.2025-ci il tarixdə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət vermiş şəxs X3 şikayətində Bakı Nəqliyyat Agentliyinin xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli, xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli, xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli, xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli, xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli, xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli, xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli, xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli və xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarların qüvvədən düşmüş hesab edilməsini xahiş etmişdir. Şikayəti nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, X1 şikayətində Bakı Nəqliyyat Agentliyinin xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli, xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli, xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli, xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli, xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli, xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli, xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli, xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli və xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayət geri qaytarılmalıdır. Belə ki, müəyyən edilmişdir ki, X3 ayrı-ayrı inzibati tənbeh vermə haqqında qərarlardan şikayəti birlikdə vermişdir. İş materiallarından müəyyən edilir ki, müxtəlif vaxtlarda törədilmiş inzibati xətalara görə X3 barəsində ayrı-ayrı inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmişdir. Bakı Nəqliyyat Agentliyinin xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli, xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli, xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli, xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli, xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli, xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli, xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli, xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli və xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli qərarları ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin ayrı-ayrılıqda 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) manat məbləğində cərimə olunmuşdur. Məhkəmə qeyd edir ki, qəbul edilmiş hər bir inzibati tənbeh qərarı üzrə icraat ayrıayrılıqda aparıldığı üçün onlardan veriləcək şikayət də ayrı-ayrılıqda verilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin tələbinə görə, inzibati xəta törədildikdə, səlahiyyətli orqan tərəfindən inzibati icraat başlanılır və nəticədə qərar qəbul olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müddəalarına əsasən, inzibati xətaya dair icraat konkret inzibati xəta hadisəsi üzrə aparılır və nəticədə qəbul olunmuş inzibati tənbeh qərarı həmin hadisəyə aid müstəqil hüquqi aktdır. Hər inzibati tənbeh qərarı yalnız öz faktiki halları və hüquqi əsasları çərçivəsində mövcud olduğundan, məhkəmə tərəfindən həmin qərarlara dair şikayətlərin də ayrıca qaydada araşdırılması zəruridir. Bir neçə inzibati tənbeh qərarından eyni ərizə ilə şikayət edilməsi qanunvericiliyin tələblərinə uyğun hesab edilmir, çünki bu halda işin predmeti aydın müəyyən olunmur və inzibati xətaların faktiki hallarının araşdırılması, icraata qəbulu, işin aidiyyətinin müəyyən edilməsi və.s hallar aydın müəyyən edilə bilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 145.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsi barədə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qərardad qəbul edilir. Həmçinin şikayətçiyə izah olunur ki, qeyd olunan qərarların icrasına xitam verilməsi üçün qərarı qəbul etmiş səlahiyyətli orqana müraciət edilməlidir. Şəxs barəsində hər bir inzibati xətaya görə ayrıca inzibati xəta haqqında qərar qəbul edilmiş, yəni ayrı-ayrı inzibati xəta haqqında icraat başlanılmış və aparılmışdır. Belə olan halda isə hər icraat üzrə qəbul edilmiş qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) ayrı-ayrılıqda müraciət edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən X1 barəsində qəbul edilmiş xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli, xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli, xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli, xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli, xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli, xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli, xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli, xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli və xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan X3 tərəfindən verilmiş şikayətə bir icraatda baxılması qeyrimümkün olduğundan şikayət geri qaytarılmalı və şikayətçiyə izah edilməlidir ki, inzibati tənbeh vermə haqqında qərarların icrasına xitam verilməsi üçün barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarların hər birindən ayrı-ayrılıqda qərarı qəbul etmiş səlahiyyətli orqana müraciət müraciət edə bilər. ″Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair″ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanları və Azərbaycan Respublikası İXM-in 132-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Nəqliyyat Agentliyinin xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli, xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli, xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli, xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli, xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli, xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli, xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli, xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli və xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlarından X3 tərəfindən verilmiş şikayət icraata qəbul edilməsin, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İnzibati tənbeh vermə haqqında qərarların icrasına xitam verilməsi üçün ayrıayrılıqda qərarı qəbul etmiş səlahiyyətli orqana müraciət etmək hüququnun olması X2 izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Sahilə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar