Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-29/2022 05.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, X1 iştirakı ilə, Bakı şəhər X6 İdarəsinin 15.12.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər X6 İdarəsinin 15.12.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi və icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 02.12.2021-ci il tarixdə Milli Məclisin binasının arxa tərəfində üzü Səbail rayonu, Polis İdarəsi tərəf BMW -528 minik markalı 10SB 052 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən DYP əməkdaşının saxla əmrinə tabe olaraq avtomobilini kənara çəkib saxlamışdır. DYP əməkdaşı ona yaxınlaşaraq bildirmişdir ki, ödənilməmiş cəriməsi olduğuna görə məhkəmə qərarına əsasən sürücülük hüququ məhdudlaşdırılıb. Daha sonra avtomobilini duracağa yerləşdirəcəyini deyib, onu izləməyini istəmişdir. Bundan sonra heç bir etiraz etmədən avtomobili onun ardınca sürərək özü duracağa yerləşdirmişdir. Həmin gün Bakı şəhər X6 İdarəsinin binasında 7-ci otağa yaxınaşıb hansı cəriməyə görə sürücülük hüququnun məhdudlaşdırıldığını öyrəndikdə həmin otaqda olan polis mayorunun köməkçisi Hümmət Paşazadə ona ya 200 manat verməyini və yerində həll etməklərini, ya da barəsində 200 manatlıq cərimə yazacaqlarını bildirmişdir. Onlarla razılaşmayaraq cəriməni ödəyərək qəbzlə birlikdə Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. 04.12.2021-ci il tarixdə sms radar vasitəsilə barəsində İXM-nin 332.3-cü maddəsi ilə protokol tərtib olunduğunu bildi. 06.12.2021-ci ildə həmin idarəsinin 7-ci otağında protokolu almışdır, orada ona bildirdilər ki, 10 gün sonra qərarı gəlib götüre bilər. 15.12.2021-ci ildə həmin otağa yaxınlaşıb qərarı aldı. Hesab edir ki, barəsində tərtib olunmuş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassızdır. O, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati tənbeh almağı barədə qərar 19.06.2020-ci il tarixdə Səbail Rayon Məhkəməsinin 3(009)-948/2020 nömrəli qərarı olmuşdur. Növbəti dəfə 04.11.2021-ci il tarixdə Səbail Rayon Məhkəməsinin 3(009)-1982/2021 nömrəli qərarına əsasən onun barəsində tərtib olunmuş TP ******* nömrəli qərarın ləğv edilib işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X3 şikayət ərizəsini müdafiə edərək, şikayət ərizəsinəuyğun izahat verərək Bakı şəhər X6 İdarəsinin 15.12.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi və icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsinİ və iş materiallarınİ araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 04.12.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 02.12.2021-ci il tarixində, saat 13:45-də İ.Nəbiyev küçəsində BMW -528 minik markalı 10SB 052 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər X6 İdarəsinin 15.12.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, 02.12.2021-ci il tarixində, saat 13:45-də İ.Nəbiyev küçəsində BMW -528 minik markalı 10SB 052 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X5 oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törədilməsinə görə 200 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Səbail Rayon Məhkəməsinin 19.06.2020-ci il tarixli 3(009)-948/2020 nömrəli qərarından görünür ki, X5 oğlunun nəqliyyat vasitəsini idarə etmə hüququ 06 ay müddətinə məhdudlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş Səbail Rayon Məhkəməsinin 09.12.2021-ci il tarixli 3(009)-1982/2021 nömrəli qərarından görünür ki, X2 nəqliyyat vasitəsini idarə etmə hüququnun 06 ay müddətinə məhdudlaşdırılmasına dair Səbail Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli 3(009)-1982/2021 nömrəli qərarına xitam verilmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhər X6 İdarəsinin 15.12.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə- iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, X5 oğlu nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırıldığı müddətdə nəqliyyat vasitəsinin idarə etmiş və nəticədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və X2 əməli düzgün olaraq İXM-in 332.3-cü maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 barəsində Bakı şəhər X6 İdarəsinin 15.12.2021-ci il tarixli TP ******* saylı qərar qanuni və əsaslı olduğundan həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də X5 oğlunun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 oğlunun şikayəti təmin edilməsin. Bakı şəhər X6 İdarəsinin 15.12.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarları dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-29/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-29/2022
05.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver