Məhkəmə qərarları › İş №3(009)-29/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-29/2024

17.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-29/2024 17.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X1 nümayəndəsi və vəkili Nümayəndə2, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X4 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, 22 may 2023-cü il tarixli, MN ******* saylı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X4 və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında qərarından X1 şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 22 may 2023-cü il tarixli, MN ******* saylı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X4 və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, iş üzrə icraata xitam verililməsi barədə X1 şikayəti Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayonu Badamdar qəsəbəsi, Badamdar şosesi, 1-ci yaşayış massivi , 18 C ünvanında yerləşən 0.1058 ha sahəsi olan torpaq sahəm var. Həmin torpaq ssahəsi yaşayış məntəqələri təyinatlı olmaqla xüsusi mülkiyyətimdədir və buna dair adıma xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir. Məhkəmənin nəzərinə çatdırım ki, xüsusi mülkiyyətimdə olan torpaq sahəsində nar tumundan bir ədəd nar tingi əmələ gəlmişdir. Hətta həmin nar tingi zədəli olmuşdur və artıq bir tərəfdən çinməyə başlamışdır. 2022-ci ildə mən xüsusi mülkiyyətimdə olan torpaq sahəmdə tikinti aparılması üçün müvasiq orqanlara müraciət etdim və nəticədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli MİHO/2.1-3.3-2022-124 nömrəli Sərəncamla tikintiyə icazə alaraq tikinti işləri xnağa aparmağa başladı. Tikinti gedişatı zamanı sözügedən və hər hansı formada meşə fonduna daxilm olmayan isi xüsusi mülkiyyətində öz-özünə bitan nar tingi həm tikinti aparıldığı üçün həmdə artıq çürümə baş verdiyi üçün yerindən çıxarılmışdır. Həmin çıxarıldığı yerdə də tikinti aparılmışdır. Əlavə olaraq bildirim ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X4 və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının haçan gəlib protokol tərtib etməsi, protokol əsasında İnzibati tənbeh vermə haqqında qərar verilməsi barədə məlumatımız olmamışdır. Yalnız bu barədə icra məmuru vasitəsilə xəbərdar olmuşuq və dərhalda KM 1.2023-cü il tarixində qərardan narazı qalaraq şikayətin verilməsi üçün qərarın rəsmi şəkildə bizə təqdim edilməsini isdəmişik. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X4 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN 389214 saylı İnzibati tənbeh vermə haqqında qərarı isə xx.xx.2023-cü il tarixində verilmişdir. Hesab edir ki, aşağıdakı əsaslara görə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X4 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN № ******* saylı İnzibati tənbeh vermə haqqında qərarı əsassızdır, ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati tənbeh vermə haqqında qərarın yazılması üçün əsas olmuş mübahisəli bir ədəd nar kolu öz-özünə xüsusi mülkiyyətində olan torpaq sahəmdə bitmişdir. Nar kolu zədəli olduğu və tikinti aparıldığı üçün yerindən çıxarılmışdır ki, buna görə İXM-nin 253.3.1-ci maddəsinə görə inzibati tənbeh vermə haqqında qərar verilə bilməz. Hətta məlumat üçün bildirir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raquf Mirzəyev və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova internet informasiya sistemində də məlumat vermişdir ki, Əgər həyətyanı torpaqların, bağ sahəsinin sənədi, xüsusi mülkiyyətə dair dövlət reyestrindən çıxarış sənədi varsa, ağac vətəndaş tərəfindən kəsilə bilər. Bu barədə məlumatı ərizəsinə əlavə edir. Bundan əlavə olaraq onuda bildirim ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsinə əsasən şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X4 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN № ******* saylı İnzibati tənbeh vermə haqqında qərarını ləğv edərək, iş üzrə icrata xitam verilməsi barədə qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X1 nümayəndəsi və vəkili Nümayəndə2 şikayət ərizəsinə uyğun izahat verərək, nar kolunun X1 xüsusi mülkiyətində olan Bakı şəhəri, Badamdar qəsəbəsi, Badamdar şossesi, 1-ci yaşayış massivi , 18 C ünvanında yerləşən 0.1058 ha sahəsində bitdiyini və həmin sahədən götürülməsini bildirərək 22 may 2023-cü il tarixli, MN ******* saylı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X4 və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X4 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 şikayətin rədd edilməsini və 22 may 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştiakçısını dinləyib, iş materiallarınə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X4 və Təbii Sərvətlər İdarəsinin 22 may 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. İş materiallarında olan 22 may 2023-cü il tarixli, MN ******* saylı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X4 və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Bakı şəhəri, Sabail rayon, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 11-ci döngə ünvanında tikinti, abadlaşdırma işləri aparılarkən 1 (bir) ədəd nar kolu götürülmüşdür. Buna görə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1 maddəsi ilə təqsirli bilinərək 2200 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX Hüquqlarının Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Sabail rayon, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi 18C ünvanı X1 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1 əsasən şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən lazımi icazə olmadan törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə - fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-İVQ nömrəli Qanununun 3-cü maddəsinə əasən həmin Qanun, meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqlara şamil edilir. Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 nömrəli “Yaşıllıqların götürülməsi Qaydasına” əsasən “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-İVQ nömrəli Qanununun 13.8-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqların götürülməsi mexanizmini müəyyən edir. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsinin tərkibi olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının İXM-in İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 nar kolu onun xüsusi mülkiyətində olan Bakı şəhəri, Badamdar qəsəbəsi, Badamdar şossesi, 1-ci yaşayış massivi, 18 C ünvanında yerləşən 0.1058 ha sahədə götürüldüyündən X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.-ci maddəsinin tərkibi olmadığından X1 verdiyi şikayət təmin edilməli, 22 may 2023-cü il tarixli, MN ******* saylı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X4 və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğundan ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 8, 53, 76,84, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. 22 may 2023-cü il tarixli, MN ******* saylı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X4 və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. 22 may 2023-cü il tarixli, MN ******* saylı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X4 və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında qərarı əsasında X1 barəsində tətbiq edilmiş inzibati cərimə silinsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar