Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-290/2024 05.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X12 qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polisi İdarəsinin 41-ci PB-nin sahə inspektoru Nadir İsayevin iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polisi İdarəsinin 41-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polisi İdarəsinin 41-ci Polis Bölməsindən tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 05 fevral 2024-cü il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.1976-cı il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs xx.xx.2024-cü il tarixdə vətəndaş X2 azyaşlı oğlu X5 döymüşdür. Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan 05 fevral 2024-cü il tarixli MN seriyalı, ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, Şəxs barəsində tərtib edilmiş 05 fevral 2024-cü il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, vətəndaş X2 ərizəsi ilə əlaqədar toplanmış materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polisi İdarəsinin 41-ci PB-nin sahə inspektoru Nadir İsayev, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X6 işi ilə əlaqədar olaraq təxminən 1 ay olar ki, xx.xx.2023-cü il təvəllüdlü azyaşlı ekiz uşaqları X7 və X8 baxması üçün Şəxs dayə tutmuşdur. O, xx.xx.2024-cü il tarixdə mənzilin müşahidə kameralarına baxan zaman ona məlum olmuşdur ki, uşaqları ağladığı üçün Şəxs onların başına əli ilə vurub bir qolundan tutub götürərək onlra fiziki ağrı yetirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, əməlindən səmimi peşman olmuş, o 5 il olar ki, fasilələrlə dayəliklə məşğul olmuşdur. xx.xx.2023-cü ildən ünvan 3 ünvanında yaşayan X2 evində onun iki azyaşlı uşaqlarına dayəlik etmişdir. Sonuncu dəfə xx.xx.2024cü il tarixdə Afaqın evində olmuş və Afaq onu evdən çıxarmışdır. Buna səbəb isə Afaqın azyaşlı uşaqlarını vurmağı olmuşdur. Belə ki, 1 ay ərzində Afağın uşaqlarına baxmış və xx.xx.2024-cü il tarixdə gecə saatlarında gecə vaxtı Afaqın azyaşlı uşağı Aras ağladığı üçün o, əsəbləşmiş və özündən asılı olmayaraq əli ilə Arasın baş nahiyəsinə yavaşca vurmuşdur. Sualara cavab verən vətəndaş Şəxs bildirmişdir ki, Afaq Əhmədpaşayeva ondan uşaqlarını vurmasını soruşduqda ilkin olaraq o azyaşlı Arası vurduğunu boyun almamış, lakin görüntüdə bu öz əksini tapmışdır. O, bildirmişdir ki, həmin vaxt yəni xx.xx.2024-cü il tarixdə gecə vaxtı uşaq ağladığına görə yuxusuz olmağı ilə əlaqədar özündən asılı olmayaraq əsəbləşib Arası başından yavaşca vurmuş və onun bir qolundan götürüb çarpayıya qoymuşdur. O, həmin vaxt mənzilə müşahidə kamerası olduğunu bilmiş və etdiyi hərəkətdən peşman olaraq buna görə Ağaqdan üzr istəməyə razı olduğunu bildirmişdir. O, qeyd etmişdir ki, azyaşlını vurmuş, lakin xəsarət yetirməmiş və yalnız xx.xx.2024-cü ildə vurmuşdur. Bunların nəzərə alınıb iş üzrə ədalətli qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildi. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı təqdim edilmiş videogörüntüyə baxış keçirilərək müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19.54 dəqiqədə azyaşlı Aras Əhmədpaşayevin və xx.xx.2024-cü il tarixdə saat 00.30-da isə azyaşlı Ömər Əhmədpaşayevin baş nahiyələrinə əli ilə şillə vurmuş və bir qolundan tutub qucağına götürüb çarpayıya qoymuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X9” X15 MTE-nin xx.xx.2024-cü il tarixli 35-№-li Rəyin nəticə hissəsində qeyd edilmişdir ki, 2003-cü il tvəllüdlü, azyaşlı X3 məhkəmə-tibbi ekspertizasına əsasən, qərarın təsviri hissəsində hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara müvafiq aşağıdakı nəticəyə gəlinir: 1. Azyaşlı A.Z.Əhmədpaşayevin bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi. MTE-nin xx.xx.2024-cü il tarixli 36-№-li Rəyin nəticə hissəsində qeyd edilmişdir ki, 2003-cü il tvəllüdlü, azyaşlı X4 məhkəmə-tibbi ekspertizasına əsasən, qərarın təsviri hissəsində hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara müvafiq aşağıdakı nəticəyə gəlinir: Azyaşlı Ö.Z.Əhmədpaşayevin bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi. Aparılan araşdırma zamanı hadisə yerinə baxış keçirilmiş, fotoşəkillər çəkilmiş və bu barədə protokol tərtib olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.4-cü maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın yetkinlik yaşına çatmayanlara qarşı törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.4-cü maddəsinə əsasən Şəxs həmin hərəkətlərinin azyaşlı uşağa qarşı törədilmməsini onun hərəkətlərini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsdə saxlama müddətinin 05 fevral 2024-cü il tarixindən saat 12:00-dan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 40, 43, 48-51, 114.1.1, 115.1, 117, 128130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 05 fevral 2024-cü il tarix saat 12:00dan hesablansın. Qərarın icrasına nəzarət Bakı şəhər Baş Polis İdarəsinin X10 X1 tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-290/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-290/2024
05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver