Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2902/2025 05.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar qızı, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ tərəfindən tətbiq edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayətinə işin baxılmağa hazırlanması mərhələsində baxaraq, MÜƏYYƏNETDİ: X1 Rayon Məhkəməsinə şikayətlə müraciət edərək barəsində Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə inzibati inzibati tənbeh vermə haqqında qərarı və digər materialları araşdıraraq hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, inzibati xəta haqqında protokoldan görünür ki, iddia edilən xəta Bakı şəhəri M.Müşfiq ünvanında törədilmişdir. Bakı şəhəri M.Müşfiq ünvanı isə Yasamal rayonu ərazisində yerləşir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul olunur. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Bu səbəbdən də hazırki işə aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2025ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət və ona əlavə edilmiş materiallar baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Hakim: Afət Quliyeva
Məhkəmə qərarları › İş №3(009)-2902/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2902/2025
05.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver