Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2907/2020 26.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tomayev Deputat Süleyman oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Bakı şəhəri Səbail Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qılıc Hüseynovun, Barəsində inzibati protokol tərtib edilmiş şəxs X3 iştirakı ilə xx.xx.1972-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan, X3 Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Səbail Rayonu İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayonu İcra və Probasiya Şöbəsindən tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsinə əsasən X4 barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Səbail Rayonu İcra və Probasiya Şöbəsinin icra məmuru Qılıc Hüseynov inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləmiş və əlavə olaraq bildirmişdir ki, Səbail Rayon Məhkəməsinin 3(009)-1014/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 200 (iki yüz) saat müddətində ictimai işlər cəzası tətbiq edilən X7 qeydiyyatda olduğu- Səbail rayonu, Səbail RPİ A.Abbaszadə küçəsində və hökmdə onun yaşadığı göstərilən Səbail rayonu, 3-cü Buxta 12 saylı ünvanda yaşamadığı tərəfimizdən müəyyən edildi. Göstərdiklərini nəzərə alaraq X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 törətdiyi inzibati xətanı etiraf edərək bildirmişdir ki, barəsində tətbiq olunan inzibati protokolla razıdır, əməlindən peşmandır, yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 1 nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, borclu X4 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-2907/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədini icra etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsinə əsasən, İnzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi görə, ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmin Məcəllənin 32.1.1 maddələrinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən haldır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilib, ona inzibati həbs növündə inzibati tənbeh təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Qərarın icrasına nəzarət Azərbaycan Respublikası DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan X6 X2 tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №3(009)-2907/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2907/2020
26.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver