Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2914/2025 14.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Talıbova Fəridə Fərhad qızının katibliyi, Bakı şəhər DYPİ Yol patrul xidməti baş inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlama Mərkəzində saxlanılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri X6 İdarəsindən daxil olmuş 06 noyabr 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 02:50 radələrində «BMW X5 XDRİVE 40 İ minik» markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili sərxoş halda idarə etdiyi məlum olmuşdur. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhər DYPİ Yol patrul xidməti baş inspektoru X2 bildirmişdir ki, şəxs avtomobili etibarnamə təqdim etmədən idarə etmiş, rəhbərlik tərəfindən tapşırıq verilərək sürücü saxlanılmışdır. Saxlanılan zaman sürücü qanunun tələblərinə düzgün riayət etməmiş, sürücülük vəsiqəsini və sənədləri təqdim etməmiş, verilən sualları obyektiv cavablandırmamış, həmçinin barəsində narkotik vasitəsinin təsiri altında olma halı da aydınlaşdırılmağa çalışılmışdır. Daha sonra təklif olunmuşdur ki, şəxs sükan arxasından qaldıraraq hüquq mühafizə orqanlarının avtomobilinə yerləşdirilsin və müvafiq olaraq şəxsin barəsində inzibati xəta haqqında icraatın aparılmasına başlanılsın. Şəxs 9-cu bölmənin əməkdaşları tərəfindən Polis bölməsinə təhvil verilmişdir. Yoxlama zamanı sürücünün avtomobili idarə edərkən İXM-nin 327.1-ci maddəsinin tələblərini pozduğu üçün dayandırılmış, hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçirilmiş və nəticədə avtomobili narkoloji sərxoşluq halında idarə etməsi müəyyən edildiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sürücülük hüququ qanuna uyğun olaraq məhdudlaşdırılmalıdır. Sürücülük vəsiqəsi onlara təqdim olumamışdır. Xahişi odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq, şəxsin barəsində tədbir görülsün. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, pul dəyişdirmək üçün gəlmişdir, şəxsiyyət vəsiqəsi, sənədləri üzərində olmamışdır və geri qayıdıb sənədlərini evdən götürəcəkdi. Avtomobil özünün deyildi, dayısının adına idi və etibarnamə əsasında 4 saatlıq avtomobili götürmüşdür. Dayısı demişdir ki, bu sənədi polislər saxlayanda göstərərsən. Bütün mesajların telefonunda olduğunu bildirir. Hal-hazırda sürücülük vəsiqəsi üzərində deyil. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Səbail rayon DYPŞ Yol patrul xidməti inspektoru polis baş serjantı X3 tərəfindən tərtib edilmiş 06 noyabr 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 02:50 radələrində «BMW X5 XDRİVE 40 İ minik» markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili idarə edərkən İXM-nin 327.1-ci maddəsinin tələblərini pozduğu üçün dayandırılmış, hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçirilmiş və nəticədə avtomobili narkoloji sərxoşluq halında idarə etməsi müəyyən edildiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. 06 noyabr 2025-ci il tarixli, 1/11896 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, həmin tarixdə Şəxs müayinə olunmuş və onun narkotik vasitə hesab edilən marixuana qəbul etməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 nömrəli 27 iyun 2014-cü il tarixli qərarının 3.3-cü bəndinə əsasən narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 06 noyabr 2025-ci il tarixli, 1/11896 saylı akta əsasən marixuana narkotik vasitələrin siyahısına daxildir və müayinə nəticəsində Şəxs sözügedən narkotik vasitələrdən istifadə etməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə aktından və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinin tərkibi var və onun nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılsın. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-2914/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2914/2025
14.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver