Məhkəmə qərarları › İş №3(009)-2922/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2922/2025

02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2922/2025 02.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X8 qızının katibliyi, İnzibati xəta haqqında qərar qəbul etmiş orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər X10i İdarəsinin 12 sentyabr 2025-ci il tarixli, TP seriyalı ******* saylı qərarının ləğv edilməsinə X3 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X6 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər X10i İdarəsinin 12 sentyabr 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması və inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Şəhər X10 İdarəsinin xidməti ərazisində, Zərifə Əliyeva küçəsində (Zərifə Əliyeva, 82) dövlət qeydiyyat nişanı ** MR *** olan Toyota RAV4 markalı avtomobili idarə edərkən Bakı Şəhər DYPİ-nin Müşayiət Eskort bölüyünün inspektoru X2 tərəfindən saxlanılaraq nəqliyyat vasitəsini idarə edərkən telefondan istifadə etdiyimi guman etdiyini əsas gətirərək inzibati xəta törətdiyimi bildirmişdir. Həmin inspektora telefondan istifadə etmədiyimi, avtomobildə quraşdırılan xüsusi bluetooth sistemindən istifadə edərək danışdığımı bildirdiyimə baxmayaraq, qanunsuz olaraq barəsində İXM-in 342.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta üzrə işə baxılmanın yeri və tarixi barədə bildiriş məktubu mənə göndərilməmişdir. Barəmdə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı əldə etməyə çalışsam da (rəsmi qaydada YPİ-nə məktub göndərmişəm, cavabı hələ ki yoxdur), qərarı rəsmi olaraq hal-hazıradək mənə göndərilməmişdir. Qeyri rəsmi olaraq qərarın olduqca çətin oxunan nüsxəsini 31 oktyabr tarixində əldə etmişəm. İnzibati qərarın sürətini qeyri rəsmi olaraq 31 oktyabr 2025-ci il tarixdə götürdüyündən şikayət vermə müddəti tərəfimdən ötürülməmişdir.Bakı Şəhər DYPİ İXM-nin tələblərinə uyğun olaraq inzibati xəta haqqında işə baxarkən mənə məlumat verməli olduğu halda bunu etməmiş, bildiriş məktubunu belə göndərməmiş, bu azmış kimi inzibati xəta haqqında protokol tərtib edən şəxs tərəfindən inzibati xəta haqqında protokol tərtib edilən gün inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir ki, bu da İXM-in maddələrinin kobud surətdə pozulması və səlahiyyətli şəxsin vəzifəsindən sui-istifadə edilməsi ilə nəticələnmişdir. Beləliklə də Bakı Şəhər DYPİ-nin Müşayiət Eskort bölüyünün inspektoru X2 iştirakım olmadan qanunsuz və əsassız inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Bakı Şəhər DYPİ-nin Müşayiət Eskort bölüyünün inspektoru X2 nəinki İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrin normalarına riayət etməmiş, həmçinin inzibati xəta haqqında işə baxılarkən təmin olunmalı olan hüquqlarımı pozmuşdur. Bakı Şəhər X10 İdarəsinin barəsində qəbul etdiyi TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə qərarın ləğv olunmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X4 məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin nümayəndəsi Nümayəndə1 məhkəməyə videogörüntü təqdim edərək, barəsində inzibati tənbeh tətbiq edilən şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6cı maddəsinin tələblərini pozduğunu və bu səbəbdən şikayətin əsassız hesab olunaraq təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıraraq, təqdim edilmiş videogörüntüyə baxaraq və proses iştirakçılarını dinləyərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, 12 sentyabr 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X1 vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində 50 manat məbləğində cərimə edilmə tənbeh növü tətbiq edilmişdir. Məhkəməyə təqdim olunmuş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntüdən görünür ki, X1 vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etmişdir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinə əsasən Nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmmiyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında islər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə Müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, X6 “Toyato RAV4” markalı 77MR477 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 342.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Bu səbəbdən X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər X10i İdarəsinin 12 sentyabr 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər X10i İdarəsinin 12 sentyabr 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar