Məhkəmə qərarları › İş №3(009)-2941/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2941/2023

28.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2941/2023 28.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 41-ci polis bölməsinin sahə inspektoru X5, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Sucaət oğlunun iştirakları ilə xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, evli, ali təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Sucaət oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Bakı şəhəri Səbail Rayon Məhkəməsinə Şəxs Sucaət oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli MN seriyalı, ******* nömrəli, xx.xx.2023-cü il tarixli MN seriyalı, ******* nömrəli xx.xx.2023-cü il tarixli MN seriyalı, ******* nömrəli, xx.xx.2023-cü il tarixli MN seriyalı, ******* nömrəli, xx.xx.2023-cü il tarixli MN seriyalı, ******* nömrəli, xx.xx.2023-cü il tarixli MN seriyalı, ******* nömrəli, xx.xx.2023-cü il tarixli MN seriyalı, ******* nömrəli, xx.xx.2023-cü il tarixli MN seriyalı, ******* nömrəli , xx.xx.2023cü il tarixli MN seriyalı, ******* nömrəli və xx.xx.2023-cü il tarixli MN seriyalı, 1639092, xx.xx.2023-cü il tarixli MN seriyalı, ******* nömrəli, xx.xx.2023-cü il tarixli MN seriyalı, ******* nömrəli, xx.xx.2023-cü il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər sənədlər baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəyə daxil olmuş 3(009)-2942/2023, 3(009)-2943/2023, 3(009)-2944/2023, 3(009)-2945/2023, 3(009)-2946/2023, 3(009)-2947/2023, 3(009)-2948/2023, 3(009)- 2949/2023, 3(009)-2950/2023, 3(009)-2951/2023, 3(009)-2952/2023 və 3(009)-2953/2023 saylı inzibati xəta haqqında işlər bir icraatda birləşdirilərək 3(009)-2941/2023 nömrə altında baxılır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail RPİ-nin 41-ci polis bölməsinin sahə inspektoru X18 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəxs Sucaət oğlu X12 aldadaraq 30 manat pulunu mənimsəmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs Sucaət barəsində qanuni tədbirlər görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Sucaət oğlu törətdiyi inzibati xətanı etiraf edərək əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını göstərib iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 28 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Sucaət oğlu X12 aldadaraq 30 manat pulunu mənimsəməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X6 ərizəsindən görünür ki, o, Şəxs Sucaət oğluna qarşı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X14 ərizəsindən görünür ki, o, Şəxs Sucaət oğluna qarşı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X1 ərizəsindən görünür ki, Şəxs Sucaət oğlunun ziyanı tam ödədiyi üçün ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X7 ərizəsindən görünür ki, Şəxs Sucaət oğlunun ziyanı tam ödədiyi üçün ona qarşı şikayət və tələbi yoxdur və gələcək də də olmayacaq. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X4 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli teleqramdan görünür ki, onun müraciəti ilə bağlı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X19 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli teleqramdan görünür ki, onun müraciəti ilə bağlı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X8 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli teleqramdan görünür ki, onun müraciəti ilə bağlı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X9 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli teleqramdan görünür ki, onun müraciəti ilə bağlı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X10 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli teleqramdan görünür ki, onun müraciəti ilə bağlı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X21 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli teleqramdan görünür ki, onun müraciəti ilə bağlı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X2 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli teleqramdan görünür ki, onun müraciəti ilə bağlı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X15 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli teleqramdan görünür ki, onun müraciəti ilə bağlı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X3 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli teleqramdan görünür ki, onun müraciəti ilə bağlı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə görə bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.10-ci maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqdaMəhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs Sucaət oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53.1.10, 114-115, 128-130 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Sucaət oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Səmədova Günel

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar