Məhkəmə qərarları › İş №3(009)-2949/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2949/2025

26.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2949/2025 26.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Xansıvar qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli İXP7451658 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Səbail Rayon Dövlət X2 nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 62.4 və 112.1.4-cü maddələrində işə protokol tərtib etmiş orqanın nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, o, B kateqoriyalı sürücülük vəsiqəsinə malikdir. xx.xx.2025-ci il tarixdə saat 20:13 radələrində city car avtomobil şirkətindən “Changan UNİ-V Plugin Hibrid” markalı **-YH-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdür. Həmin avtomobil ilə online qaydada sənədləşmə edərək həmin tarixdə saat 20:55 radələrində Səbail rayonu Neftçilər prospekti ilə Dəniz vağzalı istiqamətində sağ zolaq ilə saatda təxmini 50 km/saat sürət ilə hərəkətdə olan zaman qarşısında maşınların sürəti aşağı saldığını görmüşdür. Sol güzgüyə baxıb sola çıxmaq istəmiş, amma qarşısındakı “Nissan X-Trail” markalı, **-DG-*** dövlət nişanlı avtomobil yolun hərəkət hissəsində saxladığından bu zaman qarşısındakı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur və zərbənin təsirindən həmin avtomobil də qarşısındakı digər avtmobillərlə toqquşmuşdur. Həmin vaxt qarşıdakı avtomobilin sürücüsü və sərnişinləri ona təzyiq etməyə başlamışlar. O isə öz növbəsində bilərəkdən etmədiyini bildirmiş və səhhətləri ilə maraqlanmışdır. Heç kimin xəsarət almadığını gördükdən sonra sığorta şirkəti ilə əlaqə saxlamışdır. Yol Polis əməkdaşı yaxınlaşaraq hadisəni öyrənmiş və onları idarəyə çağırmışdır. Hadisə baş verən zaman sol yan güzgüyə baxdığı üçün təhlükəni hiss etməmiş, bu səbəbdən qarşısını ala bilməmşdir. Göstərilən halları nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi təhqiqat zamanı verdiyi etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, tibbi rəy və digər iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli İXP7451658 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs “Changan UNİ-V Plugin Hibrid” markalı **- YH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkət qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 sağlamlığına yüngül bədən xəsarəti vurmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1-Təcrübi və Tədris Birliyinin xx.xx.2025-ci il tarixli, 471 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər başın sol gicgah- təpə nahiyəsinin lövhəvari hematoması bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 04.09:2025-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində sürücü qismində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1-Təcrübi və Tədris Birliyinin xx.xx.2025-ci il tarixli, 470 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlər - baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə beyin travması, eləcə də başın ənsə nahiyəsinin lövhəvari hematomas bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində sərnişin qismində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddəti pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürüc Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. İş materiallarında olan Şəxs təhqiqat zamanı verdiyi izahatından görünür ki, o, B kateqoriyalı sürücülük vəsiqəsinə malikdir. xx.xx.2025-ci il tarixdə saat 20:13 radələrində city car avtomobil şirkətindən “Changan UNİ-V Plugin Hibrid” markalı **-YH-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdür. Həmin avtomobil ilə online qaydada sənədləşmə edərək həmin tarixdə saat 20:55 radələrində Səbail rayonu Neftçilər prospekti ilə Dəniz vağzalı istiqamətində sağ zolaq ilə saatda təxmini 50 km/saat sürət ilə hərəkətdə olan zaman qarşısında maşınların sürəti aşağı saldığını görmüşdür. Sol güzgüyə baxıb sola çıxmaq istəmiş, amma qarşısındakı “Nissan X-Trail” markalı, **-DG-*** dövlət nişanlı avtomobil yolun hərəkət hissəsində saxladığından bu zaman qarşısındakı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur və zərbənin təsirindən həmin avtomobil də qarşısındakı digər avtmobillərlə toqquşmuşdur. Həmin vaxt qarşıdakı avtomobilin sürücüsü və sərnişinləri ona təzyiq etməyə başlamışlar. O isə öz növbəsində bilərəkdən etmədiyini bildirmiş və səhhətləri ilə maraqlanmışdır. Heç kimin xəsarət almadığını gördükdən sonra sığorta şirkəti ilə əlaqə saxlamışdır. Yol Polis əməkdaşı yaxınlaşaraq hadisəni öyrənmiş və onları idarəyə çağırmışdır. Hadisə baş verən zaman sol yan güzgüyə baxdığı üçün təhlükəni hiss etməmiş, bu səbəbdən qarşısını ala bilməmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə görə yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Afət Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar