Məhkəmə qərarları › İş №3(009)-295/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-295/2023

28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-295/2023 28.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X8 qızının katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs (borclu) X5, Səbail Rayon İcra Şöbəsinin nümayəndəsi Vasif Həsənli, zərərçəkmiş şəxs (tələbkar) X2 iştirakları ilə, X7 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Səbail Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Ağdam Rayon Məhkəməsinin 2(013)-2750/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbi icra etməyən X5 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. 28 fevral 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol onunla əsaslandırmışdır ki, Ağdam Rayon Məhkəməsinin 2(012)-2750/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu X3 3720 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə icraata qəbul edilmişdir. Borclunun ünvanına xəbərdarlıq məktubu çağırılaraq şöbəyə dəvət edilmiş, lakin o, bu çağırışlara məhəl qoymamışdır. İcra sənədi icra edilməsi üçün EMF sistemindən alınan məlumata əsasən borclununiş yerinə göndərilmişdir, lakin həmin müəssisələrdə iş yerindən azad olduğu məlum olmamışdır. Bu səbəbdən borclu barəsində məcburi gətirilmə haqqında təqdimatla məhkəməyə müraciət edilmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən təqdimat təmin olunmuş və icra edilməsi üçün Səbail RPİ-nə göndərilmişdir. Borclu xx.xx.2023-cü il tarixli izahatında iş fəaliyyəti ilə məşğul üçün ödəniş edə bilmədiyini, hazıradək 130 manat ödəniş etdiyini, tam ödəniş edə bilməyəcəyini, yalnızca hissə-hissə şəkildə ödəyə biləcəyini bildirmişdir. borclu X1 Rayon Məhkəməsinin 2(013)-2750/2021 saylı, xx.xx.2021ci il tarixli icra sənədi üzrə tam ödəniş edilməmişdir. Nəticədə, X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Səbail Rayon İcra Şöbəsinin səlahiyyətli nümayəndəsi Vasif Həsənli borclu X7 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs (borclu) X7 izahatında bildirmişdir ki, məhkəmə qərarından xəbərdardır, iş fəaliyyəti ilə məşğul olmadığı üçün borcu ödəyə bilmədiyini, lakin hazıradək tələbkara 130 manat ödəniş etdiyini, sonuncu ödənişi 28 fevral 2023-cü il tarixdə etdiyini, tam ödəniş edə bilməyəcəyini, yalnız hissə-hissə ödəyə biləcəyini üzərinə öhdəlik olaraq götürərək, bunların nəzərə alınıb iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) X6 borclu X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. İş materialına əlavə olunan izahatdan görünür ki, X7 zərərçəkmiş şəxs (tələbkar) X4 130 manat ödəniş etdiyini, tam ödəniş edə bilməyəcəyini, borcun əmək haqqına yönəldildiyini bildirərək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və tərəfləri dinləyərək belə nəticəyə gəlir ki, X5 barəsində olan iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materillarında olan Səbail Rayon İcra Şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 01 fevral 2023-cü il tarixli təklifdən görünür ki, borc məbləği X5 əmək haqqına yönəldilmişdir. 28 fevral 2023-cü il ödəniş qəbzindən görünür ki, 50 AZN bəmləğində vəsait borclu X7 tərəfindən tələbkar X4 ödənilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, X5 əməlində inzibati xəta tərkibi olmadığından, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 105, 114 və 115-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar