Məhkəmə qərarları › İş №3(009)-2959/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2959/2025

02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2959/2025 02.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X4 qızının katibliyi ilə, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X1 və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 20 oktyabr 2025-ci il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 20 oktyabr 2025-ci il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması barədə X1 şikayəti məhkəməyə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsilə tərtib olunan 20 oktyabr 2025-ci il tarixli AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunvericilik baxımından qanuna ziddir. Belə ki, o, 19 otyabr 2025-ci il tarixində **-QT-*** nəqliyyat vasitəsini Üzeyir Hacıbəyli küçəsində saxlamışdır. Növbəti gün artıq həftənin 1-ci gününə keçən zaman 20 oktyabr 2025-ci il tarixində səhər saat 07:43 rdələrinə SMS radar proqramından mənə cərimə olunduğum barədə sms bildirişi daxil olmuşdur. X2 Qanunun 3.0.10-cu maddəsinin tələbinə əsasən (telefon vasitəsilə) AYNA-nın ALO 141 xidmətinə xx.xx.2025-ci il tarixində müraciət etmişdir, müraciətə İD nömrə verilərək, qeydə alınmışdır, qeyd olunan məsələ ilə bağlı, barəmdə tərtib olunan qərarın ləğv edilməsi üçün, ilk öncə AYNA-ya etdiyi müraciətinə cavab olaraq AYNA-dan imtina cavabı, cavab telefon vasitəsilə zəng olunaraq ona verildiyindən sonra məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bu səbəbdən məhkəməyə yazdığı şikayətinin müddətinin üzürlü səbəb kimi qəbul olunmasını və müraciət müddətinin bərpa olunmasını xahiş edir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsini nəzərə alaraq, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 20 oktyabr 2025-ci il tarixli AYN ******* qərarını ləğv edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi Nümayəndə şikayət əsassız olduğundan təmin edilməməsini və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 20 oktyabr 2025-ci il, tarixli AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X3, şikayətin təmin olunmasını, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, şikayət ərizəsini, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 20 oktyabr 2025-ci il, tarixli AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 20 oktyabr 2025-ci il il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, BYD Destroyer 05 Plug-İn hibrid minik markalı **-QT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarəçisi X3, Üzeyir Hacıbəyli küçəsi ünvanında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346- 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində 20 manat məbləğində cərimə tədbiq edilmişdir. İş materiallarında olan şəkillərdən görünür ki, BYD Destroyer 05 Plug-İn hibrid minik markalı **-QT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlandığı yerdə xətlənmə işarələri aparılmamış eyni zamanda nəqliyyat vasitələrinin duracaq yeri üçün ayrılmış meydança nişanının (5.15 nişanı) mövcudluğu yaxınlıqda öz əksini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə iyirmi manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İş üçün əhəmiyyət kəsb edən halların inzibati tənbeh vermə haqqında qərarda göstərilməməsi belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən inzibati orqan tərəfindən heç bir sübuta istinad edilməmiş, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən əsassız olaraq onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, şəxsin inzibati xəta törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İşin araşdırmalarından məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X1 şikayəti təmin edilməli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri X6 İdarəsinin 20 oktyabr 2025-ci il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X1 şikayəti təmin edilsin. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 20 oktyabr 2025-ci il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar