Məhkəmə qərarları › İş №3(009)-2972/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2972/2020

27.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2972/2020 27.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əliyeva Aygün Həsən qızının katibliyi, Səbail RPİ-nin 39-cu Polis bölməsinin sahə inspektoru polis mayoru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx xxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 39-cu PB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 39-cu PB tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Səbail RPİ-nin 39-cu Polis bölməsinin sahə inspektoru polis mayoru X6 protokolu müdafiə edərək izahatında bildirdi ki, Səbail RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X7 cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı əsasında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, protokolda qeyd edilənləri qəbul etmir, o, Azərpoçtun 1 saylı şəbəkəsində mühafizəçi vəzifəsində işləyir, xidmət etdiyi yer bir nömrəli strateji obyekt hesab olunur və orada hər hansı çəkiliş aparmağ icazə verilmir və bu barədə obyektin qapısında məlumat xarakterli lövhələr asılmışdır. xx.xx.2020ci il tarixdə Nəzakət xanım Azərpoçtun 1 saylı şəbəkəsinə maliyyə xidmətləri ilə bağlı yaxınlaşmışdır. Həmin vaxt, o, orada xidmətdə olmuşdur, xanım orda olarkən işçilərdən bir nəfər xanımın çəkiliş apardığını bildirmiş, o isə öz növbəsində xanıma yaxınlaşaraq çəkilişi dayandırmasını və çəkilən videonu silməsini bildirmişdir. Nəzakət xanım özü həmin videonu silmiş və daha sonra ona bildirmişdir ki, əməliyyat apararkən işçilərdən bir nəfər ona gülmüş və ona görə çəkiliş etmişdir. Daha sonra xanım şöbə rəisinin müavininə yaxınlaraqaq problemi izah etmiş, təkliflər və şikayətlər kitabına öz qeydlərini aparmış və oradan ayrılmışdır. Bir neçə gün sonra o, Nəzakət İsmayılovanın şikayəti əsasında 39-cu Polis Bölməsinə dəvət olunmuş, o, hadisə barədə izahatını verərək, həmin gün obyektin təhlükəsizlik kamerası vasitəsilə çəkilmiş görüntüləri təqdim etmişdir. Həmin görüntülərdə də onun tərəfindən Nəzakət İsmayılovaya qarşı hər hansı zorakılıq edilmədiyi aydın əks olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, o, Azərpoçtun 1 saylı şəbəkəsinə maliyyə xidmətləri ilə bağlı yaxınlaşmışdır. 2-3 il olar ki, o həmin poçtdan məktubların göndərilməsi, pul vəsaitlərinin alınması məqsədilə gedirdi. Hadisə baş verən gün o, məktub göndərməyə və onun adına gəlmiş pul vəsaitini almaq üçün həmin poçt şöbəsinə yaxınlaşmış, adı, ata adını deyərkən oradakı işçilər onu ələ salmış və aralarında gülüşmüşlər. O həmin şəxslərə, daha sonra isə bununla əlaqədar olaraq şöbə müdirinin müavini Fatimə Həsənovaya yaxınlaraq öz etirazını və narazılığını bildirmişdir. Bundan əlavə, o, təklif və şikayətlər kitabında öz şikayətini qeyd etmişdir. Həmin vaxt orada mühafizəçi işləyən Şəxs, adı sonradan ona məlum olan maliyyə şöbəsinin əməliyyatçısı Nigar ona qarşı kobudluq etmiş, onu təhqir etmiş və hədə-qorxu gəlmişlər. Şöbə müdirinin müavini Fatimə Həsənova onların bu hərəkətlərinə reaksiya vermədiyindən, o, narazı qalaraq rəisə bu barədə bildirəcəyini demiş, orada olan digər mühafizəçi rəisin növbəti gün işdə olacağını bildirdiyindən, o, növbəti gün gəlmək məqsədilə oradan ayrılmışdır. Azərpoçtun 1 saylı şöbəsindən çıxdıqdan sonra daha öncə həmin şöbənin qarşısında gördüyü bir nəfər saqqallı şəxs tərəfindən izləndiyini görmüş və yolda olan polislərə yaxınlaşaraq ona kömək etməklərini xahiş etmişdir, onlar isə mühafizə polisi olduqlarını və bununla bağlı heç nə edə bilməyəcəklərini bildirərək ona yaxınliqda yerləşən 39-cu PB-yə müraciət etməyini tövsiyyə etmişlər. O 39-cu PB-nə gedərkən yolda Sahil metrosu yaxınlığında bir nəfər şəxsin arxadan onu vurması nəticəsində yıxılmış, nəticədə ayağı qanayaraq zədələnmişdir. Üzünü görə bilməsə də, həmin şəxsin Azərpoçtun 1 saylı şöbəsindən çıxdığından bəri onu izləyən şəxs olduğunu hesab edir, baş vermiş hadisə ilə bağlı olaraq həmin şəxsin Şəxs sifarişi ilə ona hücüm etdiyini güman edir. Ona görə də, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsindəAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi iləolan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs, xx xxxxxxxx 2020-ci il tarixdə, vətəndaş X2 ölümlə hədələmiş və itələmiş, nəticədə Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Səbail RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X7 cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, xx.xx.2020-ci il tarixdə X2 itələyərək ona dərəcəsi təyin edilməyən xəsarət yetirmiş adı istintaqa məlum olmayan şəxsin tapılması və onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati təsir tədbirinin görülməsi üçün ilə Səbail RPİ-nin 39-cu Polis bölməsinə göndərilməsi qərara alınmışdır. Qeyd edilməlidir ki, protokol tərtib etmiş şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə X2 itələyərək ona dərəcəsi təyin edilməyən xəsarət yetirmiş adı istintaqa məlum olmayan şəxsin Şəxs olmasına dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bundan əlavə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs məhkəmədə verdiyi izahatı ilə yanaşı, məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, zərərçəkmiş şəxsə xəsarət Şəxs tərəfindən yetirilməmişdir. Bu hal zərərçəkmiş şəxsin öz izahatı ilə də təsdiq olunur. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinəəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddüalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan obyektiv cəhət yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 və 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar