Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-3/2021 18.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin nümayəndəsi protokol tərtib etmiş şəxsin nümayəndəsi X3 iştirakı ilə, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və X4 Həmkarlar İttifaqının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və X4 Həmkarlar İttifaqının Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(009)-1477/2020 saylı qərarı ilə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və X4 Həmkarlar İttifaqı Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və X4 Həmkarlar İttifaqı apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(103)-1650/2020 saylı qərarı ilə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və X4 Həmkarlar İttifaqının apelyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(009)- 1477/2020 saylı qərarı ləğv edilmiş və iş yenidən baxılması Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılmışdır. Səbail RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək X1 mülkiyyətində (istifadəsində) olan “Hyundai Genesis minik” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və X4 Həmkarlar İttifaqı barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin nümayəndəsi X5 protokola etiraz edərək göstərmişdir ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və X4 Həmkarlar İttifaqının həm hüquqi, həm də faktiki ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Droqal döngəsi, məhəllə 702-dir. Səbail RPİ-nin DYPŞ-si tərəfindən sorğular ünvan 2 mənzil 420 ünvanına göndərilmişdir. Qeyd olunan sorğu onların ünvanına daxil olmamışdır. Bu səbəbdən də sorğunun cavablandırılması mümkün olmamışdır. İcraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və X4 Həmkarlar İttifaqının Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilmir. Belə ki, iş materiallarında olan Səbail RPİ-nin Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və X4 Həmkarlar İttifaqına ünvanladığı sorğunun DİN-nin DYPİ-nin portalının çıxarışından görünür ki, cəmiyyətə onun mülkiyyətində (istifadəsində) olan “Hyundai Genesis minik” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən xx.xx.2020-ci il tarixdə saat 11:47-də Üzeyir Hacıbəyov küçəsi ilə K.Səfərəliyeva küçəsininkəsişməsində yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etmədiyindən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə məlumat verilməklə, qeyd edilən inzibati xətanı törətmiş sürücü barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbir görülməsi məqsədilə 5 gün müddətində Səbail RPİ-yə məlumat verilməsi ondan tələb edilmiş və göstərilən müddət ərzində məlumat verilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Belə ki, iş materiallarında olan Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və X4 Həmkarlar İttifaqının hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Droqal döngəsi, məhəllə 702-dir. Lakin iş materiallarına əlavə edilmiş Səbail RPİ-nin DYPŞ-nin sorğusu ünvan 4 mənzil 420 ünvanına göndərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və X4 Həmkarlar İttifaqının hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Droqal döngəsi, məhəllə 702 olduğu halda, sorğu ünvan 4 mənzil 420 ünvanına göndərilmişdir. Bu səbəbdən də hüquqi şəxsin bu barədə məlumatı olmadığı halda sorğunun cavablandırılması mümkün olmamışdır. Azərbaycan Respublikası İXM-nin 57.3-cü maddəsinə əsasən sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Lakin Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və X4 Həmkarlar İttifaqının mülkiyyətində (istifadəsində) olan avtomobili idarə etmiş fiziki şəxs haqqında məlumat əldə olunması üçün müvafiq sorğunun təqdim edilməsini (çatdırılmasını) təsdiq edən sübutlar biribiri ilə ziddiyət təşkil etməklə natamamdır. Beləliklə də, Azərbaycan Respublikası İXM-nin 347ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübut edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinəəsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və X4 Həmkarlar İttifaqının barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114-115, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və X4 Həmkarlar İttifaqının barəsində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-3/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-3/2021
18.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver