Məhkəmə qərarları › İş №3(009)-3/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-3/2023

15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-3/2023 15.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X4 qızının katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X3 və protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 02 sentyabr 2022-ci il tarixli EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Səbail Rayon məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 02 sentyabr 2022-ci il tarixli 00100-1786/22, EP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Hindistanın “Uniwood Products” şirkətindən 49E27910/49E28010 nömrə nişanlı yük avtomaşınının üzərində olan FCİU ******* nömrəli konteynerdə 037/2022 nömrəli 27 mart 2022-ci il tarixli invovs sənədi ilə daxil olmuş mallar Bakı Baş Gömrük İdarəsində **********9279 sorğu nömrəli 28 aprel 2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair təqdim edilmiş mal-müsaviət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİFMN üzrə ********** kod altında “5” % gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XİFMN üzrə hansı kod altında sinifləsdirildiyinin müəyyən edilməsi məqsədi ilə X1 İdarəsinə 1400-012/0xx-xx/002651 nömrəli 28 aprel 2022-ci il tarixli məktubla müraciət olunmuşdur. Nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxsin nümayəndəsi X5, protokolu müdafiə edərək Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X3, hüquqi şəxs Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından, onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Kamran Dünyamalıyev ifadəsində bildirmişdir ki, məhkəmə qərardadı ilə ekspert qarşısında qoyulmuş suala uyğun olaraq, aparılmış tədqiqat nəticəsində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş çoxqatlı parket döşəmələrinin “4418 75 000 0” koda uyğunluğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X1 İdarəsinin Texnoloji və mexaniki avadanlıqların ekspertizası şöbəsinin eksperti X7 ifadəsində bildirmişdir ki, "xxxx" MMC-nin ünvanına 037/2022 nömrəli invoys üzrə idxal olunan yükdən təqdim olunmuş nümunələr XİF MN-ə görə həmin invoysun 1-8-ci mövqeyləri üzrə 4412 34 000 0 kodu altında sinifləşdirilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, ekspertiza rəylərini tədqiq edərək və iş üzrə digər mühüm əhəmiyyət kəsb edən materialları araşdıraraq hesab edir ki, Şəxs MMC barəsində tərtib edilmiş protokol üzrə işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin Gömrük Prosedurları və Ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Hindistan Respublikasından Bakı şəhəri Nəsimi Rayonu, Həzi Aslanov, ev 115, mənzil 7də yerləşən Şəxs MMC-nin ünvanına 49E27910/49E28010 nömrəli avtomaşınla, 037/2022 saylı xx.xx.2022-ci il tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********9279 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannamədə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə ********** saylı kod altında 5%-li gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X1 İdarəsinə müraciət olunmuş, həmin İdarədən 2200-012/0xx-xx/002562 saylı xx.xx.2022-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən 037/2022 saylı xx.xx.2022-ci il tarixli invoysun bütün mal mövqeyi üzrə 15% gömrük rüsumuna cəlb edilməli olduğu məlum olmuşdur. Beləliklə, **********9279 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsində yüklərin, nömrəli 037/2022 xx.xx.2022-ci il tarixli invoysun bütün mal mövqeyi ********** XİF MN kodu altında sinifləşdirildiyi təqdirdə Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği idxal gömrük rüsumu üzrə 8544.93 AZN, ədv üzrə 1538.08 AZN təşkil edir. X1 İdarəsinin 17 sentyabr 2020-ci il tarixli 1000/192 nömrəli sərəncam ilə təsdiq edilmiş ekspert rəyinə əsasən ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəvvən olunmuşdur ki, "xxxx" MMC-nin ünvanına 037/2022 nömrəli xx.xx.2022-ci il tarixli invoys üzrə idxal olunan yükdən təqdim olunmuş nümunələr XİF MNə görə aşağıdakı kimi sinifləsdirilir: 037/2022 nömrəli invoysun 1-ci mövqeyi üzrə “Laurel A/B 1210x120x14/2mm” adlı sellüloza (CAS 9004-34-6) əsaslı, eni 120 mm, qalınlığı 14 mm, üst qatı 2 mm olan fanerlənmiş panel 4412 34 000 0, 2-ci mövqeyi üzrə “Laurel A/B 1210x150x14/2mm” adlı sellüloza (CAS 9004-34-6) əsaslı, eni 150 mm, qalınlığı 14 mm, üst qatı 1 mm olan fanerlənmiş panel 4412 34 000 0, 3-4-cü mövqeyi üzrə “Rosewood A/B 1210x120x14/2mm” və “Rosewood A/B 1210x150x14/2mm” adlı sellüloza (CAS 9004-34-6) əsaslı, eni 120 mm və 150 mm, qalınlığı 14 mm, üst qatı 1.2 mm olan fanerlənmiş panellər, 4412 34 000 0, 5-ci mövqeyi üzrə “Teak A/B 1210x120x14/2mm” adlı sellüloza (CAS 9004- 34-6) əsaslı, eni 120 mm, qalınlığı 14 mm, üst qatı 1.8 mm olan fanerlənmiş panel 4412 34 000 0, 6-cı mövqeyi üzrə “Teak A/B 1210x150x14/2mm” adlı sellüloza (CAS 9004- 34-6) əsaslı, eni 150 mm, qalınlığı 14 mm, üst qatı 2 mm olan fanerlənmiş panel 4412 34 000 0, 7-ci mövqeyi üzrə “Sapele A/B 1210x120x14/2mm” adlı sellüloza (CAS 9004-34-6) əsaslı, eni 120 mm, qalınlığı 14 mm, üst qatı 1.7 mm olan fanerlənmiş panel 4412 34 000 0, 8-ci mövqeyi üzrə “Sapele A/B 1210x150x14/2mm” adlı sellüloza (CAS 9004-34-6) əsaslı, eni 150 mm, qalınlığı 14 mm, üst qatı 2 mm olan fanerlənmiş panel 4412 34 000 0. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2023-cü il tarixli 9/7544 saylı ekspert rəyindən görünür ki, qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş çoxqatlı parket döşəmələrinin “4418 75 000 0” koda uyğunluğu müəyyən edilir. Göründüyü kimi, Şəxs MMC tərəfindən 037/2022 nömrəli xx.xx.2022-ci il tarixli invoys üzrə daxil olmuş yüklərə dair kodlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə uyğun olaraq düzgün verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 105, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanılmış icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar