Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-3000/2020 17.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X1 iştirakı ilə, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X5 xx xxxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər BPİ DYPİ-nin xx xxxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandılrmışdır ki, xx.xx.2020-ci il tarixində ona məxsus "VAZ-2124" markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən YPX əməkdaşları tərəfindən saat 20.30 radələrində evə qedən zaman onu məhəllə arasi qaranlıq küçədə qizli xidmət aparan YPX inspektor Salahov Lətif əsassız olaraq saxlamış və ona qayda pozduğunu bildirmi.dir. Onun sualına “Siz burada neynirsiz və niyə gizli xidmət aparırsıs garanniq küçədə,kamera nəzarəti altinda olmayan yerdə və YPX 474 nömrəli avtomaşını niyə gizlədirşiz” sualına inspektor ona gedin şikayət edin cavabını vermişdir. O, qayda pozuntusunu hec bir sübut edən video təgdim etmədən protokol tərtib etdi və ona icazə vermirdi ki, o, həmin protokolda öz etirazını bildirsin. İnspektor kobud şəkildə bu elektron protokoldur, orada etiraz edə bilməzsən demişdir. Baki şəhəri DYP hər şey başa salar, video təgdim edəcəklər orada. Bakı şəhəri DYPİ YPX-nin inspektoru kiçik polis serjantı X4 tərəfindən barəsində qərəzli olaraq İXM-nin 327.2-ci maddəsi ilə İXP ******* nömrəli protokol tərtib edilmişdir. O, həmin ayın 16-da yaxinlaşmış Baki şəhər DYP 108-ci otağına, ancaq orada ona onun qayda pozuntusu barədə video təgdim olunmadi, dedilər həmin yerdə kamera yoxdur və rəsmi şikayət etmək hüququ vardır. Həmin protokoldan aidiyyəti üzrə DİN-nə şikayət etmiş, lakin şikayətdə göstərdiyi xüsusatlar araşdırılmadan qərəzli olaraq onun barəsində İXM-nin 327.2-ci maddəsi ilə xx.xx.2020-ci il tarixdə ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məlumat üçün bildirir ki, xx.xx.2020-ci il tarixli, ******* nömrəli qərarı hələ ona təqdim edilməmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, ******* nömrəli qərar əsassız və qərəzli olduğundan ləğv edilməlidir. Həmçinin qeyd edilən qərar Azərbaycan Respublikası İXM nin 327.2-ci maddəsi ilə qəbul edilsə də, işə baxılarkən iştirakı təm edilməmiş, qərarda hansı halların və necə müəyyən edilməsi göstərilməmişdir. Göstərilənləri nəzərə alaraq barəsində tərtib edilmiş xx.xx.2019-cu il tarixli ******* saylı qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitaı verilməsini, xidməti vəzifələrindən süi istifadə edərək öz vəzifə borclarını layiqincə yerinə yetirməyən və hüquqlarını kobud şəkildə pozaraq onunla kobud rəftar edən Bakı şəhər DYPİ YPX-nin inspektoru kiçik polis serjantı X2 barəsində xüsusi qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayətini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhər Baş Polis İdarəsi Dövlət X8 lazmı qaydada məlumat verilsə də, Bakı şəhər Baş Polis İdarəsi Dövlət X5 nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbəri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Bakı şəhər Baş Polis İdarəsi Dövlət X5 nümayəndəsinin iştirakı olmadan baxılmasını mükün hesab edir. Məhkəmə barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsi Dövlət X5 xx xxxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş baxılması üçün yenidən Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X8 göndərilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 xx xxxxxxx 2020-ci il tarixdə, saat 20:31-də “Giriş qadağandır” yol nişanlarının tələblərini pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X1 barəsində xx xxxxxxx 2020-ci il tarixdə, saat 20:31-də idarə etdiyi “VAZ21214 minik” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Giriş qadağandır” yol nişanının tələbini pozması ilə bağlı YPX inspektoru tərəfindən xx xxxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. X3 həmin vaxt inzibati xəta hadisənin mövcudluğu ilə razılaşmadığı üçün inspektor tərəfindən yerində qərar qəbul edilməmiş və iş baxılması üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.4-cü maddəsinin tələbinə əsasən Bakı şəhəri BPİ-nin DYPİ-nə göndərilmişdir. Bakı şəhəri BPİ-nin DYPİ-nin xx xxxxxxx 2020-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarı ilə X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, X3 barəsində Bakı şəhər BPİ DYPİ-də aparılan inzibati iş üzrə icraat zamanı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, inzibati xəta haqqında protokol tərtib edilərkən iş üçün əhəmiyyət kəsb edən hallar inzibati xəta haqqında protokolda göstərilməmişdir. Bundan əlavə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi, inzibati xəta haqqında protokolda işin baxılma yeri, hər-hansı texniki vasitədən istifadə edilibedilməməsi barədə qeyd aparılmaması, eləcə də inzibati xəta haqqında protokol əsasında qərar qəbul edilərkən şikayətçi X1 iştirakının təmin edilib-edilməməsi iş materialları ilə sübuta yetirilmədiyindən belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Halbuki, şikayətçi şikayətində məhz bu hallara istinad edərək ona protokolda qeyd aparması ilə bağlı şəraitin yaradılmamasından, inzibati xəta haqqında protokol əsasında qərar qəbul edilərkən onun iştirakının təmin edilməməsindən, həmçinin barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı əldə edə bilməməsindən, qərarda hansı halların və necə müəyyən edilməsinin göstərilməsindən şikayətçi olduğunu bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhər BPİ DYPİ-nin xx xxxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən yuxarıda qeyd edilən halların tam araşdırılmaması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - altmış manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər BPİ DYPİnin xx xxxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı şəhər BPİ DYPİ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Bakı şəhər Baş Polis İdarəsi Dövlət X5 xx xxxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X8 göndərilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-3000/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-3000/2020
17.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver