Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-3017/2020 12.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ İş № 3(009)-3017/2020 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakiminin İnzibati xəta haqqında iş üzrə Q Ə R A R İ xx xxxxxx 2020-ci il Bakı şəhəri Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Şikayət vermiş şəxs X2, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair X2 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X4 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X4 “xxxx” MMC-də mehmanxana meneceri vəzifəsində çalışır. xx.xx.2020-ci il tarixdə Qaradağ rayonunda yerləşən Montenegro İNN otelinə monitorinq baxış məqsədi ilə yoxlama gəlmişdir. Yoxlama Azərbaycan Gida Təhlükəsizlik Agentilyi, Səhiyyə Nazirliyi, Dövlət Turizm Aqentliyi və yerli İcra orqanının nümayəndəsi tərəfindən həyata keçirilirdi. Pandemiya ilə əlaqədar otel bir neçə aydır ki, fəaliyyət göstərmirdi və yoxlama elə bü ərəfəyə təsadüf etmişdir. Bu halı monitoring keçirən nümayəndələri bildirmişdir. Həmçinin bu faktı, son altı ayın Mehmanxana və mehmanxana tipli müəssisələrin fəaliyyəti haqqında aylıq rəsmi statistika hesabatı təstiq edir. Lakin buna baxmayaraq, otelin çalışan işci heyyəti tibbi maskadan və spirtdən daima istifadə edirlər. Hətta bu halı yoxlama aparan nümayəndələr belə təstiq edə bilərlər. İlk növbədə otelin ərazisində yerləşən yemekxanaya baxış keçirilmişdir, daha sonra isə oteldə. Yoxlama zamanı otel tərəfindən Covid 19 infeksiyasına qarşı görülmüş işlərə baxış keçirildi və bəzi çatışmazlıqların olduğu bildirildi. Lakin həmin vaxt bununla bağlı hec bir rəsmi sənəd və ya protokol tərtib edilmədi. Şifahi olaraq bildirildi ki, hazırda oteldə qonaq yoxdur və “email” vasitəsi ilə hansı profilaktik işlərin görülməsi haqqında məlumat və həmçinin yapışdırmalı stikerlərin (lövhələrin) nümunələri göndəriləcəkdir. Yoxlama aparan şəxslər bildirdilər ki, təlimatlar “email” vasitəsi ilə göndəriləndən sonra bir neçə gün ərzində yerinə yetirilməlidir, yəni nöqsanlar aradan qaldırılmalıdır əks halda isə cərimə olunacağı barədə məlumatladırıldı.Lakin monitorinqdən bir neçə gün keçməsinə baxmayaraq, “email”nə heç bir göndərilmədi. Bu səbəbdən Dövlət Turizm Agentliyi ilə əlaqə saxladım, həmin sənədlərin göndərilmədiyini və tez bir zamanda göndərilməsini xahiş etdi. xx.xx.2020-ci il tarixdə Dövlət Turizm Agentliyi tərəfindən “emaif’nə görüləcək işlər barədə təlimat və həmçinin (lövhələrin) nümunələri göndərildi. xx.xx.2020-ci il tarixdə təlimatda göstərilən ləvazimatları aldıq və sifarişlə alınacaq digər ləvazimatları və Süterləri sifariş etmiş. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası qanunvericiliyinin yuxarıda göstərilən tələblərinə istinadən, xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X4 Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X3 şikayətin əsassız olduğunu bildirərək, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıraraq, proses iştirakçılarını dinləyərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı qərarından görünür ki, X4 tərəfindən epidemiya əleyhinə rejimin sanitariya gigiyena və karantin rejiminin pozulmasına görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci məddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci məddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 3000 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə görə, Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü naddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmmiyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında islər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə Müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, X2, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : X2, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsi təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-3017/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-3017/2020
12.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver