Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-3023/2025 16.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X7 qızının katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X3 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 29 sentyabr 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 29 sentyabr 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə X3 şikayəti məhkəməyə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, X6 Bakı şəhəri DYPİ-nin polis kapitanı X2 tərəfindən barəsində xx.xx.2025-ci il tarixli, TP-7538604 saylı Yol hərəkəti qaydaların pozulması ilə əlaqədar inzibati tənbeh vermə haqqında qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinin tələblərini pozulmasında günahkar bilərək İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq ona 100 (bir yüz) manat məbləğində cərimə etmişdir. İlk olaraq bildirmək istəyir ki, ona yazılmış cərimə ilə razı deyil. Bələ ki, cərimə tərtib edilən zaman İnzibati Xətalar Məcəlləsinin maddələrinin tələbləri poşulmuşdur. Belə ki, xx.xx.2025-ci il tarixdə idarə etdəyi “Nissan Sunny” minik markalı, 90 PS-948 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə Bakı şəhəri, Ü.Hacıbəyli küçəsində hərəkətdə olduğu zaman Bakı şəhərində keçirilən Formula-1 yarışı zamanı yolda yaranmış tıxacı idarə ediən BDYPİ-nin əməkdaşın göstərişinə tabe olaraq o, və xeyli sayda digər vətəndaşlar tərəfindən idarə edilən avtomobillər avtobuslar üçün ayrılmış xətt üzrə hərəkət etmişdik. Məhkəmənin diqqətinə çatdırmaq istəyirəm ki, 327.1-1, 5.9, 5.10.1- 5.10.3 nişanları ilə işarələnmiş yolda yalnız BDYPİ-nin əməkdaşın göstərişi nəticəsində hərəkət etmişdir. Bundan 7 gün sonra, yəni xx.xx.2025-ci il tarixdə ona +**********44 mobil nömrədən zəng gəldi. Zəng edən şəxs BDYPİ-nin əməkdaşı olduğunu bildirdi və mənə xx.xx.2025-ci il tarixdə mənim tərəfimdən yol qaydalarını pozduğunu, məsələni həll etmək üçün BDYPİ-nə dəvət etdi. Mən məsələni araşdırndan sonra tərəfimdən heç bir qaydanı pozmadığını, Bakı şəhəri, Ü.Hacıbəyli küçəsində hərəkətdə olduğum zaman həmin vaxt Bakı şəhərində keçirilən Formula-1 yarışı zamanı yolda yaranmış tıxacı idarə edən BDYPİ-nin əməkdaşın göstərişinə tabe olaraq digər nəqliyyat vasitəsilərinin sahibləri kimi avtobus xəttinə çıxdığını bildirmişdir. BDYPİ-nin əməkdaşından həmin vaxt aparılan video göröntulərə birdə baxmağa və məsələni tap araşdırmağı xahiş etmişdir. Ancaq dəlillərini qəbul etməyən əməkdaş məsələni yerində həll etməyi yenədə təklif etdi. O, qanun pozuntuzu etmədiyinə əmin olaraq buna etiraz edəndən sonra heç bir araşıdrma aparmayan və video görüntüyə baxmayan polis əməkdaşı onun barəsində İXP7437478 saylı protokolun tərtib etdi. Tərəfindən barəsində tərtip edilən İXP7437478 saylı protokolu asan.pay vasitəsi ilə araşdıran zaman protokola heç bir video və foto əlavə edilmədiyini müəyən etmişdir. Bundan sonra tərəfindən bu qərardan asan.pay vasitəsi ilə şikayət vermişdir. Ancaq bu günə qədər heç bir araşdırma aparılmayıb, tələb etdiyi video və foto görüntüləri təqdim edilməyib, şikayətinə cavab verilməyib. Məsələni yerində araşdırmaq məqsədi ilə xx.xx.2025-ci il tarixdə şəxsən BDYPİ-nə müraciət etdərək video və foto görüntülərin təqdim edilməsi, Bakı şəhəri, Ü.Hacıbəyli küçəsində hərəkətdə olduğu zaman həmin vaxt Bakı şəhərində keçirilən Formula-1 yarışı zamanı yolda yaranmış tıxacı idarə edən BDYPİ-nin əməkdaşın göstərişinə tabe olaraq avtobus xəttinə çıxdığını, məsələni yerində araşdırmağını xahiş etmişdir. Ancaq heç araşıdmanın apaılmasından imtina edilərək ona Bakı şəhəri DYPİ-nin polis kapitanı X1 onun barəsində TP-7538604 saylı Yol hərəkəti qaydaların pozulması ilə əlaqədar inzibati tənbeh vermə haqqında qərarla onu 100 (bir yüz) manat cərimə edilməsi qərarı verildi. Yuxarıda qeyd etdiyi kimi, cərimə ilə razı deyil. Hesab edir ki, Bakı şəhəri, Ü.Hacıbəyli küçəsində hərəkətdə olduğu zaman yolda yaranmış tıxacı idarə edən BDYPİ-nin əməkdaşının göstərişinə tabe olaraq avtobus xəttinə çıxdığı video müşahidəyə baxan zaman bəlli olacaqdır. Ancaq Bakı şəhəri DYPİnin əməkşdaşı məsələni protokolsuz həll etməyəni, video və foto görüntüləri təqdim etməkdən imtina etməsi həqiqətin müəyyən edilməsinə mane olaraq hüquqlarını kobud formada pozmuşdur. Göründüyü kimi, inzibati xəta hadisəsinin baş verdiyini subut edən foto və ya video materiallar əlavə olunmadığı məsələsinin heç araşdırmayan polis əməkdaşı ümumiyyətlə inzibati məsuliyyətə cəlb müddəti ötürmüşdür. Barəsində xx.xx.2025-ci il tarixli, TP-7538604 saylı Yol hərəkəti qaydaların pozulması ilə əlaqədar inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X6, şikayətin təmin olunmasını, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 29 sentyabr 2025-ci il tarixli, TP ******* saylı qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 29 sentyabr 2025-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan 29 sentyabr 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Nissan Sunny minik markalı, 90PS948 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarəçisi X6, Ü.Hacıbəyov küçəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə tədbiq edilmişdir. İş üçün əhəmiyyət kəsb edən halların inzibati xəta haqqında qərarda göstərilməməsi, inzibati xəta haqqında qərar qəbul etmiş orqanın nümayəndəsinin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə yenidən əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 125.2.3.-cü maddəsinin tələblərinə görə inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İşin araşdırmalarından məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X3 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 29 sentyabr 2025-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X3 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 29 sentyabr 2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-3023/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-3023/2025
16.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver