Məhkəmə qərarları › İş №3(009)-3037/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-3037/2020

30.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-3037/2020 30.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 41-ci polis bölməsinin sahə inspektoru, polis leytenantı X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi 41-ci polis bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 23:10 radələrində xüsusi icazə vərəqəsi olmadan komendant saatı vaxtında Bakı şəhəri, Badamdar şossesində yerləşən stasionar postda olmaqla hərbi vəziyyət rejiminin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu müdafiə edən şəxs Bakı şəhəri Səbail RPİ-nin 41-ci polis bölməsinin sahə inspektoru, polis leytenantı X2 izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 23:10 radələrində ərazidə xidmət aparan polis əməkdaşları xüsusi icazə vərəqəsi olmadan komendant saatı vaxtında Bakı şəhəri, Badamdar şossesində yerləşən stasionar postda həmin şəxsin xüsusi icazəsinin olubolmamasını soruşmuşlar, həmin şəxs xüsusi icazəsinin olduğunu bildirsə də, buna dair hər hansı bir sənəd təqdim etməmişdir. Daha sonra polis əməkdaşları şəxsiyyətini müəyyən etmək üçün onu polis bölməsinə dəvət etmişlər və həmin şəxs 41-ci polis bölməsinə gətirilmişdir. Bölmədə həmin şəxs özünü Şəxs kimi təqdim etmiş, “Araz” supermarektində işlədiyini, portaldan qeydiyyatdan keçərək xüsusi icazə vərəqəsinin olduğunu bildirmişdir. Bölmədə həmin şəxsin izahatı əsasında xüsusi icazəsinin olub-olmaması yoxlanılmış və portalda həmin şəxsin “Araz” supermarektində işlədiyi və xüsusi icazəsinin olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, o, “Araz” supermarektində işləyir. Belə ki, xx.xx.2020-ci il tarixində, saat 23:10 radələrində Bakı şəhəri, Badamdar şossesində yerləşən stasionar postda polis əməkdaşları onu saxlamış, ondan xüsusi icazəsinin olubolmamasını soruşmuşlar, o, polis əməkdaşlarına “Araz” supermarektində işlədiyini və xüsusi icazəsinin olduğunu bildirsə də, üzərində bununla bağlı hər hansı bir sənəd olmamışdır. Bu səbəbdən o, bölməyə gətirilmiş və bölmədə aparılan araşdırma zamanı “Araz” supermarektində işlədiyi və xüsusi icazəsinin olduğu müəyyən edilmişdir. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, M.Müşviq küçəsi və Badamdar şossesi kəsişməsində yerləşən Hərbi rejim ilə əlaqədar yaradılmış stosionar postda 1 (bir) nəfər şəxs saat 23:10 radələrində komendant rejim qaydalarını pozduğu üçün saxlanılmış və Səbail RPİ-nin 41-ci PB-nə dəvət edilmişdir. Səbail RPİ-nin 41-ci PBdə məlum olmuşdur ki, həmin şəxs xx.xx.1989-cu ildə ünvan 2 ünvanda yaşayan, Şəxsdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 23:10 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, M.Müşviq küçəsi və Badamdar şossesi kəsişməsində yerləşən Hərbi rejim ilə əlaqədar yaradılmış stosionar postda bir nəfər şəxs komendant rejim qaydalarını pozduğu üçün saxlanılmış və Səbail RPİ-nin 41-ci PB-nə dəvət edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, bölmədə həmin şəxsin Şəxs olduğu, eləcə də onun “Araz” supermarektində işlədiyi və portalda həmin şəxsin müvafiq xüsusi icazəsinin olduğu müəyyən edilmişdir. Qeyd edilənlər - Şəxs portalda müvafiq xüsusi icazəsinin olduğunun müəyyən edilməsi - barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatı ilə yanaşı, eləcə də inzibati protokolu müdafiə edən şəxs Bakı şəhəri Səbail RPİ-nin 41-ci polis bölməsinin sahə inspektoru, polis leytenantı X1 izahatı ilə də təsdiq edilmişdir. Məhkəmə qeyd etməyi vacib hesab edir ki, Azərbaycan Respublikasının İXM-nin 3cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. (İXM-8.2) İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. (8.3) Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (84.2) Belə ki, “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2020-ci il tarixli Fərmanı ilə “Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi” ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmiş, Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilmiş, komendant saatının tətbiq edildiyi ərazilərdə - şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilmiş, xüsusi giriş-çıxış rejimi tətbiq edilmiş, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görülməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 23:10 radələrində yaşayış yerini və olduğu yeri tərk etmək üçün elektron portalda müvafiq xüsusi icazəsi olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, Şəxs əməlində İXM-in 517-2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Odur ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar