Məhkəmə qərarları › İş №3(009)-304/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-304/2024

19.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-304/2024 19.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X4 Xidmətinin 2-ci ərazi X4 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Səbail Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X4 Xidmətinin 2-ci ərazi X4 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, X4 Xidmətinin 2-ci ərazi X4 İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 31 A ünvanında qeydiyyatda olan vəzifəli şəxs Şəxs məxsus ünvan 2 ünvanında yerləşən “X6 Evi”-də keçirilmiş planlı yanğın-texniki müayinə zamanı sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlər təqdim edilməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X4 Xidmətinin 2-ci ərazi X4 İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidmətinin 09 yanvar 2024-cü il tarixli 0155 saylı Yanğın-Texniki Müayinənin aparılması haqqında qərarından görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti 2-ci ərazi X4 İdarəsi tərəfindən Şəxs məxsus ünvan 2 ünvanında yerləşən “X6 Evi”-də xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində planlı (növbəti) yoxlama keçirilməsi, qərara alınmışdır. İş materiallarında olan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti tərəfindən xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində Şəxs məxsus ünvan 2 ünvanında yerləşən “X6 Evi”-də cari fəaliyyəti üzrə plan üzrə (növbəti) yoxlama keçiriləcəyi barədə məlumat vahid məlumat reyestrinə daxil edilmişdir. İş materiallarına əlavə edilmiş 19 yanvar 2024-cü il tarixli yanğın-texniki müayinə aktından görünür ki, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində fərdi sahibkar Şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 2 ünvanında yerləşən “X6 Evi”-də plan üzrə (növbət) cari fəaliyyətinin yanğın- texniki təhlükəsizliyinin müayinəsi keçirilən zaman sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlər təqdim edilməmişdir. İş materiallarında olan barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli, ACM/158 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi ünvanında yerləşən 27 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində 175 kv.m sahəsi olan X1 məxsus qeyri-yaşayış sahəsində avtomatik yanğın xəbərverici siqnalizasiya sistemi "xxxx" MMC tərəfindən quraşdırılmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin çıxarışından görünür ki, ünvan 3 ünvanında olan qeyri-yaşayış sahəsi Şəxs adına xx.xx.2023-cü il tarixdə xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. İş materiallarında olan 158/1 nömrəli, 28 may 2020-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi ünvanında yerləşən 27 nömrəli binanın 1ci və 2-ci mərtəbəsində 175 kv.m sahəsi olan X1 məxsus qeyri-yaşayış sahəsində avtomatik yanğın xəbərverici siqnalizasiya sistemi "xxxx" MMC tərəfindən quraşdırılmışdır. Quraşdırılmış sistem mövcud normalara uyğundur və hal-hazırda işlək vəziyyətdədir. Həmçinin, iş materiallarında olan inzibati xəta haqqında protokolda və aktda Şəxs hər hansı səbəb göstərmədən izahat verməkdən, protokolla tanış olmaqdan və protokolun surətini almaqdan imtina etməsi qeyd edilmişdur. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikasının İXM-nin 602.4-cü maddəsinin pozuntusu kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Belə ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət, şəxsin əməlində qəsd və ehtiyatsızlıq yoxdur. Belə olan halda, X2 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş Şəxs münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməldə (hərəkət və ya hərəkətsizlik) inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyil. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 53, 110, 114-117, 128-131-ci və 602.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar