Məhkəmə qərarları › İş №3(009)-3046/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-3046/2020

30.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-3046/2020 30.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, subay, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci y/m, N mömrəli hərbi hissədə qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, 42/1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Tural Aşurov tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol Məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2572/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs ilə X4 arasında xx xxxxx 2014-cü il tarixində Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində bağlanmış və 563 nömrəsi ilə qeyd edilmiş nikah pozulmalı, nikah pozulduqdan sonra xx xxxx 2015-ci il təvəllüdlü X5 və xx xxxxxx 2019-cu il təvəllüdlü X7 anaları X1 himayəsində saxlanılmalı, Şəxs xx xxxx 2015-ci il təvəllüdlü X2 və xx xxxxxx 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 160 (yüz altmış) olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat və X7 3 yaşına çatanadək ona qulluğa görə 20 (iyirmi) manat məbləğində sabit pul məbləğində aliment, həmçinin əlavə xərc kimi hər uşağa görə 20 (iyirmi) manat olmaqla, 40 (qırx) manat məbləğində aliment, cəmi 380 (üç yüz səksən) manat aliment X1 xeyrinə tutulmalıdır. İş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçı X3 aid edilməlidir. Cavabdeh Şəxs 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Alimentin tutulması xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. İcra sənədi xx.xx.2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. Borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə bir sıra sorğular edilmiş, lakin borcluda tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. İcra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclunun əmək haqqından tutulmaların aparılması üçün məktubla Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edilmiş və aliment məbləğinin tələbkarın hesabına köçürülməsi təmin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən şöbəyə daxil olmuş xx.xx.2020-ci il tarixli məktubda icra sənədi üzrə borclu Şəxs ordu sıralarından təxris olunması ilə əlaqədar aliment ödənişinin dayandırıldığı qeyd edilmişdir. Borclu ilə dəfələrlə əlaqə saxlanılsa da, Şəxs müxtəlif bəhanələr gətirərək şöbəyə gəlməkdən imtina etmişdir. Borclu hərbi hissədə qeydiyyatda olduğundan onun faktiki yaşayış yerini müəyyən etmək mümkün olmamışdır. Bu barədə xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir. Bu səbəbdən borclunun axtarılması zərurəti yaranmışdır. Şəxs barəsində xx.xx.2020-ci il tarixdə borclunun axtarılması haqqında qərar qəbul edilərək icra edilməsi üçün Səbail Rayon Polis İdarəsinə göndərilmişdir. Səbail rayon Polis İdarəsi tərəfindən şöbəyə daxil olmuş xx.xx.2020-ci il tarixli məktubda borclu barəsində xx.xx.2020-ci il tarixdə 20294/20 nömrəli axtarış işinin açıldığı qeyd edilmişdir. Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşı tərəfindən borclu Şəxs xx.xx.2020-ci il tarixdə Səbail rayon İcra və Probasiya şöbəsinə gətirilərək təhvil verilmişdir. Borcludan izahatı alınmış izahatında işlədiyi müddətdə stabil olaraq 380 manat məbləğində aliment ödədiyini qeyd etmiş, lakin iyun ayından işdən çıxdığını və bu səbəbdən alimenti ödəyə bilmədiyini bildirmişdir. Bugünə 2600 manat aliment borcu yarandığını və 01 (bir) ay ərzində yaranmış borcu ödəyəcəyini öz izahatında qeyd etmişdir. Tələbkar isə öz növbəsində borcun tam olaraq ödənilməsini tələb edir. Borclunun icra sənədi üzrə hal-hazırda 2600 (iki min altı yüz) manat aliment borcu vardır. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq tələbkar borclu və Səbail rayon İcra və probasiya şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirak etməmiş və bunların səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə işə tələbkarın, borclunun və Səbail rayon İcra və probasiya şöbəsi nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2572/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs ilə X4 arasında xx xxxxx 2014-cü il tarixində Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində bağlanmış və 563 nömrəsi ilə qeyd edilmiş nikah pozulmalı, nikah pozulduqdan sonra xx xxxx 2015-ci il təvəllüdlü X5 və xx xxxxxx 2019-cu il təvəllüdlü X7 anaları X1 himayəsində saxlanılmalı, Şəxs xx xxxx 2015-ci il təvəllüdlü X2 və xx xxxxxx 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 160 (yüz altmış) olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat və X7 3 yaşına çatanadək ona qulluğa görə 20 (iyirmi) manat məbləğində sabit pul məbləğində aliment, həmçinin əlavə xərc kimi hər uşağa görə 20 (iyirmi) manat olmaqla, 40 (qırx) manat məbləğində aliment, cəmi 380 (üç yüz səksən) manat aliment X1 xeyrinə tutulmalıdır. İş materiallarında olan tələbkar X4 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2572/2019 saylı, xx.xx.2019cu il tarixli icra sənədinə əsasən yaranmış aliment borcu Şəxs tərəfindən ödənilmiş, ondan şikayət və tələbi yoxdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2572/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinə daxil olmuş və şöbə tərəfindən icraata başlanılmışdır. Şəxs hazırki vaxta qədər 2600 manat məbləğində aliment borcu yaranmışdır. Borclunun barəsində müvafiq protokol tərtib edilmişdir. İcra sənədi tələbkar X4 məhkəməyə ərizə ünvanlayaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2572/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən yaranmış aliment borcunun Şəxs tərəfindən ödənildiyini bildirmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, İXM-nin 528.1-ci maddəsinin mənasından da aydın olur ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Odur ki, məhkəmə belə hesab edir ki, Şəxs hərəkətlərində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi, yəni Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar