Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-3067/2025 02.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Tovuz rayonu, Xatınlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2n Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Səbail Rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail Rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş 02 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-231/2025, 2(009)-559/2025, 2(009)-293/2024 saylı və Tovuz Rayon Məhkəməsinin Məhkəməsinin 2(062)-1327/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədlərini icra etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin icra məmuru X4 protokolu müdafiə edərək bildirmişdir ki, 4 nəfər ayrı-ayrı şəxslərə borcu var. Hazırda qalıq borc 57166,54 manat təşkil edir. İndiyə qədər 515 manat ödəniş etmişdir. Xırda-xırda ödənişlər etmişdir. Ən son ödənişi isə 250 manat olmuşdur. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, biri 2010-cu ildə olmuşdur. Məhkumluğu olduğu üçün heç bir dövlət işində işləyə bilmir və buna görə də rəsmi əməkhaqqı almır. Əlavə olaraq bir neçə dəfə ödəniş etmişdir. Himayəsində iki azyaşlı uşağı olduğunu nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-231/2025, 2(009)-559/2025, 2(009)-293/2024 saylı və Tovuz Rayon Məhkəməsinin Məhkəməsinin 2(062)-1327/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə üzrsüz səbəbdən icra etməməsi sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İş materiallarında olan 02 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavədən görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)-231/2025, 2(009)-559/2025, 2(009)-293/2024 saylı və Tovuz Rayon Məhkəməsinin Məhkəməsinin 2(062)-1327/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədlərinə əsasən, 57166,54 manat borc iddiaçı Şəxs tutularaq cavabdehlərə ödənilməlidir. İş materiallarında olan tələbin könüllü icra edilməsi barədə xx.xx.2022-ci il tarixli bildirişə əsasən, Tovuz Rayon Məhkəməsinin 2(062)-1327/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbin dərhal icra edilməsi, bu müddət ərzində tələb könüllü şəkildə icra edilməzsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan tələbin könüllü icra edilməsi barədə xx.xx.2024-cü il tarixli bildirişə əsasən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-293/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbin dərhal icra edilməsi, bu müddət ərzində tələb könüllü şəkildə icra edilməzsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan tələbin könüllü icra edilməsi barədə xx.xx.2025-ci il tarixli bildirişə əsasən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-231/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədində göstərilən tələbin dərhal icra edilməsi, bu müddət ərzində tələb könüllü şəkildə icra edilməzsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan tələbin könüllü icra edilməsi barədə xx.xx.2025-ci il tarixli bildirişə əsasən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-559/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədində göstərilən tələbin dərhal icra edilməsi, bu müddət ərzində tələb könüllü şəkildə icra edilməzsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan borclu Şəxs xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, icra sənədləri üzrə borclarından tələbkar X1 xx.xx.2025-ci il tarixdə 250 manat olmaqla cəmi 515 manat pul ödəmişdir. Digər borclarına münasibətdə heç bir məbləğ ödəməmişdir. Hazırda himayəsində 2 azyaşlı uşağı var. Ailəsinin yeganə qazanc yeri onun məsuliyyətindədir. Borclarını vaxtında geri qaytara bilməməsinin səbəbi isə rəsmi iş yerinin olmamasıdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Səbail Rayon Məhkəməsinin 2(009)-231/2025, 2(009)-559/2025, 2(009)-293/2024 saylı və Tovuz Rayon Məhkəməsinin Məhkəməsinin 2(062)-1327/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədlərinə əsasən, 57166,54 manat borc iddiaçı Şəxs tutularaq cavabdehlərə ödənilməlidir. İcra sənədləri icraata daxil olmuş, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya bildiriş göndərilmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs yuxarıda qeyd edilən hərəkətləri məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini halları nəzərə alır. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 30-31, 43, 114-115, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 06 may 2025-ci il tarixdən saat 16:15-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlama Mərkəzinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-3067/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-3067/2025
02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver