Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-31/2024 17.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədova Məryəmxanım Elman qızının katibliyi, X1 iştirakı ilə, X2 25 aprel 2023-cü il tarixli, MN ******* saylı və 25 may 2023-cü il tarixli ******* saylı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin tənbeh vermə haqqında qərarlarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: 25 aprel 2023-cü il tarixli, MN ******* saylı və 25 may 2023-cü il tarixli ******* saylı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilərək, iş üzrə icraata xitam verililməsi barədə X2 şikayəti Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, 11 dekabr 2023-cü il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı regional ekologiya və təbii sərvətlər idarəsindən daxil olmuş 01 dekabr 2023-cü il tarixli 3-14-26/2-Q-1405-3/2023 saylı məktubla ona məlum olmuşdur ki, 11 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin 25 May 2023-cü il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3500 manat məbləğində inzibati cərimə edilib. Aşağıdakılara əsasən hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı regional ekologiya və təbii sərvətlər idarəsi tərəfindən qəbul edilmiş 25 may 2023-cü il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. O, ümumiyyətlə, barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparıldığından xəbərsiz olub. Bu barədə ona heç bir məlumat verilməmiş, hər hansı sənəd təqdim edilməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək hüquqlarından istifadəyə qəsdən imkan yaradılmamışdır. İnzibati xəta haqqında protokol tərtib edilərkən ona məlumat verilməmiş, izahatım alınmamış, protokolun surəti ona təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinə əsasən, inzibati xəta haqqında protokolda hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməlidir. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Protokol onu tərtib etmiş şəxs və hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarda göstərilir ki, guya o 10 aprel 2023-cü il tarixli Ç- MG/2623-020 nömrəli icrası məcburi olan müddətli məcburi göstərişin tələbini (yaşıllıqların açıq torpaq səthinin saxlanılması təmin edilməsi) yerinə yetirməmişəm. Lakin onun nə şifahi nə də ki qeyd olunan yazılı göstərişdən xəbəri yoxdur. Səlahiyyətli orqan tərəfindən onun və yaxud nümayəndəsinin iştirakı ilə heç bir yoxlama aparılmayıb. Bundan başqa qərarda hansı yaşıllıqdan söhbət getdiyi də vurğulanmayıb. Belə ki, restoran Fəvvarələr meydanında yerləşir və burada yaşıllıq deyilən ərazi çoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53,106- 113, 114, 115, 117, 128-137-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı regional ekologiya və təbii sərvətlər idarəsi tərəfindən qəbul edilmiş 25 may 2023-cü il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi yə barəmdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X4 şikayəti müdafiə edərək, inzibati tənbeh vermə haqqında qərarların ləğv edilərək, iş üzrə icraata xitam verililməsi xahiş etdi. Belə ki, X4 tərəfindən 25 aprel 2023-cü il tarixli, MN ******* saylı və 25 may 2023-cü il tarixli ******* saylı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında qərarlarından şikayətini bir şikayət ərzəsində birləşdirməklə, birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib, hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, hər bir mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar üzrə ayrı şikayət verilməlidir. Həmin qərarın şikayətə əlavə olunması zəruridir, çünki məhkəmədə baxılan işin predmeti məhz mübahisələndirilən qərardır. Həmin qərarda işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan İXMin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü və sairə kimi məlumatlar əksini tapır. Mübahisələndirilən qərarın qanuniliyinin yoxlanması məhz qeyd olunan məlumatlar əsasında yoxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıbtoplanmaması məsələlərini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 inzibati tənbeh vermə haqqında qərarlardan şikayəti bir şikayət ərzəsində birləşdirməklə, birlikdə baxılması üçün məhkəməyə verildiyindən geri qaytarılmalı və X3 göstərilən nöqsanları aradan qaldırdıqdan sonra qanunla müəyyən edilmiş müddətdə təkrarən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109,128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: 25 aprel 2023-cü il tarixli, MN ******* saylı və 25 may 2023-cü il tarixli ******* saylı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin tənbeh vermə haqqında qərarlarından verilən şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-31/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-31/2024
17.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver