Məhkəmə qərarları › İş №3(009)-312/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-312/2021

19.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-312/2021 19.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işi nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 482.1 maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli 00100-2196/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(009)-312/2021 saylı qərarı ilə Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 maddəsi ilə təqsirləndirilməsinə dair 3(009)-312/2021 nömrəli inzibati xəta haqqında iş üzrə icraat Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə edilmiş müraciətə baxılanadək dayandırılmışdır. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs MMC-nin direktoru F.Şəkərov ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin icraatında olan İXM-nin 482.1ci maddəsi ilə Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli 00100-2196/20 nömrəli inzibati xəta haqqında protokol üzrə işin İnzibati Xətalar Məcəlləsinin 110-cu maddəsinə uyğun olaraq şirkətin hüquqi ünvanının yerləşdiyi Xətai Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(009)-312/2021 saylı qərarı ilə Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(009)-312/2021 saylı qərarı ilə dayandırılmış icraat təzələnmişdir. İşdən görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs MMCnin hüquqi ünvanı ünvan 1 mənzil 19-dur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Beləliklə, ərizəni iş materialları əsasında nəzərdən keçirərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatət verərək işin aidiyyəti üzrə göndərilməsini xahiş etdiyindən, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 482.1 maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli 00100-2196/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110, 112.4 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC tərəfindən verilmiş vəsatət təmin edilsin. Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 482.1 maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli 00100-2196/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar