Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-3122/2025 09.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, X1 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbehvermə haqqında 16 sentyabr 2025-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏNETDİ: X2 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbehvermə haqqında 16 sentyabr 2025-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X3, 14 avqust 1962-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, bildirirəm ki, iyul aylarında Sabunçu rayonu, Maştağa qəsəbəsi, Hüseynzadə küçəsi, döngə 7, ev 10 yaxınlığında yerləşən bir ədəd ağacı özüm kəsmişdir. Hadisə MN №2364660 saylı protokol əsasında qeydə alınmış və MN №1896933 saylı İnzibati qərar xx.xx.2025-ci il tarixində verilmişdir. Qeyd etmək istəyir ki, bu ağacla bağlı əvvəllər dəfələrlə şifahi müraciətlər etmiş, lakin hər dəfə müraciətlərinə baxmayaraq müvafiq tədbirlər görülməmişdir. Təəssüf ki, ağacın vəziyyəti getdikcə daha da təhlükəli hala gəlmişdir və nəticədə insan həyatı və mülkiyyət üçün real təhlükə yaratmağa başlamışdır. Hadisə zamam tibbi vəziyyəti ilə bağlı ciddi məhdudiyyətlər mövcud idi; hətta ağacın kəsilməsi prosesi zamanı hesarət üzərində olmuşam, bu isə fiziki hərəkət imkanlarını ciddi şəkildə məhdudlaşdırırdı. Belə bir vəziyyətdə hər hansı fiziki tədbir görmək onun üçün həm çətin, həm də böyük risk daşıyan bir iş idi. Dolanışığı çox ağırdır, gündəlik xərcləri qarşılamaq və normal həyat fəaliyyətini davam etdirmək onun üçün çətinlik yaradırdı, buna baxmayaraq yaranmış təhlükəni nəzərə alaraq məsuliyyətli hərəkət etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq vurğulamaq istəyir ki, sözügedən ağacı özü əkmişdir və illər ərzində onun böyüməsini diqqətlə izləyərək ona qulluq etmişdir. Bu, onun ağacın vəziyyətini və onun yarada biləcəyi təhlükələri düzgün qiymətləndirməyinə imkan yaratmışdır. Ağacın quruması, budaqlarının sınması və köklərinin zəifləməsi nəticəsində hər an yıxılaraq yaxınlıqda yaşayan insanlara, evlərə və digər mülkiyyət obyektlərinə ciddi zərər verə biləcəyi açıq şəkildə görünürdü. Mənim üçün bu vəziyyət həm fiziki baxımdan çətin, həm də maddi baxımdan böyük yük yaratmışdır, çünki ağacın təhlükəli vəziyyətini aradan qaldırmaq üçün əlavə resurslar və enerji sərf olunmalı idi. Bütün bu çətinliklərə baxmayaraq, insan həyatını və mülkiyyəti qorumaq məqsədilə, yəni yaxınlıqda yaşayan insanların və onların mülkiyyətinin təhlükəsizliyini təmin etmək üçün ağacı məcburən kəsmək onun üçün yeganə düzgün və zəruri addım olmuşdur. Bu addım tamamilə məsuliyyətli, düşünülmüş və qanuni məqsədli tədbir kimi həyata keçirilmişdir və onun arxasında şəxsi mənfəət və ya başqa qanunsuz məqsəd dayanmayıb. Ağacı kəsmək qərarını verməyinin əsas səbəbi ağacın təhlükəli vəziyyətdə olması idi. Müşahidələrinə görə: Kəsilən ağac artıq quru və zəif vəziyyətdə idi; kökü və budaqları sınmışdı; Ağac yaxınlıqda yerləşən ev, elektrik xətləri və insanların hərəkət etdiyi sahə üçün ciddi və real təhlükə yaradırdı; Ağacın dərhal aradan götürülməsi zəruri idi, çünki onun vəziyyəti ciddi və real təhlükə yaradırdı. Ağac artıq quru və zəif vəziyyətdə idi, kökləri və budaqları sınmışdı, buna görə də istənilən an yıxılaraq yaxınlıqda yaşayan insanlara xəsarət yetirə, onların sağlamlığına təhlükə yarada və ya evlərə, avtomobillərə və digər mülkiyyət obyektlərinə ziyan vura bilərdi. Həmçinin, ağac elektrik xətlərinin yaxınlığında yerləşirdi və budaqların sınması nəticəsində elektrik xətləri qısalma riski ilə üzləşirdi. Bu səbəbdən ağacın dərhal aradan götürülməsi insan həyatını, təhlükəsizliyi və əmlakı qorumaq baxımından tamamilə zəruri və qaçılmaz bir tədbir idi. Ağacı kəsmək qərarını verməyi tamamilə insan həyatı və mülkiyyətin təhlükəsizliyi ilə bağlı olmuşdur. Bu məsələ ilə bağlı mən bir neçə dəfə şifahi müraciətlər etmişdir, lakin tədbir görülməmişdir. Ağac artıq quru və sınmış vəziyyətdə idi və hər an yıxılaraq yaxınlıqda olan insanlara və əmlaka ciddi təhlükə yarada bilərdi. Ona görə də bu əməli yalnız zəruri və məcburi tədbir kimi, insanları qorumaq məqsədilə həyata keçirmişdir. Xahişi odur ki, tətbiq olunan sanksiyanın və ziyanın ölçüsü onun ağır maddi vəziyyəti, tibbi məhdudiyyətləri, hadisənin zərərverməyən təbiəti və bərpa tədbirlərinə könüllü töhfəsi nəzərə alınmaqla yenidən qiymətləndirilsin. Dolanışığında ciddi çətinliklər var, həmçinin sağlamlıq vəziyyəti əməliyyat və fiziki məhdudiyyətlərlə bağlıdır. Bütün bunlara baxmayaraq, ağacın təhlükəli vəziyyəti və insan həyatı üçün yaratdığı real risk nəzərə alınaraq, ağacı dərhal aradan götürmək mənim üçün zəruri olmuşdur. Hüquqi əsaslar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi (İXM) Maddə 150.1-1- ağacların və ya digər bitkilərin qanunsuz kəsilməsi, məhv edilməsi; Maddə 150.13 - ətraf mühitə zərər vurmaqla bağlı digər hallarda inzibati cərimə və ziyan ödənilməsi. Təhlükəsizlik məcburiyyəti (zərurət halı) Azərbaycan Respublikasının Mülki Məcəlləsi, 121-ci maddəsi nəzərdə tutur ki, insan həyatı və mülkiyyət üçün real təhlükə yarandıqda məcburi tədbirlər görülə bilər. Ağacın quru və sınmış vəziyyətdə olması, insanların və mülkiyyətin yaxınlığı, həmçinin elektrik xətlərinə yaxın yerləşməsi, ağacın dərhal aradan qaldırılmasını qanuni məcburiyyət halı kimi əsaslandırır. Bu vəziyyət insan həyatını qorumaq və mülkiyyətə ziyan gəlməsinin qarşısını almaq üçün mənim tərəfimdən görülən tədbiri tamamilə qanuni və zəruri edir. Zərərin azaldılması və könüllü bərpa Mənim ərazidə fidan əkilməsi, xərclərin ödənilməsi və bərpa işlərində iştirakı İXM-in 150-ci maddəsi üzrə ziyanı azaltmaq tədbiri kimi qiymətləndirilə bilər. Bu, həm inzibati cərimənin, həm də ziyanın azaldılması üçün hüquqi əsas yaradır və məsuliyyətli davranışını nümayiş etdirir. Əməl məqsədinin qanuni və məcburi olması Ağacın kəsilməsinin məqsədi şəxsi mənfəət yox, insan həyatı və mülkiyyətin qorunması olmuşdur. Bu əməl yalnız zəruri və məcburi tədbir kimi həyata keçirilmişdir və inzibati məsuliyyətin yüngülləşdirilməsi, cərimənin azaldılması üçün hüquqi əsas yaradır. MN seriyalı, ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi məhkəmədən xahiş edilmişdir. Şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib, hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, şikayət verən şəxsin eyni məzmunlu şikayəti Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(009)-2539/2025 saylı qərarı ilə təmin edilməmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil, ona görə də, X1 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbehvermə haqqında 16 sentyabr 2025ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair şikayəti geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 128- 129 və 132-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: X1 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbehvermə haqqında 16 sentyabr 2025-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-3122/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-3122/2025
09.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver