Məhkəmə qərarları › İş №3(009)-3127/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-3127/2020

17.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-3127/2020 17.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsindən daxil olmuş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixdə tərtib edilmiş İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx xxxxxxxx 1979-cu il tarixdə İmişli rayonunda anadan olmuş, İmişli şəhəri, Meliorator qəsəbəsi, ev 11, mənzil 11 ünvanında yaşayan Şəxs tərəfindən xx.xx.2020-ci il tarixində, saat 18:15 zamanı Mercedes Benz 260 minik markalı, 99RZ243 dövlət qeydiyyat nişanlı avtomobillə törədilmiş yol nəqliyyat hadisəsi üzrə işi araşdırılmış və Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4cü, 332.1.-ci, 327.6-cı və 327.1-ci maddələrinin tərkibi yarandığından protokol tərtib olunmuşdur. Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(009)-3127/2020 nömrəli qərardadı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci, 327.6cı və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara dair hissə məhkəmənin səlahiyyətlərinə aid olmadığından baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Polis İdarəsinə göndərilməsi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsinə aid hissədə isə baxılması qərara alınmışdır. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq inzibati protokol tərtib etmiş orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. İmişli Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin xx xxxxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, X2 izahat verərək, onu Mercedes Benz markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobili olduğunu, xx xxxxxxxx 2020-ci il tarixdə saat təxminən 14 radələrində usta yoldaşı Namiq ona zəng etmiş və avtomobilə ehtiyacı olduğunu deyərək, maşını istəmiş, o, isə avtomobilin nasaz olduğunu avtomobilin şamında problem olduğunu Namiqə bildirmiş, Namiq avtomobilin şamını düzəldəcəyini, daha sonra isə ailəsini bir neçə yerə aparacağını bildirmişdir. Namiqlə razılaşmış və həmin günü saat təxminən 19 radələrində avtomobilini Namiqə vermiş, Namiq avtomobillə kəndə gedəcəyini, sahəyə baş çəkəcəyini demiş, o, da avtomobili Namiqə təhvil vermiş, lakin avtomobilin sənədləri evində olduğu üçün Namiqə sənədləri verməmişdir. Üzərindən 2 gün keçməsinə baxmayaraq Namiqdən xəbər çıxmamış, Namiqə dəfələrlə zəng etmiş, lakin telefonuna zəng çatmamış, daha sonra ailəsinin yanına getmiş, ailəsi də Namiqdən xəbər almadıqlarını bildirmiş, narahat olmuş və 102 xidmətinə zəng edərək məlumat vermişdir. Şəxs izahat verərək, xx xxxxxxxx 2020-ci il tarixdə saat təxminən 14 radələrində usta yoldaşı Coşquna zəng etmiş və avtomobilə ehtiyacı olduğunu deyərək, maşınını istəmiş, Coşqun isə avtomobilin nasaz olduğunu avtomobilin şamında problem olduğunu demiş, o da avtomobilin şamını düzəldəcəyini, daha sonra isə ailəsini kəndə aparacağını demiş. Coşqun uşaqlarını hazırlığa apardıqdan sonra maşını ona verə biləcəyini deyərək, saat 19 radələrindən sonra maşını verəcəyini demiş, həmin günü saat 19 radələrində Coşqundan maşını götürmüş, Coşquna maşınla kəndə gedəcəyini, kənddən bazara tərəvəz gətirib satacağını, səhəri günü saat təxminən 10-11 radələrində gətirib təhvil verəcəyini bildirmişdir. Maşını aldıqdan sonra uşaqlarının dərsliklərini almaq üçün Bakı şəhərinə getmiş, səhəri günü Bakı şəhəri Səbaiİ rayonu 234 saylı məktəbdən uşaqlarının dərsliklər almış, Bakıda tanışı Elçin və adı yadından çıxan oğlanla görüşmüş, idarə etdiyi Mercedes Benz markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobili Badamdar qəsəbəsindən Muxtarova düşən zaman qarşıda polis maşını görmüş polis maşınına yaxınlaşan zaman polis maşını manevr edərək, qarşısını kəsmək istəmiş, polis maşınını sürətli manevr edərək, sürətlə oradan uzaqlaşmış, Lökbatan qəsəbəsində yerləşən körpüyə az qalmış, sfetaforda yolun bağlandığını görmüş, maşını saxlayan zaman bir neçə polis əməkdaşı maşına yaxınlaşmış, polislərdən qaçmaq istəyən zaman manevr etmiş, qarşıda yolun sağ tərəfində neçə maşını vurmuş, daha sonra isə geriyə dönmə əməliyyatı etmiş, 20 yanvar dairəsində bir neçə polis maşınının yolu kəsdiyini görüb maşını saxlamışdır. Polis əməkdaşları ona yaxınlaşmış, onu maşından düşürdüb polis bölməsi aparmışlar. Polis Bölməsində Coşqunun ondan şikayət etdiyini öyrənmişdir. Bakı şəhərinə gedəcəyi barədə nə Coşquna, nədəki ailəsinə məlumat verməmişdir. X2 xx xxxxxxxx 2020-ci tarixdə İmişli RPŞ-nə ərizə ilə müraciət edərək, Namiq adlı ustadan şikayət tələbinin olmadığını, Namiq adlı ustanın ona məxsus olan avtomobili təmir etdiyini bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Zərərçəkmiş şəxs X1 Şəxs qarşı şikayət və tələbinin olmamasını, Şəxs əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallardır, Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin tərkibi var və o, 400 (dörd yüz) manat məbləğində cərimə edilməlidir. Qeyd olunan əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 116, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar